İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                 

Akim Bədəlov küləyə verilən büdcə pullarının hesabını verəcəkmi? - Enerji sistemində alternativ qarətin izi ilə...
Tarix: 16-01-2019, 10:46 | Çap et
Akim Bədəlov küləyə verilən büdcə pullarının hesabını verəcəkmi?
Ölkə prezidentinin imzaladığı dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda adı keçən qurumlar arasında Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri (ABOEM) üzrə Dövlət Agentliyi də var

Bu agentlik 2013-cü ildə yaradılmışdı və prezidentin fərmanı ilə Akim Bədəlov bu qurumun sədri təyin olunmuşdu. Ancaq A.Bədəlov hələ 2010-cu ildən bu sahəyə rəbərlik edirdi və eyni adlı dövlət şirkətinin direktoru vəzifəsini daşıyırdı.

Alternativ enerji, yoxsa gəlir mənbəyi…

Əlbəttə ki, bütün sivil dünya ölkələrinin günəş, külək, su və digər alternativ enerji mənbələrinə daha çox üstünlük verdiyi bir zamanda Azərbaycanda bu sahəni tənzimləməli və inkişaf etdirməli olan bir qurumun ləğvi qəribə görünə bilər. Ancaq agentliyin və onun rəhbərliyinin bu illər ərzində gördüyü “işlərə” diqqət yetirəndə, bu qurumun özünün indiki halı ilə büdcə üçün artıq yükdən başqa bir şey olmadığı görünür. Bu hadisə, eyni zamanda hansısa məmurun və onun ətrafının ölkə üçün strateji əhəmiyyət kəsb edən bir sahəni necə bərbad vəziyyətə sala bildiyinin əyani göstəricisidir.

Çoxlarımız istər şimal, istərsə də qərb rayonlarımıza gedən magistralların kənarında quraşdırılan günəş batareyalarını və külək pərlərini görmüşük. Ancaq mətbuatda dərc olunan məlumatlardan və bəzi ekspertlərin söylədiklərindən belə qənaətə gəlmək olar ki, bu qurğular çox zaman, sadəcə, görüntü üçün “göz dağı” verməkdədirlər. Həm Bakı-Ələt yolunda, həm də Bakı-Quba yolunun Tağıyev qəsəbəsi istiqamətindəki günəş enerjisi alan qurğuların quraşdırılması da formal mahiyyət daşıyır.

Onların ölkənin enerji təminatındakı rolu barədə nə bir şey bilən, nə də eşidən var. Ən azından Azərbaycanda ötən ilin yayında baş verən enerji qəzasının fəsadlarını azaltmaq üçün alternativ enerjidən hansı formada istifadə olunduğuna dair heç bir məlumata rast gəlinmədi. Eyni zamanda, həmin hadisə bir daha alternativ enerji mənbələrinin əhəmiyyəti məsələsini gündəmə gətirdi. Ancaq nə həmin hadisəyə qədər, nə də ondan sonra Agentliyin bu sahədəki hansısa ciddi işinə, nailiyyətinə rast gəlinmədi. Əvəzində büdcədən külli miqdarda vəsait silinməkdə davam edirdi. A.Bədəlovun özünün bildirdiyinə görə, dövlət bu sahəyə 120 milyon dollara yaxın investisiya ayırıb. Bəs bu vəsaitin nə qədəri ölkə üçün qazanc olaraq geri qayıdıb? Yəqin ki, bu barədə səsləndirməyə ciddi bir rəqəmi olmayan A.Bədəlov özü də 2 gün əvvələdək rəhbərlik etdiyi qurumun ölkənin enerji təminatındakı rolunun 0-a yaxın olduğunu yaxşı bilir. Bu sahəyə böyük vəsaitlər yatırılsa da, ölkənin enerji təminatında alternativ enerjinin payının cəmi 7 faizə çatdırıldığı bildirilir. O da, heç şübhəsiz ki, şişirdilmiş rəsmi rəqəmlərdə…

Misal üçün Bakı şəhərində 5 məktəb və 2 tibb məntəqəsinin alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik enerjisi ilə təmin edildiyi iddia edilirdi. Amma həmin təhsil və səhiyyə ocaqlarının adları açıqlanmır. Türkan qəsəbəsində internat məktəbinin alternativ enerji mənbələri hesabına enerji ilə təmin olunması qeyd olunub. Bu da təsdiqini tapmır.
Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün “6 məktəb – 6 bağça” layihəsi, Masallının Boradigah qəsəbəsində idman zalının tikintisi, Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonunun inzibati ərazisində yerləşən Xocavənd qəsəbəsində idman zalının tikintisi guya ki, agentlik tərəfindən həyata keçirilib. Ancaq bunlar da sonradan yalan çıxdı.

Araşdırmalar təsdiqləyir ki, agentlik sədri A.Bədəlov və onun komandasının qarşısına qoyulan layihələr, proqramlar maxinasiyalara xidmət edib, prezidentin tapşırıqları icra edilməyib.

Alternativ enerji sahəsində ciddi uğurlara nail olmasa da, mətbuatda agentlik rəhbərinin şəxsi biznesindən tutmuş “MTN işinə” aidiyyatına qədər, bir sıra məlumatlar dərc edilib. Həmin məlumatlardan belə çıxır ki, adam dövlətin ona həvalə etdiyi birbaşa vəzifəsindən başqa hər şeylə məşğul olub.

Məsələn, mətbuatda dərc olunan məlumatlara görə, ABOEM-in podratçı şirkəti olan “Xəzər-İnşaat” Bədəlovun ailəsinə məxsusdur. Dövlət Agentliyi hər hansı layihə ilə bağlı tender elan edir və hər dəfə tenderin “qalibi” bu şirkət olur. Bütün işlər də birbaşa Bədəlovun olduğu iddia edilən şirkət tərəfindən həyata keçirilir.

Onu da qeyd edək ki, “Xəzər-İnşaat” mərhum dövlət katibi, akademik Tofiq İsmayılova məxsus olub və A.Bədəlovun bu şirkəti qanunsuz olaraq ələ keçirdiyi bildirilir. T.İsmayılovun “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzi adı ilə təsis etdiyi şirkətin balansında çoxlu sayda obyekt və torpaq sahəsi olub. T.İsmayılovun vəfatından sonra A. Bədəlovun şirkəti qanunsuz şəkildə İsmayılovlar ailəsinin bütün şikayətlərinə, etirazlarına rəğmən öz əlinə keçirdiyi bildirilir. Bu iddia ilə ötən il mətbuatda mərhum Tofiq İsmayılovun qızı Səbinə İsmayılova çıxış etmişdi.

ABOEM-də çalışanların əksəriyyəti Akim Bədəlovun yaxın qohumları olduğuna dair də çoxsaylı faktlar ortaya qoyulub. Maraqlıdır ki, dövlət başçısının ABOEM-in yaradılması haqda 2013-cü il 1 fevral tarixli fərmanında agentliyin işçilərinin ümumi say həddi 100 ştat vahidi müəyyən edilib. Ancaq sonrakı illərdə qurumda əlavə ştat vahidlərinin yaradılıdığı bildirilir. Bədəlovun qurumun xarici nümayəndəliklərinə də öz qohumlarını və yaxınlarını yerləşdirdiyi iddia olunur.

Hesablama Palatası ciddi pozuntular aşkarlayıb

Bununla yanaşı, agentliyə ayrılan külli miqdarda vəsaitin xərclənmə istiqaməti məlum olsa da, onun təyinatı üzrə, şəffaf xərclənməsinə dair ciddi şübhələr var. Belə ki, Sumqayıtda inşa olunmuş iki zavodla bağlı büdcədən ayrılan yüz milyonlarla manat vəsait təyinatı üzrə xərclənməyib. Söhbət “Azgüntex Günəş Modulları zavodu” və “Azgüntex LED Lampaları” zavodundan gedir. Bu zavodlar üçün 2 milyard “silindiyi”, bunun da müəyyən hissəsinin xaricə çılxarıldığına dair iddialar var.

Bununla yanaşı, Hesablama Palatasının agentlikdə apardığı yoxlamalar nəticəsində də ciddi pozuntular üzə çıxıb. Agentliyin saxlanılması ilə əlaqədar büdcə proqnozlarının tərtibi zamanı bir sıra xərclər üzrə real tələbat və əvvəlki illərin icra səviyyəsi nəzərə alınmamış, eyni texniki parametrlərə malik və eyni istehsalçıdan podratçı tərəfindən alınmış günəş panelləri sifarişçinin aldığı günəş panellərinin qiymətləri ilə müqayisədə çox şişirdilmiş – baha olmuşdur. Agentlikdə müddətli əmək müqaviləsi ilə işləyən işçilərə nəzərdə tutulmadığı halda mükafatlar verilib. Araşdırmalar zamanı bəlli olub ki, adıçəkilən Agentlikdə təkcə qanunsuz ezamiyyət xərclərinə 200 min 35 manat büdcə vəsaiti «silinib». Bəzi hallarda satınalma metodu tətbiq edilmədən alqı-satqı əməliyyatları həyata keçirilib. Qurumun məlumatında deyilir ki, yoxlama Dövlət Agentliyində və onun tabeliyində olan “Azalternativenerji” MMC-də həyata keçirilib. Qeyd edək ki, audit dövlət büdcəsindən ayrılmış aparatın və Cəmiyyətin saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat vəsaiti əhatə edib. Məlum olur ki, Agentliyin rəhbərliyi Müşahidə Şurasını, hətta Əsasnamədə nəzərdə tutulmuş Elmi metodiki Mərkəzi belə yaratmayıb, nəticədə müvafiq nəzarət təmin edilməyib.

“MTN işi” ilə əlaqələrə gəldikdə isə, A.Bədəlovun sabiq MTN rəhbəri Eldar Mahmudovla yaxın əlaqələri olduğu və bacısı oğlu Pərviz Vəliyevi MTN-də yüksək vəzifəyə təyin etdirdiyi qeyd edilir. Bu həmin Pərviz Vəliyevdir ki, MTN-nin Hava Limanı İdarəsinin rəisi işləyib. MTN-dəki qrup ifşa olunundan sonra onun işdən çıxarılması və həbs olunması barədə xəbərlər yayılmışdı. Həmin vaxt “Yeni Musavat” qəzeti yazırdı ki, Pərviz Vəliyevin işdən çıxarılması və saxlanılması Azərbaycandan qanunsuz və gizli şəkildə çıxarılan milyonlarla dollar vəsaitlə bağlıdır. Pərviz Vəliyevin qardaşı Rizvan Vəliyev isə ABOEM-in balansındakı “Azalternativenerji” MMC-nin direktorudur…

Artıq keçmiş agentlik rəhbərinin Azərbaycanın bir çox səfalı yerlərində, həmçinin paytaxtda villaları, hektarlarla torpaq sahələri, fermaları, Türkiyədə böyük biznesinin olduğuna dair də konkret iddialar var.

Göründüyü kimi, kifayət qədər strateji əhəmiyyət daşıyan bir dövlət agentliyinin başında duran məmurun adı öz sahəsindəki xidmətləri və uğurlarından başqa nədə desəniz hallandırılıb. Bu cür idarə olunan qurumun varlığı ilə yoxluğunun ölkə üçün heç bir fərqi yoxdursa, onun ləğvi də təbii ki, labüd idi. Ancaq yəqin ki, bu qurumun ləğvi həm də hökumətin alternativ enerji mənbələrilə bağlı başqa planlarının olduğunun, agentliyin səlahiyyətlərinin başqa quruma verilməklə bu sahədə daha səmərəli fəaliyyətin təmin olunacağının göstəricisidir. (azpolitika.info)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru