Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                 

Cəbhə bölgəsində təhsil bərbadlığı... - İTTİHAM
Tarix: 24-01-2019, 09:40 | Çap et
Cəbhə bölgəsində təhsil bərbadlığı...
Azərbaycanda təhsilin vəziyyətinin acınacaqlı olduğunu ali məktəblərə keçirilən qəbul imtahanlarında abituriyentlərin 50 faizdən çoxunun keçid balını belə toplaya bilməməsi rəsmən təsdiq edir. Vəziyyətin belə acınacaqlı olmasının bir çox səbəbləri olsa da, həmin səbəblərin önündə qanunvericiliyin tələblərinə əməl olunmaması gəlir. Təhsillə bağlı qanunvericiliyin və hüquqi aktların tələblərinə riayət edilməsinin aşağı səviyyədə olması ərazisi işğal olunmuş rayonlarda daha qabarıq şəkildə müşahidə olunur.

Ağdam rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Ramiz Talış oğlu Qədirov dövlət orqanlarına müraciət edərək Ağdam rayon Təhsil Şöbəsində qanunvericiliyin tələblərinin pozulması ilə bağlı faktları araşdırmağa çağırıb. Bu faktların nədən ibarət olduğuna bir qədər aşağıda aydınlıq gətirəcəyik. Hələlik isə Ağdam rayon Təhsil Şöbəsində hansı hüquqi aktların pozulması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün bir məqamı oxucuların diqqətinə çatırmaq istərdik.

Azərbaycanda şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsi, sinifdən-sinifə keçirilməsi Təhsil Nazirliyinin 06 noyabr 2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun aparılmalıdır. Bununla bağlı yerli təhsili idarəetmə orqanlarına Təhsil Nazirliyinin 19 fevral 2015-ci il tarixli, 46-14-1127/16 nömrəli təlimatı da göndərilib. Həmin tarixdən dörd ilə yaxın keçsə də, bəzi təhsil idarəetmə orqanları "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əməl etmirlər. Qeyd edək ki, adı keçən sənədin 4-cü maddəsi ilə məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə qəbulu, habelə yerli məktəblərdə təhsil alan məcburi köçkün olmayan şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsi qadağan edilir. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə qəbuluna və yerdəyişməsinə yalnız yaşadıqları ərazidən ən azı 2 km məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.

Ağdam rayonunda məlumatlı şəxslərdən hesab olunan, İcra hakimiyyətinin ümumi şöbəsinin uzun müddət müdiri olmuş Ramiz Qədirovun araşdırılmaq üçün dövlət orqanlarına ünvanladığı faktlara nəzər salaq. Həmin məlumata görə, Ağdam rayonun İmamqulubəyli qəsəbəsində 6 məktəb fəaliyyət göstərir və onlar təxminən 2 km-lik radiusda yerləşir. Həmin təhsil müəssisələrindən biri müasir dövrün tələblərinə cavab verən İmamqulubəyli qəsəbə tam orta məktəbidir. Qəsəbədə həmin təhsil müəssisəsi ilə yanaşı 440 şagirdlik 135 saylı köçkün tam orta məktəbi də fəaliyyət göstərir. Çox maraqlıdır ki, həmin 440 şagirdlik məktəbdə bu gün cəmi 280 nəfər şagird təhsil almasına baxmayaraq, həmin məktəbdə əlavə olaraq daha iki məktəb də fəaliyyət göstərir. Bu təhsil müəssisələri isə 87 saylı köçkün orta məktəb və 92 saylı köçkün ümumi orta məktəbidir. Bu dörd məktəbdən əlavə həmin ərazidə 5 saylı köçkün orta məktəbi də fəaliyyət göstərir. Bu məktəb əvvələr Bərdə rayon ,Şirvanlı kəndində yerləşirmiş. Həmin ərazidə yaşayan məcburi köçkünlər Ağdam rayonu ərazsində salınmış qəsəbələrə köçürüldüyü üçün 5 saylı köçkün orta məktəb də yerləşdiyi ərazini dəyişmək məcburiyyətində qalıb. İddialara görə, həmin təhsil müəssisəsinin "binası” məktəbin direktoru Ətayə Şükürovanın həyat yoldaşı Bayram Məmmədovun şəxsi vəsaitləri hesabına bir qat mişar daşından tikilib. Məktəb direktoru Ətayə Şükürovanın həyat yoldaşı Bayram Məmmədov Təhsil Şöbəsində məsləhətçi işləyir.

İndi Ağdam rayon sakinləri dövlət orqanlarının həmin müraciəti araşdıracağı günü səbirsizliklə gözləyirlər.

Bu müraciət Təhsil naziri Ceyhun Bayramovun fəaliyyətinin qənəatbəxş olmadığını da üzə çıxarıb. Məlum olur ki, 2013-cü ildən ötən ilin aprelinə kimi nazir müavini, ötən ilin aprelindən isə təhsil naziri olan Ceyhun Bayramov Təhsil Nazirliyinin 06 noyabr 2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarının icrasını təmin edə bilmir. Əgər təmin edə bilsəydi Ağdam rayon Xındırıstan kəndində köhnə hamam binasında fəaliyyət göstərən 66 saylı köçkün tam orta məktəbi ilə bağlı məsələyə aydınlıq gətirilərdi. Çünki, köhnə hamam binasında fəaliyyət göstərən məktəblə Xındırıstan kəndində yerləşən müasir tələblərə cavab verən məktəb arasındakı məsafə bir neçə yüz metrdir. Beləliklə də Ceyhun Bayramovun vəzifəsinin öhdəsindən gələ bilməməsinin nəticəsində Təhsil Nazirliyinin 06 noyabr, 2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarı icra olunmamış qalır.

Təhsil Nazirliyində qanunvericiliyə əməl olunmasında müşahidə olunan boşluqlar kadr siyasətində də özünü biruzə verir. Məsələn, Təhsil nazirinin 15.10.2018-ci il tarixli, K-1065 saylı əmri ilə Səbahər Vəzirxan qızı Əmirova Ağadm rayon 87 nömrəli tam orta məktəbin, Mətanət Elman qızı Əliyeva Ağdam rayonu 102 saylı tam orta məktəbin, Sövqiyyə İsfəndiyar qızı Quliyeva Ağdam rayon Paşabəyli kənd tam orta məktəbin, Sevinc Kəriş qızı Quliyeva Ağdam rayonu Həsənxanlı kənd tam orta məktəbin, Əkrəm Oruc oğlu Mirzəyev Ağdam rayon 152 saylı tam orta məktəbin 3 ay sınaq müddəti olmaqla 1 il müddətinə direktor təyin ediliblər. Redaksiyamıza daxil olan məlumata görə, bu şəxslərin məktəb direktoru təyin edilmələri də Təhsil nazirinin 03.03.2017-ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilmiş məktəb direktorlarının işə qəbulu qaydalarına ziddir. Həmin qaydalara görə, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizədlərə 4 vakant yer (hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) və ya faktiki yaşadığı rayon (şəhər) üzrə) seçmək imkanı verilir. Şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və məhdudlaşdırıcı hallar (təhsil sənədlərinin dövlət nümunəli olmaması, məhkumluğun olması, pedaqoji fəaliyyət göstərməsinin qadağan olunması və digər hallar) Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Elektron ərizəsi təsdiq olunmuş namizədlərin siyahısı rəy bildirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilir və müəyyənləşdirilmiş forma üzrə rəylər Nazirliyin müsabiqə komissiyasına təqdim edilir. Komissiya tərəfindən rəylər nəzərdən keçirilərək namizədlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir. Müsabiqənin ikinci mərhələsi imtahan mərhələsidir. İmtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir.İmtahanda test sualları ilə yanaşı iştirakçılardan konkret bir mövzu üzrə 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunur. Esse mövzuları Nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilir.

Müsabiqənin üçüncü mərhələsi müsahibə mərhələsidir. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq qiymətləndirilir.

Test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda Nazirlik tərəfindən müəyyənləşdirilir. Müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Məlumata görə, Təhsil nazirinin 15.10.2018-ci il tarixli, K-1065 saylı əmri ilə Ağdam rayonunun beş orta məktəbinə direktor təyin edilməsi zamanı bu qaydalara əməl olunmayıb. Bu məsələdə isə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun xüsusi rol oynadığı iddia olunur. Mövzu ilə bağlı araşdırmalarımız davam edir və yazıda adları çəkilən şəxslərin də mövqeyni dinləməyə hazırıq.
"Yeni Sözçü"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru