ABUNƏÇİLƏRİ «NAR MOBİLE»DAN ŞİKAYƏT EDİRLƏR
Tarix: 6-03-2013, 15:18 |
Çap et
MOBİL OPERATORDAN İSTİFADƏDƏ PROBLEM YARANIB
DİA.AZ: - Redaksiyamıza «Nar Mobile» abunəçilərindən birinin şikayət məktubu daxil olub. Bakı şəhər sakini olduğunu bildirən Əzizov Məmmədəlinin sözlərinə görə, neçə gündür ki, istifadə etdiyi «Nar» nömrəsindən digər «Nar Mobile» abunəçiləri ilə əlaqə yaratmasında problemlər yaranıb.
Şikayət məktubunda deyilir: «Dəfələrlə yaranmış problemlə bağlı şirkətə müraciət etsəm də, məni dinləyirlər, amma problemimi həll etmirlər. Öyrənmişəm ki, digər «Nar» abunəçilərində də oxşar problemlər yaranıb».
Şikayətçi bildirir ki, bu gün səhər saatlarından «Nar Mobile» nömrəsindən kiminləsə əlaqə yaratmaq isə ümumiyyətlə, problemə çevrilib: «Bir neçə saat ərzində telefonla yığmaq istəsəm də, əksər hallarda zəngin çatmadığı bildirilir. Elə məni yığmaq istəyənlər də şikayətlənirlər ki, mənə zəng çatmır».
Şikayətçinin sözlərinə görə, o, bizneslə məşğuldur və etibarlı mobil operator kimi «Nar Mobile» şirkətinin xidmətlərindən illərdir istifadə edir. Və son günlərdə yaranmış problem onun işinə də zərər vurur.
DİA.AZ olaraq şikayətçinin toxunduğu problemlə bağlı sözügedən şirkətin də mövqeyini öyrənməyə çalışacağıq. Bizi izləməkdə davam edin…