SABİQ NAZİRLƏRİN MÜƏMMALI SUSQUNLUĞU
Tarix: 23-09-2013, 10:48 | Çap et
Prezident seçkiləri ərəfəsində üç sabiq nazir mövqelərini açıqladılar. Əvvəlcə həbsdə olan iqtisadi inkişaf naziri Fərhad Əliyev müxalif namizəd və yaxın qohumu Cəmil Həsənliyə hörməti olduğunu desə də, cəzaçəkmə müəssisəsindən hakimiyyətin namizədini müdafiə edəcəyinə dair mesaj göndərdi.
Bir neçə gün əvvəl isə keçmiş rabitə naziri Nadir Əhmədov prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyini, kimin qalib gəlməsini arzuladığını açıqlayıb. modern.az saytına danışan eks-nazir seçkilərdən böyük gözləntilərinin olduğunu deyərək, seçiminin hazırki prezident İlham Əliyev olduğunu gizlətməyib: "Adətən əksər seçicilər üçün seçkidən öncə namizədin kimliyi özləri üçün sirr qalmalıdır, onu açıqlamazlar. Mən xalqım üçün yaxşı prezident seçilməsini istəyirəm. Ümid edirəm ki, prezident daha da yaxşı işləyəcək. Xalqın qeydinə bundan da yaxşı qalacaq, gələcəkdə dövlətimiz daha da irəliyə gedəcək. Mən inkişafın tərəfindəyəm. İnkişaf naminə də ölkə başçısının namizədliyini dəstəkləyirəm. Bizim Azərbaycanda olan inkişafı görürsünüz də, maşallah. Mən də Azərbaycanın bu inkişafını dəstəkləyirəm"-deyə eks-nazir qeyd edib. Dünən isə keçmiş iqtisadiyyat naziri Namiq Nəsrullayev prezident seçkilərində kimi dəstəkləyəcəyini və hansı namizədi qalib görmək istədiyinə dair açıqlama verib. Eks-nazir ölkədə dinamikanın və aparılan kursun müsbət olduğunu qiymətləndirib: "Mən indiki prezident İlham Əliyevi dəstəkləyəcəyəm. Eks-nazir olaraq ölkədə dinamikanın müsbət olduğunu deyə bilərəm. Görülən işlər və Heydər Əliyevin başladığı siyasət uğurla davam etdirilir. Əsasən də Heydər Əliyevin vaxtında qoyulan proqram yerinə yetirilir. Bütün görülən işlər bunu deməyə əsas verir ki, növbəti beş ildə də prezidentimiz İlham Əliyev olmalıdır". Sabiq nazirlərdən yalnız hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun mövqeyi fərqlidir və o müxalifətin vahid namizədi Cəmil Həsənlinin tərəfində olduğunu bəyan edib. Bir neçə sabiq nazirin hazırki dövlət rəhbərini müdafiə edəcəklərini açıq bəyan etmələrinə rəğmən, bir çoxlarının hələ də susqunluq nümayiş etdirməsi maraq doğurur. Məsələn, sabiq maliyyə naziri Əvəz Ələkbərovun, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, sabiq maliyyə naziri Fikrət Yusifovun və digərlərinin mövqelərini açıqlamamaları, seçki öncəsi belə, mətbuatdan yan qaçmaları şübhəsiz ki, kifayət qədər müəmmalara yol açır. Bu mövzuda qəzetimizə danışan adının çəkilməsini istəməyən mənbə prezident seçkilərinə xeyli vaxt qaldığını və bu müddətdə bir çox tanınmış sabiqlərində kimə səs verəcəkləri yönündə mövqelərinə aydınlıq gətirə biləcəklərini istisna etmədi: "Amma onu da gözardı etmək olmaz ki, bəzi sabiqlərin susqunluğunun özünəməxsus səbəblərinin ola bilməsi tamamilə mümkündür. Məsələn, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin incikliyinin çox ciddi olduğu, buradakı əmlak və biznesinin böyük bir hissəsini sataraq, əsasən ölkə xaricində yaşamağa və oradakı biznesini genişləndirməyə çalışdığı sirr deyil. Onun artıq Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə maraqlanmadığı deyilir və əgər bu deyilənlər doğrudursa, Babayevdən hər hansı mövqe ifadə edəcəyini gözləmək yersizdir. Elə sabiqlər də var ki, onlar yeni vəzifə təyinatı ümidində olduqlarını gizlətmirlər. Məsələn, bir müddət əvvəl sabiq maliyyə naziri Əvəz Ələkbərov belə bir istəyini eyhamlı şəkildə saytların birinə açıqlamasında dilə gətirmişdi. Ola bilər, sabiq nazir ona seçkilərdən sonra hər hansı yeni post təklif edilərsə, öz mövqeyini açıq nümayiş etdirsin". Mənbə sabiq nazirlərdən Əli Nağıyevin hansı mövqedə olduğunun onsuz da bilindiyini və ondan xüsusi açıqlama gözləməyin yersizliyini diqqətə çatdırıb: "Əli müəllim 2006-cı ildə diplomatik fəaliyyətə başlamasına əsasən Yeni Azərbaycan Partiyası sədrinin müavini vəzifəsindən və partiya sıralarından azad edilmişdi. 2012-ci ilin may ayında isə diplomatik fəaliyyətinə xitam verilməsi ndən sonra YAP sıralarına yenidən qəbul olundu. Bu mənada onun mövqeyi aydındır". Mənbəmiz qarşıdakı günlərdə yalnız sabiq nazirlərin deyil, bir çox başqa keçmiş iri məmurların seçkilərlə bağlı mövqe ifadə edəcəklərini proqnozlaşdırır: "Xüsusilə yenidən hər hansı vəzifə istəyində olanların hazırki dövlət başçısına dəstəyini dilə gətirərək indidən siyasi xal qazanmağa çalışacaqları istisna olunmamalıdır. Amma mən hesab edirəm ki, seçkilərdən sonra ölkə rəhbərliyi keçmiş və hazırki komanda üzvlərinə etimaddan daha çox, yeni kadrların önə çəkilməsinə üstünlük verəcək. Bunu YAP rəhbərliyinin, xüsusilə hakim partiyanın icra katibi Əli Əhmədovun son bəyanatları da təsdiqləyir. Bu səbəbdən də hesab edirəm ki, sabiqlərin yeni təyinat ümidlərinin reallaşması hazırki bəzi komanda üzvlərinin seçkidən sonra da postlarını qorumaq cəhdlərinin səmərə verəcəyi qədər az ehtimal edilən bir məsələdir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
|