«TƏZƏ BAZAR» QALMAQALI YENİDƏN QIZIŞMAQ ÜZƏRƏDİR
Tarix: 5-09-2013, 13:19 |
Çap et
TƏRƏFLƏR SON DÖYÜŞƏ GEDİR
DİA.AZ: - Bakının mərkəzində yerləşən «Təzə Bazar» ətrafında qalmaqal hələ də aktuallığını qorumaqdadır. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bazarın şəriklərindən olan Məmmədağa İbrahimovun hüquqlarını pozan qarşı tərəf yenidən «təkhakimiyyətliliklərini» təmin etmələri üçün hərəkətə keçiblər.
Xatırladaq ki, hətta bu bazar məsələsinə görə, rəqiblər arasında yumruq davasına da çıxılmışdı. Belə ki, bazarın təsisçisi kimi təqdim olunan Vaqif Şıxəliyev Sumqayıt şəhərində MERO rəisi işləyən qardaşı Polad Şıxəliyevin, Lənkəran Regional Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin rəisi işləyən digər qardaşı Füzuli Şıxəliyevin və 5-ci polis bölməsinin rəisi işləyən oğlu Anar Şıxəliyevin yardımı ilə Məmmədağa İbrahimovun üzərinə davamlı şəkildə basqınlar da təşkil edib.
Redaksiyamızın əldə etdiyi məlumatlardan aydın olur ki, bazar üzərindəki hüquqlarını qorumaqda çətinlik çəkən Məmmədağa İbrahimov artıq bu məsələni daha üst səviyyədə həll etməyi qərarlaşdırıb. Mənbənin söylədikləri: «Təbii ki, prezident seçkiləri ərəfəsində belə bir hadisənin qabardılması Şıxəliyevlərə yaxşı heç nə vəd etmir. Ən azından onlara qarşı məhkəmə qərarının mövcudluğu şəraitində bui şin kimin xeyrinə həll ediləcəyini, bu işə birdəfəlik nöqtə qouylacağını təxmin etmək o qədər də çətin deyil».
Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.