Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                 

ETİBAR MƏMMƏDOV BÖYÜK SİYASƏTƏ QAYIDIR
Tarix: 10-12-2012, 09:12 | Çap et
ETİBAR MƏMMƏDOV BÖYÜK SİYASƏTƏ QAYIDIR
O, MÜXALİFƏTİN VAHİD NAMİZƏDİ OLA BİLƏR

Demokratik Qüvvələrin Məşvərət Məclisində (DVMM) təmsil olunan AMİP sədri Yusif Bağırzadə müxalifətin bir araya gəlməsi üçün təşəbbüs yenidən ələ almaq istəyir. AMİP sədri hesab edir ki, Azərbaycanda müxalifətin vahid ünvanı olmalıdır. Bəs görəsən, bu dəfə uzun illərdir baş tutmayan böyük birlik ideyası baş tutacaqmı? Bu və ya digər suallar barədə “Reytinq”ə müsahibə verən Y.Bağırzadə ümidlidir.

- Hazırda Azərbaycanda siyasi müxalifət qüvvələri bir neçə ittifaqda bir araya gəliblər. İctimai Palata, Məşvərtə Məclisi, “Qarabağ” bloku, Ziyalılar Forumu, “Real”və digər birliklərdə inteqdarsiya edən müxalifətin ümumi birliyinə ehtiyac var. Belə baxanda əksər müxalifət partiyaları liberal dəyərlərə söykənib və fundamental fərqliliklər yoxdur. Əgər biz siyasi müxalifət olaraq nəyəsə nail olmaq istəyiriksə, müxalifətin vahid ünvanının yaradılmasına nail olmalıyıq. Bu ünvanda vahid ideya, vahid platforma, vahid namizəd, vahid komanda formalaşmalıdır. Bu gün Azərbaycan Avroatlantik məkana inteqrasiya yolunu tutub. Müxalifətin də, hakimiyyətin də istiqaməti Qərbədir. Hakimiyyətdən tələb olunur ki, iqtisadi, hüquqi, siyasi islahatlara getsin, ona görə də hakimiyyət bu islahatları həyata keçirməlidir. Amma bu günə kimi hakimiyyət heç bir ciddi dəyişikliyə getməyib. Həyata keçirilən dəyişikliklər isə ancaq müxalifətin əleyhinə olub. Bu siyasət indi də davam edir. Ona görə də biz demokratik düşərgə olaraq hakimiyyətin bu siyasətinə qarşı birgə mübarizə aparmalıyıq. Bu mənada bizim birliyimiz həm beynəlxalq aləm, həm də Azərbaycan ictimaiyyəti tərəfindən dəstəklənir və arzu olunur. Bu birliklər 2013-də müxalifətin qələbəsinə nail olmasaq, heç olmasa, hakimiyyəti islahatlara getməyə məcbur edə bilərik.

- Siz bunu nə qədər real görürsünüz? Axı bu günə kimi cəhdlər çox olub, amma nəticə əldə edilməyib, bu ilin özəlliyi nədir?

- Hər şey mümkündür, amma gərək hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirsin. Biz AMİP olaraq ölkənin ən ciddi siyasi qüvvəsindən biriyik. Siyasi partiya olaraq da böyük ambisiyamız var. Ancaq biz müxalifətin ümumi mənafeyi öz ambisiyamızdan əl çəkməyə hazırıq. Deyirik ki, ümumi prinsiplər müəyyənləşməklə limitli bir vaxt çərçivəsində siyasi müxalifətin vahid namizədini də müəyyənləşdirmək olar. Hazırda elə bir situasiya yetişib ki, bizim müxalifət olaraq bir araya gəlməyimiz vacibdir. Çünki hazırkı dönəmdə birlik olaraq demokratik qüvvələrin vahid mərkəzdən təzyiq göstərməsi vacibdir.

- Bəs buna mane olan nədir?

- Hələ ki buna mane olan böyük qüvvə görmürəm. Sadəcə olaraq, bəzi müxalifət qüvvələrindəki yanaşma tərzini dəyişmək lazımdır. Bəziləri deyir ki, mən güclüyəm, sən zəifsən, gəlib mənim yanımda dayanmalısan. Bu kimi ambisiyalardan əl çəkmək lazımdır. Bundan başqa, mən Azərbaycan müxalifətin bir araya gəlməsində hər hansı bir problem görmürəm. Siyasi Partiyalar haqqında qanunla bağlı müzakirələrdə İctimai Palata, Ziyalılar Forumu, Məşvərət Məclisi, “Qarabağ” bloku, “ReAL” birgə fikir mübadiləsi aparıb. Mən bunu müxalifətin bir araya gəlməsi kimi də dəyərləndirirəm. Bu qurumların növbəti mərhələdə daha sıx əməkdaşlıq imkanları açılıb. Ona görə də bu istiqamətdə səyləri artırmaq lazımdır. Belə görünür ki, adı çəkilən qüvvələrin heç biri müxalifətin vahid mövqedən çıxış etməsində problem görmür.

- Amma hazırda Siz deyən təşkilatların liderləri ayrı-ayrılıqda iddialarını ortaya qoyublar. Bir tərəfdə İsa Qəmbər, o biri tərəfdə Rəsul Quliyev, digər tərəfdə Əli Kərimli, İqbal Ağazadə namizəd olacaqlarını bəyan edib. Belə bir şəraitdə vahid namizəd müəyyənləşdirmək çətin olmayacaq ki?

- İndiki mərhələdə kiminsə öz namizədliyini irəli sürməsi tələsik addımlardır. Ümumiyyətlə, mən hər partiyanın bir tərəfdə namizəd barədə bəyanat verməsini düzgün saymıram. Hesab edirəm ki, indi müxalifətin hansı şərtlər daxilində birgə fəaliyyəni müəyyənləşdirmək daha vacibdir, nəinki kimlərinsə ayrı-ayrı namizədliyini açıqlaması. Hazırda müxalifətin bir araya gəlməsi imkanları var və hər kəs bu sitiqamətdə çalışmalıdır. Əgər bu alınmasa, ondan sonra hərə öz namizədini irəli sürmək barədə düşünər. Hələki hərə öz ambisiyasından geri çəkilməlidir. Bu məsələd biz hər kəsdən öncə elan edirik ki, ambisiyamızdan geri çəkilməyə hazırıq.

- Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev və digərləri öz ambisiyalarından geri çəkilməsələr, necə olacaq?

- Onda hərə öz namizədi ilə seçkiyə gedəcək. Bu da həm xalq, həm də beynəlxalq ictimaiyyət tərəfindən qınaqla qarşılanacaq. Çünki müxalifətin bir araya gəlməsi xalqın sifariçidir. Əgər biz xalqın bu istəyinə müsbət cavab verə bilməsək, vəziyyət daha da ağırlaşacaq. O ki qaldı adını çəkdiyiniz liderlərin bir-birinə güzəştə gedib-getməməsinə, bu, onların şəxsi işləridir. Mən onların daxili işlərinə qarışa bilmərəm. Təbii ki, mən istərdim ki, onlar bir araya gəlsinlər. İctimai Palata da, Ziyalılar Forumu da və digər qüvvələr də bu istiqamətdə əllərindən gələni etməlidir.

- Yusif bəy, müxalifətin 2013-cü il seçkiləri ilə bağlı hələlik vahid mövqe yoxdur. Bəs hakimiyyətin seçki ilə bağlı vəziyyətini necə dəyərləndirirsiniz?

- Hkimiyyətin də vəziyyəti bir o qədər də uğurlu deyil. Uzun illərdən bəri ölkədə hər hansı ciddi islahat aparılmayıb. Zaman-zaman demokratik islahatlar adı altında müxalifətin hüquqlarının məhdudlaşdırılması yönündə addımlar atılıb. İslahat aparmayan, ölkədəki vəziyyəti daha da pisləşdirən haakimiyyətin uğur qazanması da çətindir. Bu gün o fikirlər səslənir ki, hakimiyyət 2013-lə bağlı namizədini müəyyənləşdirə bilməyib. Amma o fikirlərlə razı deyiləm. Hesab edirəm ki, hakim partiyanın və onun ətrafında bir araya gələn qüvvələrin 2013-cü ildəki namizədi cənab İlham Əliyev olacaq.

- Bəs hakimiyyətin qalib gəlmək şansı nə qədərdir?

- Əgər müxalifət bir araya gələ bilsə, hakimiyyətin 2013-də qlib gəlmə şansı azalacaq. Amma onu da qeyd edim ki, müxalifət bir araya gələ bilməsə, budəfəki prezident seçkilər də bizim məğlubiyyətimizlə nəticələnəcək. Ona görə də yuxarıda qeyd etdiyim qüvvələr anlamalıdırlar ki, indidən bir araya gəlib vahid mövqedən çıxış etməsək, hakimiyyətin qələbəsinə təminat vermiş olacağıq.

- Bəzi müxalifət nümayəndələri isə bildirirlər ki, demokratik seçki mühiti formalaşmayınca, vahid namizədin də, vahid platformanın da əhəmiyyəti yoxdur. Bu barədə nə düçünürsünüz?

- Biz elə ilk növbədə demokratik seçki mühitinin formalaşması, normal seçki qanunvericiliyinin yaradılması üçün bir araya gəlmək istəyirik. Təbii ki, hər şeydən öncə bu məsələ həll olunmalıdır ki, seçkidə iştirak etməyin bir mənası olsun. Ona görə də ilk öncə müxalifət qüvvələri qeyd-şərtsiz bi araya gəlir, sonra birliyin prinsipləri müəyyənləşir, platforma hazırlanır və sonra vahid namizədin kimliyi barədə düşünülür.

- Sizin indidən vahid namizəd üçün təklif edəcəyiniz şəxs varmı?

- Yusif Bağırzadə böyük bir partiyanın rəhbəridir və bu partiyada bütün qərarlar kollegial qəbul olunur. Əlbəttə, bu məsələ də partiyanın daxilində müzakirə olunmalıdır və müvafiq qurumlar bu haqda qərar verməlidir. Partiyanın verdiyə qərara hörmətlə yanaşaraq, mən də həmin şəxsi dəstəkləyəcəyəm. Onu deyə bilərəm ki, bu adam AMİP xaricində də ola bilər.

- Etibar Məmmədov necə vahid namizəd ola bilərmi?

- Bəli. Etibar Məmmədov da müxalifətin vahid namizədi ola bilər. Biz çox istərdik ki, o, belə bir təşəbbüslə çıxış eləsin. Ancaq belə bir qərarı vermək Etibar bəyin öz səlahiyyətindədir. Hesab edirəm ki, Etibar bəy budəfəki seçkilərə getsə, AMİP-in şansı daha da yüksələr.

- Sizcə, Etibar Məmmədov vahid namizəd kimi İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyevdən daha şanslıdır, yoxsa...

- Müxalifət liderlərindən hamını şanslı hesab edirəm, amma Etibar Məmmədovun potensial daha böyükdür. Müxalifət bu potensialdan istifadə etsə, daha yaxşı olar. Ancaq hər şeydən öncə Etibar bəyin özü qərar verməlidir, daha sonra da kollegial olaraq müxalifət partiyaları bu məsələdə yekdil fikrə gəlməlidir. Gəlin tələsməyək, bu barədə bir az sonra daha ətraflı danışa biləcəyik.

- Yusif bəy, ümumiyyətlə, gələn ildən nə gözləyirsiniz? Hakimiyyət dəyişikliyi olmasa belə, hər hansı bir aktivliyin olacağını proqnozlaşdırırsınızmı?

- Dünya dəyişir, Azərbaycan da dünyanın bir hissəsi kimi dəyişməyə məhkumdur. Bu gün Azərbaycan cəmiyyətində böyük bir gərginlik var. İllərdir ki, hakimiyyət siyasi müxalifəti qeyri-qanuni olaraq küncə sıxışdırıb, ən müqqəs hüquq olan mülkiyyət hüququ total surətdə pozulur, iqtisadi vəziyyət ağırdır, bahalıq baş alıb gedir, verilən məvaciblər bazara uyğun deyil. Belə bir gərgin vəziyyətlə seçkiyə doğru irəliləmək vəziyyəti daha da kritikləşdirir. Siyasi institutların fəaliyyəti məhdudlaşdırıldıqca isə gərginlik başqa müstəvidə ortaya çıxır. Bu isə daha təhlükəli tendensiyadır. Hakimiyyət demokratik islahatlar adı altında yürütdüyü məhdudlaşdırma siyasəti ilə xalqı da, özünü də uçuruma sürükləyir. Nəzərə alsaq ki, həm böyük güclərin, həm də region dövlətlərin hərəsinin burda öz marağı var, o zaman bizim daha diqqətli olmağımız vacibdir. Bu məsələdə isə əsas məsuliyyət hakimiyyətin üzərinə düşür. Ona görə də hakimiyyət ölkədə siyasi institutları məhv etmə siyasətinə son qoymalı və demokratik seçki mühiti yaratmalıdır. Əks təqdirdə mövcud gərginlik ölkə üçün böyük təhlükəyə çevriləcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru