"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                 

İnam Kərimov da inamını qırdı... - “Məmur laqeydliyindən xəstəlik tapmışam”
Tarix: 9-08-2018, 09:34 | Çap et
İnam Kərimov da inamını qırdı...
İmişli rayon sakini, 80 yaşlı Mahmud Qasımovun iki illik əmək haqqını ala bilməməsi haqda dəfələrlə yazmışıq. Məsələnin həlli, ağsaqqal şikayətçinin probleminin çözülməsinə yardım üçün Kənd Təsərrüfatı Nazirliyinə redaksiyanın adından məktub da yolladıq. Nazirliyin maliyyə sektorunun əməkdaşı Namiq Süleymanov məsələ ilə yaxından maraqlansa da, şikayətçinin istəyi hələ də təmin olunmayıb.

İndiyədək 27 məhkəmə instansiyasından keçən və haqlı olduğunu sənədlərlə sübut edən ağsaqqal hələ də əlində sənədlərlə qapılar döyür. 500 manatlıq əmək haqqını almaq üçün Səbayel rayon Məhkəməsi ilə Kənd Təsərrüfatı Nazirliyinin arasında qalıb. Əlacsiz qalan şikayətçi qəzetimiz vasitəsilə ölkə prezidenti İlham Əliyevə məktub ünvanlayıb:

“Çox hörmətli Prezidentimiz!

Mən 04.07.78-ci ildən 11.01.99-cu il tarixə qədər İmişli rayonu Kənd Təsərrüfatı İdarəsində Dövlət Texniki nəzarət, sonralar da fasiləsiz olaraq İmişli rayon Aqrar Sənaye Kombinatında baş dövlət texniki nəzarət müfəttişi vəzifəsində çalışmışam. İşlədiyim müddət ərzində istər İmişli rayon rəhbərliyinin, istərsə də Kənd Təsərrüfatı Nazirliyinin verdiyi tapşırıqlara tam əməl etmişəm. Onlar tərəfindən nəinki töhmət, hətta şifahi xəbərdarlıq belə almamışam. Lakin mənə bəlli olmayan səbəbdən 02.01.97-ci ildən 11.01.99-cu il tarixə qədər aylıq əmək haqqımı vermədilər. Baxmayaraq, mən hər gün işimin başında olmuşam və digər həmkarlarım kimi tabel kitabına imza atmışam. Eyni zamanda rayonda mövcud olan traktor və kənd təsərrüfatı texnikalarına illik texniki baxış keçirib 1997-98-ci illər üçün hesabat təqdim etmişəm. Lakin bir müddətdən sonra sabiq kənd təsərrüfatı naziri İrşad Əliyevin, rayon rəhbərliyinin və məhkəmələrin planları əsasında tutduğum vəzifə başqasına “bağışlandı”.

Əgər onların ədaləti olsaydı, işlədiyim illərin əmək haqqını verib, sonra başaları ilə işləyərdilər. Ya da həmin illərdə əmr verib məni azad edərdilər. Mən də bilərdim ki, işdən azad olunmuşam.

Möhtərəm Prezident!

Mən kiməsə xoş gəlmək üçün bu ifadəni işlətmirəm. Gerçəkdən də fəxr edirəm ki, sizin kimi siyasətçi, uzaqgörən rəhbərimiz var. Dünyanın nəhəng ölkələrin rəhbərləri sizin fikrinizlə hesablaşır. Sizin yürütdüyünüz daxili və xarici siyasət nəticəsində bu gün əmin-aman yaşayırıq. Amma sizin gecə-gündüz çalışıb insanların sərbəst, azad yaşamasına və onların maddi rifahının yaxşılaşmasına çalışmağınıza “sapı özümüzdən olan” bəzi laqeyd vəzifəli məmurlar kölgə salırlar. Baxmayaraq, siz həmişə vurğulamısız ki, bütün vəzifəli məmurlar vətəndaşların xidmətçiləridir. Xalqı sizdən narazı salmaq üçün dəridən-qabıqdan çıxanlar özlərini guya sizə və dövlətə sadiq bir şəxs kimi qələmə versələr də, söylədikləri fikirlər əməlləri ilə üst-üstə düşmür.

Onların laqeydliyi məni artıq cana yığıb. Mən illərdir Kənd Təsərrüfatı Nazirliyinə anlada bilmirəm ki, 1997-98-ci illərdə baş mütəxəssis kimi mənim aylıq əmək haqqım 250 min olub. Onu iki il 11 günə vurduqda 6 milyon 83 min manat edir. Bu məbləğdən mənə 05.09.2006-cı ildə 2 milyon 810 min 800 manat, yəni yeni Azərbaycan manatı ilə 562 AZN ödənilib. İndiyədək mən bu məbləğ qeyd olunmuş sənəddən başqa heç bir sənədə qol çəkməmişəm. Amma dövlətin adından çıxarılan və 27.01.200-ci il tarixdə qanuni qüvvəyə minmiş qərarı bu günədək icra olunmayıb.

27.01.200-ci ildə Bakı şəhər Məhkəməsi qərardad qəbul edib ki, Qasımov Mahmud Əlibəy oğlunun əmək haqqı 02.01.97-dən 11.01.99-cu il tarixə qədər Kənd Təsərrüfatı Nazirliyindən tutularaq ödənilsin. 19-cu ildir dövlətin adından çıxarılan və qanuni qüvvəyə minmiş qərardad bu günədək tam icra olunmayıb və bu, heç kimi narahat etmir.

Bəzi laqeyd, biganə və qanuna məhəl qoymayan məmurlar bu sənədi görməzdən gəlirlər. Məhkəmə qərarını yerinə yetirməli olan icra məmuru bu sənədə əhəmiyyət vermir. O, hansı haqla vəzifə səlahiyyətini aşıb icraata xitam verir? Səbayel rayon hakimi də onun icraata xitam verməsini ləgv edib və qeyd edib ki, icraata o vaxt xitam verilir ki, məsələ tam həllini tapsın.

Kənd Təsərrüfatı Nazirliyi aparat rəhbərliyi İlham Bayramov dövləti, həm də məhkəmə orqanlarını aldadaraq 20 oktyabr 2016-cı il tarixli 07/12-08-2714 nömrəli məktubla utanmadan çənə cavab yazır ki, “Kənd Təsərrüfatı Nazirliyinin iddiaçı Mahmud Qasımova borcu yoxdur”. Kimliyindən və tutduğu vəzifəsindən asılı olmayaraq, istər hüquqi, istərsə də fiziki şəxslərin hamısı qanun qarşısında eynidir. Əgər doğrudan da elədirsə, nə üşün Kənd Təsərrüfatı Nazirliyi bu ödənişləri ödəmir? Əgər ödəmirsə, o halda niyə qanunla ölçü götürülmür? Niyə icra məmuru bu müddət ərzində Kənd Təsərrüfatı Nazirliyinə qarşı məcburi icra tətbiq etməyir? Mən 05.09.2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyində cədvələ imza edib 562 AZN alanda gördüm ki, mənim kimi tora düşən Lyadişkina, İbrahimov və mənə, yəni üçümüzə ödəniləcək məbləğ 2060 AZN-dir. Ondan 562 AZN mənim, yerdə qalan məbləğ isə o biri iki nəfərə veriləcəkdi. Lakin Səbayel rayon məhkəməsinin hakimi Araz Hüseynov 06.02.2008-ci ildə bu prosesə baxarkən qanunun tələblərini kobud surətdə pozdu və mənə 562 deyil, guya 2060 AZN ödənildiyini haqda qərar çıxardı. Mən də əlacsız qalıb Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət etdim. Düşündüm ki, burada vicdanlı və ədalətli hakimlər olacaq. Çox təəssüf ki, onlar da mənim problemini görməzdən gəldilər. 31.05.2016-cı ildə Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsini hakimi Şərafət Məmmədova çıxardığı qərarda ədalətsizcə, hec bir araşdırma və təhlil aparmadan və Araz Hüseynovun yanlışını təsdiqlədi. Qərar çıxardı ki, guya mənə 2060 AZN ödənilib.

Cənab Prezident!

Mən bu məsələdən ötrü döymədiyim qapı, kömək istəmədiyim məmur qalmayıb. Mən heç vaxt dövlətə qarşı çevrişə cəhd göstərməmişəm, ölkəmə xəyanət etməmişəm. Bəs onda günahım nədir ki, ayrı-ayrı instansiyalarda bu məsələ ilə bağlı 27 dəfə məhkəmə prosesi keçirilib? Hansı ölkədə belə bir şey var ki, vətəndaş əmək haqqını almaq üçün bu qədər məhkəmə stressi yaşayır? Ölkədə bu qədər insan hüquqları ilə məşğul olan hüquq-müfafizə orqanları var. Onlar nə işlə məşğuldurlar, bu mənzərədən az da olsa utanıb xəcalət çəkirlər?!

Dünyanın bəzi ölkələrində vətəndaşları demirəm, hətta çöl heyvanları xəstələnəndə, hər hansı qəzaya düşar olanda onu müalicə edib həyata qaytarırlar. Amma bizim ölkəmizdə bunun əksidir. Mənim fikirdən ürəyimdə çat əmələ gəlib, yüksək beyin təzyiqi tapmışam. Bunun hamısı laqeyd, soyuqqanlı məmurların əməllərinin nəticəsidir. Ölkədə vətəndaşların hüquqları hər addımbaşı pozulduğuna görə, insanlar stress keçirir. Ailə-məişət zəminində xoşagəlməz hadisələr baş verir. Vətəndaşların canını o qədər boğaza yığırlar ki, nəticədə insanlar canına qıyır.

Cənab Prezident!

Mən bu məsələ ilə bağlı Konstitutsiya Məhkəməsinin sədri X.Abdullayev cənablarına müraciət etdim, hakim R.Qvaladze bu işlə məşğul oldu. Bir il get-gəl edəndən sonra dedi ki, “artıq mənlik iş yoxdur, mən işimi görüb sənədləri Konstitutsiya Məhkəməsinin plenumuna təqdim etmişəm”. Sonra baş prokuror Zakir Qaralovla görüşə cəhd etdim, alınmadı. Məni qəbul edib dərdimə qulaq asmaq əvəzinə, Bakı şəhər Prokurorluğuna göndərdilər. Orada da mənə məlumat verildi ki, biz vətəndaşlara yalnız müəyyən təlimat və istiqamət verə bilərik, qısası, bizlik deyil. Ədliyyə Nazirliyi yanında İcra baş idarəsinin sabiq rəisi Xanlar Zeynalovun dəfələrlə qəbulunda olmuşam, heç bir faydası olmadı. Ədliyyə nazirinin müavini Vilayət Zahirovla görüşdüm, nəticəsiz oldu. Ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna düşmək cəhdim baş tutmadı. Daha sonra İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın dəfələrlə yanında oldum, amma o da heç bir köməklik göstərmədi. Qeyri-hökumət təşkilatlarının təmsilçiləri - Azay Quliyev, Çingiz Qənizadəylə görüşdüm, çox təəssüf ki, onlar da heç bir dəstək vermədilər.

Mətbuat və televiziyalara üz tutdum. Təəssüf ki, nə “Respublika”, nə “Azərbaycan”, nə “Səs” qəzetləri bu məsələni işıqlandırmaq istəmədilər. Dedilər ki, mümkün deyil, onda gərək biz tutduğumuz vəzifəni tərk edək. Aprel 2018-ci ildə prezidentliyə namizədlərin hamısına problemimlə bağlı məktub ünvanladımsa da, heç biri bu haqda danışmadı. Yalnız ADP-nin sədri Sərdar Cəlaloğlu Məmmədov bu məsələni ictimailəşdirdi. Qeyd etdi ki, Ali Məhkəmə, Ədliyyə Nazirliyi hara baxır? Nə üçün hakimlərin işinə nəzarət yoxdur?!

Baş nazirin müavini Əli Əhmədov efirdə dedi ki, bu məsələ qısa müddətdə öz həllini tapacaq. Həmin vaxtdan 4 aya yaxın müddət keçməsinə baxmayaraq, məsələ bu günədək həll olunmayıb.

Sözümün canı odur ki, qanuni əmək haqqımın ödənilməsinə görə, 27 dəfə məhkəmə prosesi və onlarla məmur qapısından keçmişəm. Amma heç bir faydası yoxdur. Onlar unudurlar ki, vətəndaşın 27 dəfə məhkəmə prosesindən keçməsi nə Ədliyyə Nazirliyi, nə Ali Məhkəməyə, nə də digər qurumlara başucalığı gətirə bilməz.

Mən heç yerdə işləmirəm. Gözümü ancaq pensiyama dikmişəm. Amma Kənd Təsərrütafı Nazirliyi üçün bu məbləğ çox cüzi vəsaitdir. Mənim onlardan tələb etdiyim vəsait 5 milyon deyil ki, gücləri çatmasın?

02.05.2018-ci ildə Bakı Appelyasiya Məhkəməsinin hakimi bu məsələyə baxdı, icra məmurunun şikayətini ləğv etdi və materialı ilkin instansiyaya, yəni Səbayel rayon məhkəməsinə icra olunması üçün göndərdi. Amma məsələ icra olunmur ki, olunmur. Belə çıxır ki, məmurlar vətəndaşa zülm eləməkdən həzz alırlar.

2 may 2018-ci ildə Bakı Appelyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov Səbayel rayon məhkəməsinin çıxardığı qərarı heç bir dəyişiklik etmədən qüvvədə saxladı. Və materialı Səbayel rayonu məhkəməsinə göndərdi. 26.07.2018-ci ildə Səbayel rayon Məhkəməsinin icra şöbəsinin məmuru Tural Aşurov icra vərəqəsini aldığı gündən fəaliyyətə başlamalı olduğu halda, yenidən qanunu pozdu. Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramovun göndərdiyi saxta məktuba əsasən icranı dayandırdı. İyulun 30-da isə Kənd Təsərrüfatı Nazirliyinin sektor Namiq Süleymanovun qəbulunda oldum. Mənim İnam Kərimov cənablarına ünvanladığım bütün sənədləri ona verməyimə baxmayaraq, o, işi müsbət həll etmədi. Lazım olan sənədləri İmişli rayon arxivindən tələb edib gətirmək əvəzinə, mənə Lənkəran, Biləsuvar rayonlarından nümunələr göstərdi.

Möhtərəm Prezident!

Hazırda Səbayel rayon Məhkəməsinin qərarı ilə əlaqədar icra vərəqəsi icra məmuruna təqdim olunub. Lakin ordan 31.07.2018-ci il 07/18-085580 saylı məktub göndərilərək bildirib ki, vətəndaşa olan borc ödənilib. Halbuki, 19 ildir mən bunun davasını döyürəm ki, həmin pulu almamışam.

Xahiş edirəm, ölkə vətəndaşlarının qarantı kimi bu məsələdə, yəni halal haqqımı - (ezamiyyət, məzuniyyət və digər məbləğlərin) ödənilməsinə yardım edəsiniz”.
\\hurriyyet.org\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Bu gün, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Bu gün, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru