SİYASİ PARTİYALARLA BAĞLI HESABAT GƏLİR
Tarix: 25-12-2012, 12:39 |
Çap et
NƏTİCƏLƏR NƏ VAXT AÇIQLANACAQ?
DİA.AZ: - Alyansın Azərbaycandakı siyasi partiyalar arasında apardığı monitorinqin nəticələrinin elan olunacağı tarix dəqiqləşdi. Bu, DİA.AZ-a daxil olan məlumatda deyilir.
Məlum olduğu kimi bir müddət öncə QHT Əməkdaşlıq Alyansı 2013- cü il prezident seçkisinin monitorinqi çərçivəsində ilkin olaraq Azərbaycandakı aparıcı siyasi partiyaların monitorinqinə başlamışdır.
Bu barədə QHT Əməkdaşlıq Alyansının Həmsədri Rufiz Qonaqovun Alyansın mətbuat katibliyinə verdiyi açıqlamasına görə, artıq monitorinqin nəticələri ilə əlaqədar ekspert qrupu işini başa çatdırıb.
“ Monitorinq uğurla başa çatıb, tanınmış ekspertlərdən ibarət qrup sənəd üzərində işi yekunlaşdırıb. Siyasi partiyalar arasında Alyans tərəfindən aparılmış monitorinqin nəticələri yaxın günlərdə İdarə Heyəti tərəfindən təsdiqlənəcək. Sonrakı günlər bayram günlərinə təsadüf etdiyindən çox güman ki, siyasi partiyalarla bağlı monitorinqin nəticələri yanvar ayının ilk ongünlüyündə açıqlanacaq. Qeyd edim ki, monitorinq ölkədə aktiv fəaliyyət göstərən 26 siyasi partiya arasında aparılmışdır. Monitorinqin nəticələri ilə bağlı hesabat siyasi partiyalarla əlaqədar indiyədək ictimaiyyət üçün qaranlıq qalan və elan olunmamış maraqlı məlumatlar, statistik rəqəmlər və faktlarlarla zəngindir. Düşünürəm ki, bu məlumatlar bütün ictimaiyyət və beynəlxalq qurumlar üçün maraqlı olacaq.”