Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                 

Elman Rüstəmovun kürəkəni nazir müavini gətirilir - Belə deyirlər...
Tarix: 6-05-2016, 08:56 | Çap et
Elman Rüstəmovun kürəkəni nazir müavini gətirilir
Son günlər gənclər və idman naziri Azad Rəhimovun adı mətbuatın gündəminə tez-tez gəlməyə başlayıb. Xatırladaq ki, bir neçə gün öncə nazirin oğlu Arif Rəhimova məxsus olan “DDLAR Grop” şirkəti haqda sensasion faktlar yayımlanıb. Bildirilib ki, nazir oğlu “DDLAR GROUP” adlı özəl şirkətini 2011-ci ildə qurub və hazırda da ona rəhbərlik edir. Bununla yanaşı, Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Bu məsələdə də ona “etimad göstərilməsinin” səbəbi ilk növbədə atasının gənclər və idman naziri postunu tutmasıdır. Məlumata görə, nazir oğlunun “DDLAR Group”u əslində 1999-cu ildən fəaliyyətə başlayan “İNŞAATÇI” tikinti firmasının varisidir.

Elman Rüstəmovun kürəkəni nazir müavini gətirilir

Hazırda Bakının rayonlarında tikilən “Premium” və “De Lüks” sinifli komplekslər bu qrupun məhsuludur. Amma bir sual açıq qalır: həmin şirkəti yaratmamışdan əvvəl sadəcə iki il – 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyən Arif Rəhimov belə geniş biznes layihələri həyata keçirmək üçün ilkin maliyyəni haradan əldə edib?! “DDLAR Group” Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayını inşa edib. Amma bununla bağlı da kifayət qədər mübhəm suallar var. Qeyd edək ki, ölkə başçısı 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın icrası Gənclər və İdman Nazirliyinə həvalə edilib. Nazir Azad Rəhimov isə öz növbəsində bu işi oğlunun şirkətinin ixtiyarına buraxıb. Ancaq məlum deyil ki, bu zaman satınalmalar barədə qanunvericiliyin tələbləri nə qədər gözlənilib. Kifayət qədər ciddi rəqəmlərə başa gələn həmin obyektin inşası ilə bağlı tender elan edilibmi, tenderə hansı şirkətlər qoşulub? Bu suallar da öz cavabını gözləyir və yəqin ki, həmin cavablarla tanış olmaq bundan sonra da mümkün olmayacaq. Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz “DDLAR GROUP” tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Bu komplekslərlə bağlı müəmmalar isə lap dərindir. Belə ki, onların sifarişinin necə, hansı səbəblər və şərtlərlə verildiyinin sirr olması bir yana, bu istiqamətdə xərclər də mübahisə mövzusudur. Söhbət az qala bir-birinin təkrarı olan həmin komplekslərin hər birinin başa gəlmə xərcləri arasındakı kəskin uçurumdan gedir. Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib. O da maraqlıdır ki, adətən özü və nazirliyi barədə tənqidlərə bir qayda olaraq, susqunluq nümayiş etdirən Azad Rəhimov 3 il öncə bu mövzuda KİV-in yazdıqlarına nəyə görəsə dərhal və kəskin reaksiya vermiş, hətta ANS telekanalını məhkəməyə vermək istəmişdi. Həmçinin “Crystal Hall”un ötən ilin yayında Bakıda keçirilən Birinci Avropa Oyunları üçün hazırlığı və Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi işləri də Gənclər və İdman Nazirliyi tərəfindən məhz Arif Rəhimovun “DDLAR Group”una sifariş edilib. Ümumiyyətlə, onun şirkətinin atasının rəhbərlik etdiyi nazirliyin tender müsabiqələrinin əsas qalibinə çevrilməsi birmənalıdır. Bu isə həmin tenderlərin ədalətliliyi və şəffaflığı ilə bağlı şübhələri kifayət qədər dərinləşdirir.

Elman Rüstəmovun kürəkəni nazir müavini gətirilir

Qeyd edək ki, Azad Rəhimovla yanaşı, müavini, nazirliyin əsas fiqurlarından sayılan İsmayıl İsmayılovun da fəaliyyəti tənqid atəşinə tutulur. Mötəbər mənbələrdən gundelik-baku.com-a verilən məlumatlara görə, yuxarılar Gənclər və İdman Nazirliyində bəzi kadr islahatları həyata keçirməyi planlaşdırırlar. Deyilənə görə, yaxın vaxtlarda nazir müavini İsmayıl İsmayılov tutduğu görəvdən alına bilər. Onun yerinə təyin edilmə ehtimalı yüksək olan şəxsin kimliyi də bəllidir. Bu, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun kürəkəni, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadədir. Məlumata əsasən, 1979-cu il təvəllüdlü Cuma Əhmədzadənin nazir müavini postuna namizədliyi artıq yuxaprılara təklif olunub və müsbət cavab alınıb. Məlumat üçün deyək ki, hazırda Qax rayonunda olan "El Resort beş ulduzlu otel, "Yaşıl park”, "Ulu”, "İmproteks”, "Ballı bulaq”, "Qafqaz” " Eden” park hotel, "Səngər qala” istirahət mərkəzləri, "Şəfa” istirahət və müalicə ponsionatı, "İlisu” ponsionatı və "Ulu Dağ” turizm mərkəzləri Cuma Əhmədzadənindir. O, Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə ailədir. Günel Rüstəmova 2005-ci ilin mayında Londonda “Gyunel Limited” şirkətini quraraq, onun direktoru olub. Daha sonra o, Cuma Əhmədzadə ilə evlənib. 2007-ci ilin aprelindən adı çəkilən şirkətin direktoru vəzifəsni Cuma Əhmədzadə həyata keçirir, Günel xanım isə hazırda ərinin rəhbərlik etdiyi “Gyunel Limited” şirkətinin katibidir. Aldığımız məlumata görə, yaxın günlərdə Cuma Əhmədzadənin nazir müavini təyin olunması barədə sərəncam verilə bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Bu gün, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Bu gün, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Bu gün, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Bu gün, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru