“Buta” sığorta şirkəti vətəndaşa dəymiş ziyanı ödəməkdən boyun qaçırır - "...oğlum həmin vaxt məhz sükan arxasında olub"
Tarix: 10-07-2017, 11:31 | Çap et
“Azərbaycanda artıq uzun müddətdir üzləşdiyimiz qanunsuzluqla bağlı daha kimə müraciət edəcəyimi bilmirəm. Doğrusu, buna görə də mətbuat vasitəsi ilə sizlərə müraciət etmək qərarına gəldim. Sizlərlə paylaşacağım qanunsuzluqlarla üzləşən oğlum Həsənov Cavid artıq həyatda deyil . O keçən ilin mart ayında xərcəng xəstəliyindən dünyasını dəyişdi. Amma onun indi iki az yaşlı övladı var və mən, arıq yaşlanmış və eyni xəstəlikdən əziyyət çəkən baba kimi onların gələcəyəni düşünərək oğlumun haqqı olan pulun “Buta” sığorta şirkəti təfəfindən onun rəsmi varisi olan xanımına ödənilməsini istəyirəm”. Gununsesi.info xəbər verir ki, bu fikirlər Bakı şəhəri, 7-ci mikrorayon, Fərman Məlikov küçəsi, bina 53, mənzil 27 ünvanında yaşayan Həsənov Məhəmməd İsfəndiyar oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Maliyyə Nazirliyinə və Ombudsmana ünvanlanmış şikayət məktubunda öz əksini tapıb. Beləliklə, həmin şikayət məktubunu olduğu kimi təqdim edirik: “Təbii ki, bu təkçə mənim istəyimlə olmaz. Hesab edirəm ki, hər şey qanunlara əsaslanmalıdır. Amma təəssüf ki, oğlum Həsənov Cavidin idarə etdiyi “Jep Grand Cheroke”markalı, 90 MN 055 dövlət qeydiyyat nişanlı minik avtomobili 10 TH 14 nömrəli maşınla toqquşaraq zədələndikdən sonra “Buta” sığorta sığortalanmış maşına elə öz mütəxəssisləri tərəfindən müəyyən edilmiş məbləği – 41800 manat pulu ödəməkdən boyun qaçırır. 15.06.2015-ci ildə baş verən hadisənin üstündən keçən bu uzun müddət ərzində oğlum dünyasını dəyişdi, amma onun alacağı pulu varisi olan xanımı ala bilmir. “Buta” sığorta şirkəti indiyə qədər keçirilən 4 məhkəmədə bir dənə də olsun tutarlı fakt ortaya qoya bilməyib. Ancaq öz ehtimalları ilə hərəkət edir, təəccüblü olan da odur ki, son iki məhkəmədə, Ali Məhkəmədə Əhməd Əhmədovun hakimlik etdiyi və Səfiyeva Cəmilə xanımın hakimlik etdiyi Apellyasiya məhkəməsində onlar öz xeyirlərinə qərar çıxarılmasına nail ola biliblər. Onlar hesab edirlər ki, hadisə olan zaman maşını idarə edən oğlum olmayıb. Amma bunu sübut edən hər hansı bir fakt və ya sənəd yoxdur. Hətta keçirlən məhkəmələrdən birində hakim “nəyə əsaslanırsınız ?” deyə soruşduqda, “Buta” söğortanın əməkdaşı “ehtimal edirik” deyə cavab verdi. Hakim də məhz bu ehtimala görə bütün məhkəməyə təqdim olunan sənədləri görməzdən gələrək pulu ödəməmək haqqında qətnamə çıxardı. Cənab Prezident və I Vitse-prezident! Siz hər zaman məmur özbaşınalığından danışıb onların sadə xalqın nümayəndələri ilə diqqətli davranmasını tələb edirsiniz. Hətta məxsusi olaraq sığorta şirkətərinin insanları incitdiyini, onları aldatdığını da ayrıca dilə gətirdiyinizin şahidi olmuşam. Elə bu inamla da sizə müraciət edərək bildirirəm ki, imkan verməyin, idarə etdiyiniz ölkədə hansısa ehtimal qanunların və həqiqətin önünə keçə bilsin. Çünki bu ehtimalların hamısı əsassızdır. Oğlumun həmin vaxt hadisə yerində olmasını sübut edən şahid ifadələri var. Belə ki, həmin vaxt idarə etdiyi maşında qaynı Abıyev Kamil yaralı olduğundan və “Çanaqqala” restoranında düşən davanın istintaq işini aparan Nərimanov Rayon Polis bölməsinin müstəntiqi Elnur təqdim etdiyi yekun sənəddə ifadə verən şahidlər bildirib ki, oğlum həmin vaxt məhz sükan arxasında olub. Maşında yaralı bir insan olduğu halda məgər, oğlum o vaxt nə etməli idi, maşını, yoxsa yaralı insanı düşünməli idi?! Sığorta şirkətinin iradlarından biri də budur ki, niyə hadisə baş verən saat deyil, sabahı gün sığorta şirkətinə xəbər verilib. Dediyim kimi, o vaxt maşında ağır vəziyyətdə olan qaynını xəstəxanaya çatdırıb və sığorta haqqında qanunun tələblərinə uyğun olaraq da 24 saat ərzində məlum qəza haqqında “Buta” sığorta şirkətini məlumatlandırıb. Əgər bu qanunsuz idisə, niyə oğlumun maşını uzun müddət sığorta şirkətinin həyətində saxlanılıb və elə adıçəkilən sığorta şirkətinin mütəxəssisləri tərəfindən də dəyən ziyan qiymətləndirilib?! Nəzərinizə çatdırım ki, oğlum qəzadan sonra tibbi yoxlanışdan da keçib və heç bir spirtli içki qəbul etmədiyi haqqında arayış da var. Məncə, şirkətin pulu ödəməkdən boyun qaçırmasının səbəbi məbləğin çox olmasıdır. Bu səbəbdən də problemi öz bildikləri yöntəmlə, Cavidə təklif etdikləri 15 min manatla bitirməyə çalışırdılar. Cənab Ramiz Rzayev! Bu işə artıq bir dəfə Ali Məhkəmdə hakim Əhməd Əhmədovun sərdlik etdiyi məhkəmədə baxılıb və pulun ödənilməməsi haqqında qərar çıxarılıb. Bundan əvvəl Binəqədi Rayon Məhkəməsində Fərrux Qasımovun sədrlik etdiyi məhkəmə iclasında, daha sonra Fuad Talişinksinin hakim olduğu Apellasiya Məhkəməsində bu işə ədələtli baxılıb və oğlumun xeyrinə qətnamə çıxarılıb. Bu qərarlardan sonra qeyd etdiyim kimi, sığorta şirkəti oğlum Cavidə 15 min manat pul təklif edib. Oğlum etiraz etdikdə bildiriblər ki, biz belə böyük məbləğləri ödəmirik, adətən elə bu yolla da həll edirik. Rəhbərlik etdiyiniz Ali Məhkəmənin hakimləri qərar çıxararkən Maliyyə Nazirliyinin 25 avqust 2015-ci il tarixli məktubuna da məhəl qoymayıblar. Belə ki, adıçəkilən məktubda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığortaya nəzarəti xidməti “Buta” Sığorta şirkətinə məktub ünvanlayaraq dəyən zərərin ödənilməsinin təmin edilməsini istəyib. Bundan başqa, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında protokolunda məhz maşını oğlumun idarə etməsi və qəza etdiyinə gərə 60 manat cərimə ödəməsini göstərən protokol da mövcuddur. İki böyük nazirliyinin qərarına belə yanaşan Ali Məhkəmə görəsən, hansı qanunlara əsasən qərar çıxarır? Cənab Ramiz Rzayev, mən sizdən bu suala cavab istəyirəm. Mən çıxarılan qərardan razı deyiləm və işə təkrar baxılması üçün Ali Məhkəməyə artıq yenidən şikayət ərizəsi ilə müraciət olunub. Cənab Prezident və I Vitse-prezident! Cənab Ramiz Rzayev, sizdən xahiş edirəm artıq dünyada olmayan oğlumun haqqı olanı onun övladlarına çatmasını təmin edin. Dediyim kimi mən də xərçəng xəstəsiyəm və nəvələrimə heç nə vəd edə bilmirəm.Bütün bunları nəzərə alıb bu işə qanun çərçivəsində baxılmasını təmin etmənizi sizdən xahiş edirəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
|