İSGƏNDƏR HƏMİDOV YENİDƏN SİYASƏTƏ QAYIDIR
Tarix: 1-03-2013, 12:58 |
Çap et
YENİ SİYASİ GÜNDƏM YARANIR: BOZ QURDLAR DİRİLİR
DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri ölkənin aparıcı siyasi təşkilatlarının da fəallaşmasına nədən olub. Hər seçki ərəfəsində müxtəlif birlik və təşkilatların yaradılması Azərbaycan üçün ənənəvi hal kimi dəyərləndirilə bilər. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu seçki ərəfəsində də yeni bir təşkilatın yaradılması planlaşdırılır.
Məlumatlı mənbənin redaksiyamıza verdiyi xəbərə görə, bu dəfə təşkilatlanma qərarını verən millətçilərdir. Xatırladaq ki, Azərbaycan Boz Qurdlarının lideri, keçmiş daxili işlər naziri İsgəndər Həmidov son günlər yenidən siyasətə qayıtdığını nümayiş etdirir və yayılan xəbərlərə görə, keçmiş nazirin yenidən partiyasına rəhbərlik edəcəyi söylənilir.
Məlumatlı mənbə bildirir ki, artıq İsgəndər Həmidovun yenidən siyasətə atılması bir anın məsələsidir: «Neçə müddət idi ki, tərəfdarları İsgəndər Həmidovun siyasətə dönüşünü arzulayırdılar. Bu qərar verilib. Və yaxın günlərdə Boz Qurd Partiyası yenidən əvvəlki ruhu ilə fəaliyyətini tam olaraq bərpa edəcək».