GORANBOYUN İCRA BAŞÇISI ÇOX QÜDRƏTLİ İMİŞ...
Tarix: 8-03-2013, 12:01 |
Çap et
Oğlunun həbs edildiyini öyrənən ananın ürəyi dözmədi və vəfat etdi.
Bu yaxınlarda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə problem yaşayan, lakin sonradan Prezident İlham Əliyevin müdaxiləsindən sonra qalib gəldiyi tenderin pulunu geri alan iş adamı Müqayis Verdiyevi Nizaməddin Quliyev həbs elətdirib. Müqayis Verdiyev prezidentdən bu ədalətsizliyə son qoyub tapdanan hüquqlarını bərpa etməsini xahiş edir! Bu barədə TİA.AZ-a sahibkarın yaxınları məlumat verib. Redaksiyamıza daxil olan şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:
Cənab Prezident!
Verdiyev Müqais Cəmil oğlu “Regionların sosial iqtisadi inkişafı proqramı əsasında” Goranboy rayonunda abadlıq işləri görmüşük bir sıra obyekt və bayraq meydanı şəxsən bizim əl işimizdir. Lakin biz işi görüb qurtardıqdan sonra Goranboy rayonun icra başçısı Nizaməddin Quliyev bizə və material götürdüyümüz sahibkarların pulunu vermək istəmədi. Nə qədər açınaçaqlı səslənsə də, Nizaməddin Quliyev bizə catası 269 min manatı mənimsəyərək Müqais Verdiyevi rayonda həps etdirdi. Hətda bu xəbəri eşidən kimi Verdiyev Müqaisin anasının ürəyi dözmədi və vəfat etdi.
Cənab Prezident, biz Azərbaycanımızın gözəlləşməsi üçün müxtəlif rayonlarda abadlıq işlərinin icraçılarıyq.
Dünən Goranboy rayonun icra başçısı birinci müavini Baxış müəllim işçilərə bildiribdiki, əmək haqqları almaq üçün icra hakimiyyətinin qarşısına toplaşsınlar. İşçilər toplaşan zaman isə bildirilmişdirki, əmək haqqlarını almaq istəyən prokurorluqa şikayət etsin. Bundan sonra Verdiyev Müqais İcra hakimiyyətinə dəvət edilərək həps edilib.
Cənab Prezident! Yazıb Sizdən xahiş edirik ki, bu ədalətsizliyə son qoyub tapdanan hüquqlarımızı bərpa edəsiniz.