FUTBOL QALMAQALÇISININ MÜDHİŞ QAZ BİZNESİ
Tarix: 18-01-2013, 11:52 | Çap et
ƏKBƏR HACIYEV NECƏ OLDU Kİ, GÖRƏVƏ GƏLDİ?
DİA.AZ: - "Azəriqaz" İstehsalat Birliyinin (İB) sabiq sədri Əlixan Məlikov vəzifədə olanda ictimaiyyət qazla bağlı yaranan bütün problemlərə görə onu tənqid edirdilər. Bir dəfə görməmişdik ki, kimsə onun müavinlərini, yaxud qurumda təmsil olunan başqa vəzifə sahiblərini təqsirli bilsinlər. Ən xırda problemin məsuliyyəti də Ə.Məlikovun üzərində qalırdı. Onu da bildirək ki, nazirliklərdə, komitələrdə, ASC-lərdə, həmçinin başqa dövlət orqanlarında idarəçilikdə birinci şəxslərdən başqa müavinlərin nə işlə məşğul olmasını araşdırmaq qərarına gəldik. Bu dəfə araşdırma mövzumuz "Azəriqaz"İB-dir.
DİA.AZ bildirir ki, dövlət qurumları içərisində idarə heyətinin sayına görə, İB xüsusi fərqlənir. Birliyin baş direktoru Əkbər Hacıyevin nə az, nə çox düz beş müavini var. Bu yazıda qurumun sədri və onun müavinlərinin nə işlə məşğul olmasını diqqətinizə çatdıracağıq. İlk olaraq "Azəriqaz" sədrinin özündən başlamaq istəyirik. Mətbutda dəfələrlə adıçəkilən Əkbər Hacı oğlu Hacıyev 1972-ci ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1993-cü ildə Sankt-Peterburq İnşaat Mühəndislər İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsini bitirib.
Ə.Hacıyev əmək fəaliyyətinə 2004-cü ildən Məişət Maye-Qaz Açıq Tipli Səhmdar Cəmiyyətində başlayıb. O,həmin Cəmiyyətdə sədr müavini, sonra isə sədr vəzifələrində çalışıb. 2006-cı ildən 2009-cu ilin iyul ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" Neft Emalı Zavodunun direktoru vəzifəsində işləyib. Həmçinin "Neftçi" futbol klubunun da prezidenti olub. 2009-cu ilin iyulundan "Azəriqaz"a rəhbərlik edir.
Əvvəla qeyd edək ki, İB rəhbərinin qaz sahəsindən anlayışı yoxdur. Çünki ixtisası bu sahə ilə bağlı deyil. Ona görə də paytaxtın qazla təminatında tez-tez problemlər yaranır. "Neftçi"yə rəhbərliyi müddətində adı bir neçə dəfə futbol oyunlarında, oyun alqı-satqısında da hallanıb. Lakin "Azəriqaz"a keçməklə özünə qarşı yuxarılardan gələ biləcək təhlükəni sovuşdura bilib. Məlumatlara görə, 40 yaşlı sədrin ən yaxın qohumlarından biri metal biznesi ilə məşğul olur. Onun maliyyələşməsinə isə baş direktor baxır.
Ə.Hacıyevin özü ilə bağlı faktlar yetərincədir. Amma bizə və sizə maraqlı olan onun müavinlərinin kimliyi və nə işlərlə məşğul olmalarıdır? Baş direktorun birinci müavini Səmədzadə Nazim Hüseynağa oğludur. "Azəriqaz" QTSC kimi fəaliyyət göstərəndə N.Səmədzadə vitse-prezident işləyirdi və Ə.Məlikova yaxın adam kimi tanınırdı. Bəziləri Hacıyevin gəlişi ilə onun qurumdan ayrılacağını düşündüyü vaxtda, sabiq vitse-prezident birinci müavin keçdi. Haqqında indiyə qədər demək olar ki, yazılmayıb. Araşdırmalar isə göstərir ki, birinci müavin "Azəriqaz"da ən gəlirli sahəni öz əlinə alıb. Belə ki, onun razılığı olmadan İB-in yerlərdəki idarələrinə heç bir təyinat ola bilməz. Bu həm sıravi, həm də rəhbər işləmək istəyənlərə aiddir.
Baş direktorun satış və istismar üzrə müavini isə Məmmədov Qamət Dadaş oğludur. Əvvəllər Ə.Əmirov adına NQÇİ-nin rəisi işləyib. "Azəriqaz" İB-yə çevriləndən sonra Əkbər müəllim onu özünə müavin gətirib. Məlumatlarda qeyd olunur ki, sabiq NQÇİ rəisi yerli qaz istismar idarələrinin satış şöbələrinin müdirlərindən hər ay "hesabat" alır. Vaxtlı-vaxtında bunu etməyənlər isə işlərini itirməli olurlar. İşdən kənar fəaliyyətə gəlincə, Q.Məmmədovun Bakıda bir neçə şadlıq evinin olduğu deyilir. Hətta deyilənə görə, hazırda Bəkir Çobanzadə küçəsində tikilməkdə olan şadlıq sarayı da ona məxsusdur. Baş direktorun ümumi işlər üzrə müavini Ziyad Cəlilovdur. "Azəriqaz"da bu insanı Hacıyevin qohumu kimi tanıyırlar. Müavin vəzifəsinə təyin olunanda Z.Cəlilov hamıya deyib ki, baş direktor yaxın qohumumdur. Bundan sonra birlikdə baş qaldırmaq istəyənlər ondan çəkinməyə başlayıb. İdarəetmə işlərində bir o qədər də bacarığı olmayan müavinəsasən biznes fəaliyyəti ilə məşğuldur. Özü də biznesini kənarda yox, elə "Azəriqaz"ın özündə qurub. İB direktorunun əsaslı tikinti üzrə müavini Seyfullayev Qağaməli Höküməli oğlu da az qazanmır. İdarənin ən gəlirli sahəsinə rəhbərlik edən Q.Seyfullayev çörəyini "Azəriqaz"ın tikinti sektoruna ayırdığı pullardan çıxarır.
Yəni qaz xətlərinin dəyişdirilməsi, xaricdən sayğacların alınması və idarələr üçün binaların tikilməsi kimi mühüm işlərə hər il milyonlar ayrılır. Amma Qağaməli müəllim bu pulları təyinatı üzrə xərcləmir və baş direktora xüsusi hesabat təqdim edərək gördüyü bəzi işləri ört-basdır edir. Amanov Aydınbəy Bayramqulu oğlu isə baş direktorun əməyin mühafizəsi üzrə müavinidir. "Azəriqaz"da və ona tabe olan idarələrdə çalışan şəxslər iş zamanı hər hansı bədbəxt hadisə ilə üzləşsələr, bu şəxs onlara maliyyə yardımlarının ayrılmasına və müalicələrinə şərait yaratmalıdır. Təəssüf ki, qaz idarələrində çalışan və müxtəlif xəsarətlər alan şəxslər bu günə kimi A.Amanovun köməyini görməyib.
Qanunda birdəfəlik pul yardımlarının verilməsi, xüsusi güzəştlər nəzərdə tutulsa da, müavin bunlara məhəl qoymur. Bizim sizlərə çatdırmaq istədiklərimiz hələlik bu qədərdir. Gələn saylarımızda "Azərsu"nun idarə heyəti barədə yazı ilə görüşünüzə gələcəyik. Yazıda adları çəkilən şəxsləri də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
|