O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                 

YAP sədrinin maşını ilə törədilən cinayət… - OĞLU ÖLDÜRÜLƏN ATADAN PREZİDENTƏ AÇIQ MƏKTUB
Tarix: 28-04-2017, 10:15 | Çap et
YAP sədrinin maşını ilə törədilən cinayət…
Pirallahı rayonu ərazisində baş verən və bir ailənin facəsinə səbəb olan yol qəzası barədə artıq Gununsesi.info oxucularının məlumatı var.
Yada salaq ki, 2 sentyabr 2016-cı il tarixdə baş verən bu avtoqəza bir ailənin çırağını söndürüb. Bakı şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan Cəmşid İrzaquliyevin ailəsinin yeganə oğlu Tariyel həmin qəzada həyatını itirib.

YAP sədrinin maşını ilə törədilən cinayət…

Atasının sözlərinə görə, oğlu Tariyel Qala-Dübəndi yolundakı piyada keçidinin üzərində Pirallahı rayon İcra Hakimiyyətinin işçisi, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafovun (özü də maşında olub) xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq həyatına son qoyulub, ailəsi gözü yaşlı, azyaşlı övladı atasız qalıb.
Bununla bağlı Cəmşid İrzaquliyevin Prezident İlham Əliyevə müraciəti mətbuatda, o cümlədən saytımızda işıqlandırılıb. Eyni zamanda hadisənin necə baş verməsi, niyə Manaf Manafovdan şübhələnməsi ilə bağlı “AzPolitika” Cəmşid İrzaquliyevdən müsahibə də götürüb. Manaf Manafov ittihamları qəbul etməsə də, onun mövqeyini öyrənmək cəhdimiz baş tutmayıb.

YAP sədrinin maşını ilə törədilən cinayət…

Məsələyə yenidən qayıtmağımızın səbəbi isə Cəmşid İrzaquliyevin növbəti dəfə Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanın Əliyevaya müraciət etməsidir. Gözü yaşlı ata bu dəfə də Prezidentdən və Mehriban xanımdan oğlunun ölümünə səbəb olanların cəzalandırılması üçün kömək istəyir. Onun müraciətini qısa ixtisarla dərc edirik:
Möhtərəm Cənab Prezident! Çox hörmətli Mehriban xanım Əliyeva!
Bir ata olaraq, nə qədər ağır olsa da, bu şikayət ərizəsini Sizə təkrar-təkrar ünvanlamağıma səbəb, bu və ya dolayı şəkildə günahkar olan birinin haqqında bu günə kimi ölçü götürülməməsidir.
Xatırlatmaq istərdim ki, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrinda, şəkildə gördüyünüz tək oğlum Tariyel Rzaquliyev Qala-Dübəndi yolundakı yol keçidi üzərindən keçərkən, keçidin üzərində Pirallahı rayonunda İcra Hakimiyyətinin işçisi olmuş və həm də həmin rayonda YAP-ın sədri olan Manaf Manafovun xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq (özü də maşında olmaqla) həyatına son qoyulmuş, ailəsi övladsız, az yaşlı qızı isə, ailəsi ilə birlikdə başsız qalmışdır.
Təəssüflər olsun ki, hadisə ilə bağlı aparılan yeddi aylıq istintaq hərəkətləri sükan arxasında Manafın özünün, ya istintaqa və bizə adı bəlli olmayan üçüncü kişinin olması ilə bağlı şübhələrimizin qüvvətlənməsinə xidmət etmiş oldu. Şübhələrimizə səbəb isə hadisə ilə bağlı istintaqa təqdim etdiyimiz 17 adda xususatların, qeyd olunan müddət ərzində işlə məşğul olan 4 müstəntiq tərəfindən üstünə gedilməməsi olmuşdur.
Ən əsası da: 1. Hadisənin iştirakçısı olmuş şəxslərə məxsus telefonlar əsasında onların Anten dairələri tam araşdırılmayıb, araşdırılıbsa da bizə inandırıcı bilgi verilməyib.
2. İlkin istintaqın əldə etdiyi “şahid”lərin hamısının ifadələri sanki bir adamın danışığını xatırladır, yəni ifadələrdə eyni cümlələr təkrarlanır.
3. Pirallahının əsas yolunda olan 10-12 kameradan heç olmasa birinin sükan arxasındakı şəxsin kimliyini sübut edəcək görüntüsü bizə təqdim olunmayıb. Hansı ki, ilkin istintaqı 12 günə – kosmik bir sürətlə (sanki əllərində bundan başqa iş olmayıb) yekunlaşdıran müstəntiq Namiq Mirzəbəyli, istəsə idi zamanında bu görüntünü əldə edə bilərdi. Deməli maraqlı olmayıb.
4. Yeganə canlı şahidin – N saylı hərbi hissənin əsgəri Cavid Mahmudovun müstəntiq Azad Əliyevə vermiş olduğu ikinci ifadəsində onun Pirallahı RPŞ-da hədələnərək, əlini tanımadığı bir kişinin üzərinə qoydurub şəklinin çəkdirilməsi və sonradan ifadəsini dəyişərsə sonunun pis olacağı ilə qorxudulmasını deməsinə rəğmən, sonuncu üç müstəntiqdən heç biri bu ifadənin üzərində (dəfələrlə israr etməmizə rəğmən) dayanmamışdır.
5. Əli adlı polisin ifadəsi alındıqdan sonra, onun bizim adamlarla üzləşdirilməsi Cəsarət Bayramov tərəfindən həyata keçirilməmişdir.
Nəticədə iş bu şübhələr altında bağlanaraq, 17.04.2017-ci il tarixdə baxılması üçün Pirallahı Rayon Məhkəməsinə göndərilmişdir. Təbii ki, istənilən halda hadisənin cinayət tərəfinin araşdırılması hüquq-mühafizə orqanlarının işidir və inanırıq ki, sonda ədalət bu dünyada da olmasa, o dünyada öz həllini tapacaq.

Cənab Prezident!
Digər yandan bizə ən çox da təsir edən isə, hadisə baş verən anda maşının içərisində olan adamların qeyri-insani hərəkətləri olmuşdur. Xüsusilə də məmur olanların. Belə ki, Pirallahı Rayon İcra Hakimiyyətində vəzifə tutan və hadisə anında maşında olan adamlar, başda Manaf Manafov olmaqla, hadisəni törətdikdən sonra maşını saxlamamış, o sürətlə də sürüb getmişlər. Sonradan nə fikirləşiblərsə iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər.
Uşağa dərhal ilkin yardım etmək əvəzinə telefonla özlərinə kömək çağırıb, insanlığa xas olmayan bir hərəkətlə oradan uzaqlaşmışlar. Bunu görən hadisə yerinə yaxın, N saylı hərbi hissənin zabitləri, hərbi hissənin sanitar maşını ilə uşağı götürüb, sonra da dediklərinə görə yarı yolda təcili yardım maşınına köçürüb, Mərdəkanda morq deyilən bir yerə çatdırmışlar. Bütün bu gedişatda, hadisəni törədənlərdən heç kim onlarla olmamışdır. Ən dəhşətlisi isə həmin anda insanlıqdan və humanistlikdən uzaq birisi olan Manafın maşında olanlarla qarşıma dikilib bir üzr, bir təsəlli belə diləməməsi, əksinə, kənardan gedişatı müşahidə etməsidir. Bu, onun mənəvi səviyyəsini göstərir.
Ancaq Manaf Manafov haqqında indiyə kimi etdiyimiz çoxsaylı rəsmi müraciətlərə baxmayaraq, YAP mərkəzi aparatının üzvləri və Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov onun haqqında bu günə kimi tədbir görməyiblər. Mən özüm də YAP üzvü olaraq, məsələ ilə əlaqədar dəfələrlə cənab Əli Əhmədovun köməkçisi Mahir Abbasəliyevə və cənab Siyavuş Novruzovun köməkçisi Həsən müəllimə müraciət edərək, onlarla görüşümün təmin olunmasını xahiş etsəm də, nəticəsi olmamışdır. Manaf Manafovun bütün bu olanlardan sonra da, belə bir ali vəzifədə – YAP rayon təşkilatının sədrliyində saxlanılması davam edir.

Təəssüf ki, Sizin bütün hökumətlə bağlı tədbirlərdə yerli İcra strukturlarına etdiyiniz xəbərdarlıqlar və zaman-zaman ifadə etdiyiniz “məmur və onların övladlarının özbaşınalıqları və qanuna zidd əməlləri ən ağır cəza ilə cəzalandırılmalıdır” fikri də, rayonun başçısı Vasif İmanov tərəfindən diqqətə alınmamışdır. Diqqətə alınsa idi, rayon ərazisində baş vermiş ölümlə bağlı bu hadisənin iştirakçısı olan məmurlar bu günə kimi Vasif İmanov tərəfindən himayə edilərək vəzifələrində saxlanmazdılar.
Belə ki, biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla, icra strukturlarının bu məsələdə laqeyidliyini görüb (bir təsəlli üçün üzrə belə gəlməmələri), oğlumum üçünün sabahı – yəni 06.09.2016-cı il tarixində həmin Rayonun İcra başçısı Vasif İmanovun qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli polis və prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı İcra başçısı hər vəclə cinayəti törədənlərin müdafiəsi yönündə mülahizələr və məsələlər çəkməklə məşğul idi. Sanki, bir gəncin taleyindən söz etmirdi. O, bu hadisənin “yuxarılara” çatmamasını məsləhət edir və guya ailəyə maddi köməklik göstərilməsini (bütün insanlığı yalnız maddiyyatda görən mənaviyyatsızlar) özü də daxil omaqla, hadisəni törədənlərə tövsiyyə edirdi. Vasif İmanovun öz iş otağında qurduğu “məhkəmə”də maşında olmuş Niftəliyev Həsəni sorğularkən, onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov, hətta bizim yanımızda onu kobud şəkildə təhqir də etdi. Təəssüf ki, sonrakı gedişat bütün bu eybəcərliklərin davamı oldu ki, bu da sükan arxasında Manaf Manafovun olma ehtimalında, bizim şübhələrimizi daha da artırmış oldu.
Vəzifəsindən asılı olmayaraq, tutduğu bu cür qeyri-insani hərəkətə görə Manaf Manafov kimi “məmur”lar, Sizin yürütmüş olduğunuz siyasətə və görmüş olduğunuz bunca işlərə yerlərdə bir kölgədir. Ən əsası da belələrinin Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu bir partiyanın yerli təşkilatının başında olması böyük qüsurdur və yerli təşkilatda olan ləyaqətli insanlara və şəxsən biz YAP üzvlərinə bir utancdır. Onu da diqqətinizə çatdırım ki, Tariyel özü də tələbəliyin ilk ilindən YAP-nın üzvü olmuşdur.
Cənab Prezident, Sizdən oğlu öldürülmüş ata olaraq bir daha artıq dərəcədə xahiş edirəm, yuxarıda qeyd olunanlardan dolayı Manaf Manafovun etdiyi qeyri-insani hərəkətlərinin göz önünə alınıb, haqqında (vəzifədən uzaqlaşdırılması ilə bağlı) tədbir görülməsi ilə bağlı müvafiq göstəriş verəsiniz.
Eyni zamanda, imkan olarsa məni qəbul etmənizi də Sizdən xahiş edirəm.
Əvvəlcədən təşəkkür edirəm.
Nazirlər Kabinetinin tabeli strukturlarında işləmiş keçmiş məmur, zərərçəkmişin atası Cəmşid İrzaquliyev”.
P.S. Müraciətdə səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru