"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                 

Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi... - Biabırçı mənzərə...
Tarix: 13-08-2018, 09:51 | Çap et
Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...
Bəzi cəhətlərinə görə Lənkəran şəhərini Venesiya, yaxud Paris kimi şəhərlərlə müqayisə etmək olar. Məsələn, Venesiyada da üstüaçıq kanallar var, amma bir fərq ilə ki, orada təmiz sular axır, burada isə çirkab suları. Parisə gəlincə, o öz ətirləri ilə bütün dünyada məşhurdur, Lənkəran isə kanalizasiyasından gələn üfunət iyi ilə…
Ötən əsrin 60-70-ci illərində çəkilmiş açıq kanalizasiya sistemi başdan-ayağa rüsvayçılıq içərisindədir. Xüsusən yay aylarında bu kanallardan gələn üfunət baş çatladır. Çirkab su bəzi evlərin həyətlərində belə üzə çıxdığından, sakinlər qonaq qəbul etməyə utanırlar. Əgər əvvəllər Lənkəran illik yağıntının miqdarına görə birinci yerdə gedirdisə, indi bura illik ağcaqanad, siçan, siçovul və digər ziyanverici miqdarı əlavə olunub.
Üç il əvvəl Bakının Binəqədi rayonunun hansısa küçəsində buna bənzər problem baş qaldırmışdı. Amma əslən Naxçıvandan olan sakinlərin şikayətindən sonra tez də həll olundu. Lənkəranda isə bu problem on illərdir ki, davam edir və nə vaxt həll olunacağını bir allah bilir.

Sonuncu dövlət proqramı çərçivəsində qəbul edilmiş Tədbirlər Planının 4.2.6.72-ci bəndində tədbirin adı “Lənkəran şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi”, müddəti 2014-2017-ci illər, icraçısı isə “Azərsu” ASC göstərilir. Əgər söhbət işlərin davam etdirilməsindən gedirsə, deməli işlərə faktiki olaraq başlanılıb, sadəcə onları davam etdirmək lazım imiş. “Uşaqlığın son gecəsi” filmində Davud demişkən, spravka varsa, deməli uşaq da var!

Məsələ burasındadır ki, əvvəlki dövlət proqramlarında da bu məsələyə toxunulmuşdu. Məsələn, regionların sosial-iqtisadi inkişafı üzrə birinci Dövlət Proqramı (2004-2008-ci illər) çərçivəsində qəbul edilmiş Tədbirlərin 3.2.4.51-ci bəndində birmənalı şəkildə göstərilir ki, 2004-cü ildən 2007-ci ilədək olan dövrdə Lənkəran şəhərində digər tədbirlərlə yanaşı kanalizasiya sisteminin yenidən qurulması işlərini bir neçə dövlət qurumu ilə birlikdə yerli icra hakimiyyəti və bələdiyyə orqanları həyata keçirməlidir.
Bir il sonra, yəni 2005-ci il sentyabrın 9-da dövlət başçısının iştirakı ilə Lənkəran şəhərində keçirilən zona müşavirəsindən sonra, 1001 saylı ayrıca prezident sərəncamı ilə yuxarıdakı Dövlət Proqramı çərçivəsində regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilir və Planın 2.2-ci bəndinə əsasən 2005-2006-cı illərdə Lənkəran şəhərinin içməli su təchizatı və kanalizasiya sistemində yenidənqurma və genişləndirmə işlərinin aparılması “Azərsu” ASC-yə və rayon icra hakimiyyətinə həvalə olunur.
Maraqlıdır ki, birinci dövlət proqramı çərçivəsində qəbul edilmiş Tədbirlərin 3.2.4.51-ci bəndi ilə bu məsələ gündəmdə ola-ola, ayrıca 1001 saylı sərəncamı verməyə nə ehtiyac vardı?
Bundan əlavə, hətta bu sərəncamın qüvvəyə minməsindən sonra belə nəzərdə tutulmuş müddətdə problem həll olunmadı və bunu biz növbəti, sayca ikinci dövlət proqramından da (2009-2013-cü illər) görə bilərik. Belə ki, həmin proqram çərçivəsində qəbul edilmiş Tədbirlər Planının 4.3.6.61-ci bəndində sözügedən problemin həlli bu dəfə yalnız “Azərsu” ASC-yə tapşırılır. Görünür, hökumət büdcə vəsaitini ya talayan, ya da işin öhdəsindən gələ bilməyən Lənkəran şəhər icra hakimiyyətinə daha etibar etməmiş və tapşırığın icrasını başqa bir quruma həvalə etmişdir. Burada “Azərsu” ASC-yə açıq-aydın tapşırılır ki, 2009-2010-cu illərdə Lənkəran şəhərinin su təchizatını və kanalizasiya sistemini yenidən qursun. Beləliklə, dövlət özü də etiraf edir ki, ötən 4 illik müddətdə Lənkəranda (su təchizatı istisna olmaqla) kanalizasiya sistemində heç bir yenidənqurma işi aparılmayıb. Halbuki, birinci dövlət proqramı çərçivəsində görülmüş işlərin yekun hesabatına görə ötən müddətdə regionlarda ümumi uzunluğu 1,2 min kilometrdən çox kanalizasiya xətti çəkilib, yaxud İqtisadiyyat naziri Ş.Mustafayevin açıqlamasına görə tək 2017-ci ildə regionlarda 383 km kanalizasiya xətti çəkilmişdir. Əgər belədirsə, bu 1,2 min kilometrin, yaxud 383 kilometrin neçə kilometri görəsən Lənkəran şəhərinin payına düşür? Real vəziyyətə baxsaq, belə çıxır ki, 0 km. Bəs bu işlərə ayrılmış büdcə vəsaiti hara uçdu? Yəqin ki bunu bir allah bilir, bir də Hesablama Palatası.

►Qabağımıza kötük dığırlayanlar…

Təəssüf ki, araşdırmamızla bağlı bu kimi məsələlərə aydınlıq gətirmək üçün informasiya sorğusu ilə müraciət etdiyimiz əksər müvafiq təşkilatlardan cavablar ya qanunvericiliklə nəzərdə tutulmuş müddətdən üç-dörd dəfə gec gəlir, ya da heç ümumiyyətlə gəlmir. Çox vaxt verilən cavablarda sorğu edilən məsələlərin üzərindən keçir, ya da qəsdən hədəfdən yayınırlar. Şifahi sorğularda da vəziyyət təxminən bu cürdür. Bəziləri “bu sizin nəyinizə lazımdır, niyə maraqlanırsınız” kimi atmaca suallarla qabağımıza kötük dığırlamağa çalışırlar, ancaq belələrinə xatırlatmaq istərdik ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 15.5-ci maddəsinə görə, sorğuçu … informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir. Ona görə də allaha təvəkkül deyib, internet resurslarından əldə etdiyimiz analoji faktları tutuşduraraq məntiqi nəticə çıxarmağa məcburuq. Necə deyərlər, faktları tərəziyə qoyub, üz tuturuq məmurların qapısına və pişikdirsə ət hanı, ətdirsə pişik hanı, – deyə sual edirik. Məsələn, İqtisadiyyat naziri Ş.Mustafayev üçüncü dövlət proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bildirib ki, bu müddətdə Azərbaycanda regionların inkişafına 4,5 mlrd. manat vəsait ayrılıb. Amma bu vəsaitin konkret olaraq Lənkəran rayonu üzrə təyinatı və smeta dəyəri haqqında məlumatı istəyəndə susurlar. Yaxud, Lənkəranın icra başçısının sözlərinə görə, ötən il rayonda turizmin inkişafına 25,1 milyon manat investisiya qoyulub. Əgər söhbət rayonun Haftoni qəsəbəsindəki köhnə “İstisu” sanatoriyasının yenidən qurulması layihəsindən gedirsə, bu investisiyanın kim tərəfindən – illik Dövlət Büdcəsindənmi, Prezidentin Ehtiyat Fondundanmı, “acından ölən” Həmkarlar İttifaqları Konfederasiyası tərəfindənmi, yoxsa “PAŞA Holding” şirkətlər qrupu tərəfindənmi qoyulduğu açıqlanmır.

► Hansı daha vacibdir – su, yoxsa kanalizasiya?

Qayıdaq kanalizasiya məsələsinə. Yuxarıda qeyd edildiyi kimi, “Azərsu” Lənkəran şəhərinə su çəkməyinə çəkdi, amma çifayda ki, kanalizasiya sistemi elə əvvəlki kimi bərbad vəziyyətdə qaldı. Sakinlər su xəttindənsə, kanalizasiya xəttinin çəkilməsinə daha çox önəm verirdilər. Çünki Lənkəran heç vaxt içməli su sarıdan korluq çəkməyib. Burada qazılan quyular hər 4-5 metrdən öz sahibini kifayət qədər şirin su ilə təmin edir. Amma evlərin sıxlığını nəzərə alsaq, su quyuları ilə çirkab quyuları arasında məsafələr get-gedə daralır ki, bu da antisanitariya vəziyyəti yaradır və gələcəkdə hətta kütləvi epidemiyaya və dizenteriyanın yayılmasına gətirib çıxara bilər. Ona görə də Lənkəranda su xətləri çəkməzdən əvvəl, kanalizasiya xətti çəkilməli idi, amma çəkilmədi.
Nəhayət, 2017-ci ildə kanalizasiya məsələsinə bir daha qayıdılaraq, 3312 nömrəli prezident sərəncamı qəbul olunur. Sərəncamda qeyd edilir ki, … dövlət proqramları çərçivəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun yenidən qurulmuş, bu sahədə mühüm işlər görülmüşdür. Amma göstərilməyib ki, Lənkəran şəhəri üzrə bu “mühüm işlər” sırasında kanalizasiya sisteminin yenidən qurulması arxa planda qalıb. Sərəncamda daha sonra qeyd olunur ki, həmin tədbirlərin davamı olaraq, Lənkəran şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsində diametri 110 mm, uzunluğu 11 km olan paylayıcı su şəbəkəsinin, habelə görülmüş işlər nəticəsində sökülmüş 13000 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb və bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə növbəti dəfə 2,1 milyon manat vəsait köçürülür. Amma “Azərsu” bu vəsaitin kanalizasiya sisteminə sərf olunacaq hissəsini nə etdi, kiminlə bölüşdü, məlum olmadı.
Deyilənə görə, Lənkəran şəhərində evlər plansız tikilib, ona görə yeni kanalizasiya xətləri çəkmək mümkün olmayıb. Amma bu arqument inandırıcı görünmür, çünki şəhərsalma tarixində belə hallar çox olub, amma mühəndislər bu işlərin öhdəsindən həmişə gəliblər. Görünür icra başçılarının və ya hansısa səhmdar cəmiyyətlərin iştahası diş altında olub həmişə.
Əlbəttə, gərək mümkün olmasın ki, dəyəri 150 min manatı aşan bahalı avtomobil, yay məzuniyyətini xaricdə keçirmək üçün 16.500 manata avabilet, yaxud Çexiyanın Karlovo-Vara kimi kurort şəhərində özünə dəbdəbəli villa ala biləsən (mənbə: https://haqqin.az/news/57485).

► Dövlətmi xalqı aldadır, məmurmu dövləti?

Amerikalıların belə bir devizi var: əgər mən yaxşı yaşayıramsa, deməli mənim prezidentim də yaxşıdır. Çox sadə bir məntiqdir, elə deyilmi? Niyə də biz bu məntiqdən çıxış etməyək? İnanmaq istərdik ki, dövlət başçısı həqiqətən regionların inkişafı üçün nə lazımsa edir və nə qədər vəsait lazımsa ayırır. Amma unutmaq olmaz ki, onunla xalq arasında bir vəsilə var – məmur vəsiləsi (buna məmur tayfası da demək olar). Azərbaycanlı məmurların bahalı avtomobillər, yaxud xaricdə villa almalarına gəlincə, nəzəri cəhətdən düşünmək olar ki, bu məmurların yaxın qohumları, yaxud müvəkkil şəxslər vasitəsilə özləri məşğul olduqları sahibkarlıq fəaliyyətindən müəyyən qazanc əldə edərək qeyd olunan maddi üstünlüklərə sahib olurlar. Amma bunun həqiqətən belə olub-olmadığını yoxlamaq, auditini aparmaq, ictimaiyyətə elan etmək, gəlir deklarasiyası haqqında qanunu qəbul etmək əvəzinə, sahibkarlığa dəstək adı ilə sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması haqqında qanun qəbul edilir ki, bu da dovşana qaç deyib, tazıya tut deyən, hansısa nazirliklərdə, komitələrdə, kabinetlərdə əyləşib şirkətlər açan, deputatxana kreslolarına kleylənən, işi-gücü xalqdan renta yığmaq olan qanunvericilərlə icraedicilərin müdhiş sövdələşməsi və məmur cümləpərdazlığı ilə şərtlənir.
Prezident İ.Əliyev hələ 2012-ci ildə Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdi: “Əlbəttə, mən çox istərdim ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızda bu layihələr başa çatsın. Ancaq yəqin ki, bu, mümkün olmayacaqdır. Ona görə real hədəf ondan ibarətdir ki, gələn ilin sonuna qədər əksər şəhər və rayonlarımızda içməli su, kanalizasiya layihələri başa çatsın. Mən hesab edirəm ki, biz buna 100 faiz nail olacağıq. Yenə də baxarıq, bu il, ya gələn il əlavə maliyyə imkanlarımız yaranarsa, biz bu vəsaiti, ilk növbədə içməli su, kanalizasiya layihələrinə yönəltməliyik. Belə olan halda biz bəlkə daha da çox işlər görə bilərik. Ancaq hazırda bütün bölgələrdə, hər bir rayonda içməli su, kanalizasiya layihələri ya başlamışdır, ya da ki, başlamaq üzrədir”.

Göründüyü kimi, prezident həqiqətən də bölgələrdə su və kanalizasiya problemlərinin tezliklə həllinə çalışır. Bəlkə elə buna görədir ki, hər növbəti beşillik proqramda həll olunmamış məsələlər yenidən gündəmə salınır. Amma vəddən işə keçmək lazım olduğu bir zamanda, yeni kanalizasiya xətlərinin çəkilişi daşa dirəndi. Nə qədər ki, T.Qaraşov kimi korrupsioner və rüşvətxor məmurlar başçı var, yəqin ki heç vaxt da bu cür layihələrə start verilməyəcək.
2013-cü ildə prezident İlham Əliyevin Lənkəran şəhəriunə səfərindən sonra “Azərtac”ın 9 oktyabr tarixli buraxılışında yazılmışdı: “Hazırda Lənkəran şəhərində su və kanalizasiya sistemi yenidən qurulur. Smeta dəyəri 210 milyon manat olan bu böyük layihənin reallaşdırılması nəticəsində şəhər və rayon əhalisi dünya standartlarına uyğun təmiz içməli su ilə təchiz olunacaqdır”.
Artıq indi məlum olur ki, o vaxt Lənkəran şəhərində başladılan, sakinləri sevindirən, sürücülərin isə əsəblərini tarıma çəkən kanalizasiya bumu sadəcə 210 milyon manatlıq büdcə vəsaitini hesabdan silmək üçün bəhanə imiş.
“2018-ci ildə 2300 kilometr avtomobil yolları – həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkilməlidir. Çünki vətəndaşların rahat gediş-gəlişi, həmçinin sənayenin, kənd təsərrüfatı və turizmin inkişafı birbaşa olaraq həmin ərazilərdə yol örtüyünün keyfiyyətindən asılıdır”. Bu sözləri də prezident İ.Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində üçüncü Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən bildirib. Lap elə bil Lənkəran hava limanından Lənkəran-Lerik yolunun 20-ci km-dək olan hissəsi üçün deyib. Əgər deyibsə, bir çox iddiaların əksinə olaraq, vəziyyətdən xəbəri var, və əgər varsa, deməli vəsait ayıracaq, yaxud artıq ayırıb. Və əgər ayırıbsa, yaxud ayıracaqsa, deməli yollarımız düzələcək və ümid edirəm, daha sürücülərin giley-güzarını eşitməkdən təngə gəlmərik. Hərçənd 2018-ci il bitmək üzrədir və hələ ki bu istiqamətdə heç bir iş görülməyib, gəlin ümidimizi üzməyək, çünki, necə deyərlər, ümid sonda ölür.

► Növbə kimindir?

Bu ilin fevral ayında Lənkəranın icra başçısı T.Qaraşov üçüncü Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edərkən şəhərin kanalizasiya probleminə bir kəlmə də olsun toxunmadı. Onun çıxışı əsasən abadlıq-quruculuq işlərinə, habelə özəl investisiyanın təşviqi, rayonda çəltikçiliyin və çayçılığın inkişafı, istehsal və emal müəssisələrinin qurulması, sitrus meyvə bağlarının salınması, istixana kompleksi, turizm, istirahət və əyləncə mərkəzlərinin yaradılması məsələlərinə həsr olundu, bütün bunlara dolayısı ilə rayonun iqtisadi potensialı, yəni milyonlarla manat özəl investisiyanın cəlb olunması hesabına nail olunduğu önə çəkildi və s. Ancaq həqiqətdə bu investisiyaların tamamən, yoxsa qismən özəl olduğu bir az şübhəli məsələdir.
Başçı abadlıq-quruculuq işlərindən danışdı, amma demədi ki, şəhərin kommunal təsərrüfatı bərbad gündədir. Açıq kanalizasiya xətləri çirkli sulardan başqa, həm də maye butulkaları və zir-zibillə doludur. Şəhərin küçələrində, mərkəzi bazarın ətrafında, xüsusən də inzibati binaların qarşısında bir dənə də olsun müasir tipli zibil qabı qoyulmayıb. Cavabdeh şəxslər zir-zibili yığışdırıb təmizləmək üçün adam tapa bilmirlər.
Başçı abadlıq-quruculuq işlərindən danışdı, amma demədi ki, vaxtaşırı keçirilən iməciliklərdə leninsayağı şalban daşımağı nə başçı özü, nə də müavinləri özlərinə rəva bilməzkən, orta məktəb müəllimlərinə, hətta bəzən direktorlara divarları ağartmağı rəva görürlər!
Başçı demədi ki, dövlətin cibinə girən əllər kəsilməli ikən, müxtəlif tədbirlərin keçirilməsinə yardım adı ilə müəllimlərin, dövlət qulluqçularının və idarə işçilərinin maaşları kəsilir.
Başçı demədi və heç vaxt da deməyəcək ki, bu gün Lənkəranda bazar iqtisadiyyatının, açıq rəqabətin, kiçik və orta sahibkarlığın inkişafından yox, məhz korrupsiyadan qidalanan məmur kapitalizminin təntənəsindən danışmaq olar.

► Düyü, yoxsa qarpız?

Lənkəranda çəltikçiliklə məşğul olanlardan biri də elə T.Qaraşovun öz oğludur. Yoxsa başçı haradan bilirdi ki, Koreya Respublikasından rayona yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri gətirilib, yaxud düyü becərmək üçün ən müasir maşın və mexanizmlər alınıb? Əlbəttə, başçı oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasında qəbahət bir iş yoxdur, amma onun öz biznesi üçün kapitalı haradan əldə etdiyini bilmək maraqlı olardı. Arzu edərdik ki, bu pullar elə həmin kanalizasiyadan “götürülən” çirkli pullar olmasın.
Anadan lənkəranlı doğulan T.Qaraşovun (ifadə yerli icra nümayəndələrindən birinə məxsusdur – A.H.) “lənkəranlı” oğlu, deyilənə görə, yerli fermerlərin hüquqlarını tez-tez pozur, məsələn, arxların qabağını kəsərək Xanbulandan gələn suyu çəltik sahələrinə yönəldir ki, bunun da nəticəsində digər fermerlərin əkin sahələri və mal-qarası susuz qalır.
Bu yaxınlarda söhbət əsnasında sakinlərdən biri mənə danışırdı ki, guya kimsə yuxuda Lənkəranın icra başçısının oğlunu görübmüş, guya onu o qədər döyüblərmiş ki, bir gözünü güclə açırmış. Əlamətlərə inansaq, həqiqətən də günlərin bir günü qəzəbli çobanlar bu cığalçını şil-küt edib Kürdəmirə qarpız-qovun əkməyə yollamasalar yaxşıdır.

► Əsl abadlıq

Kaş ki tezliklə Lənkəranı əvvəlki kimi yol kənarlarında əkilmiş akasiyaların xoş ətri bürüyəydi və sakinləri də, qonaqları da bunun şahidi olaydılar. Bax, buna deyərdim əsl abadlıq!

► ► ►Alim Hüseynov
Lənkəran rayonu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
\\azeuronews.com\\

Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...
Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...
Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...
Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...
Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...
Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...
Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Bu gün, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Bu gün, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru