Kəndlilərə "od qiymətinə" su satılır? - ŞİKAYƏT
Tarix: 11-07-2017, 11:24 | Çap et
Bərdənin Qaradəmirçi kəndinin bir qrup sakini suvarma suyu sarıdan yaranan problemin hələ də həll olunmamasından narahatdır. Kənd sakinləri adından Sputnik Azərbaycan-a danışan İsrafil Paşabəyli vaxtında əkin sahələrini suvara bilmədiklərini deyir.
Onun sözlərinə görə, üstəlik əhalini su ilə təmin etməli olan su birlikləri suyu baha qiymətə satır: "Suvarma suyu sarıdan bizim kənddə problem var. Pambığa su verirlər, taxıl qalır. Su istəyəndə "yoxdur" cavabını alırsan. Amma özlərinə lazım olan yerə su verirlər". "Tarif Şurasının təyin etdiyi qiymət suyun hər 1000 m3-i üçün 50 qəpikdir. Su birliyi də 25% baha sata bilər. Amma sahəni suvarmaq üçün 30 manat, yəni xeyli çox pul istəyirlər" — İsrafil Paşabəyli bildirir. Şikayətçinin sözlərinə görə, bu il may ayında sözügedən problem Sputnik Azərbaycan-da işıqlandırıldıqdan sonra əhaliyə müəyyən güzəştlər edilib: "Amma bu, problemin əsaslı həlli deyil. Ötən dəfə sizin saytda yazı gedəndən sonra kənd sakinlərinə deyiblər ki, "müvəqqəti 20 manatdan ödəyin". Düzü, mən özüm başqa su birliyindən alıram suyu. Həmin nasos Stansiya Su İdarəsinin balansındadır. 10 manat ödəyirəm. Amma son dəfə bildirdim ki, verdiyim pula görə mənə qəbz təqdim eləsinlər". "Bu günə kimi su birlikləri əhaliyə satılan suya görə qəbz verməyib. Bildirdim ki, qəbz verməsələr, pul ödəməyəcəm. Müqavilələr də formal olaraq bağlanır. İstədikləri qiymətə satırlar. Mənim əsas şikayətim də su idarəsindəndir. Bu günə kimi əhalinin su ilə bağlı problemlərinə dırnaqarası yanaşıblar. Heç bir iş görmürlər" – şikayətçi qeyd edir. Əlavə edir ki, problem davam edərsə, kəndli torpaqdan xeyir götürə bilməyəcək: "Vaxtında suvara bilmədiyimiz əkin sahələrinin məhsulu zay olmaq təhlükəsi ilə üz-üzə qalır". Problemlə əlaqədar ərazidə fəaliyyət göstərən su birlikləri ilə də əlaqə saxladıq. Sputnik Azərbaycan-ın bölgə müxbirinin suallarını cavablandıran su birliyinin icraçı direktoru Rəhim Rəhimovun sözlərinə görə, şikayətçilərin iddiaları əsassızdır. Onun dediyinə görə, torpaq sahibləri, istifadə etdikləri suyun pulunu ödəyərkən onlara qəbz təqdim edilir. "Bizim birlik 2006-cı ildən fəaliyyət göstərir. Xidmət elədiyimiz sahələr Qaradəmirçi, Xanağalı kəndləri əhatəsindədir. Sizin adını çəkdiyiniz İsrafil Paşabəyli 8 ha əkin sahəsinə görə bu günə qədər bir manat da olsun ödəniş etməyib. Biz hüquqi şəxs olaraq fəaliyyət göstəririk. Hesabatımızı veririk. İndi hansı zəmanədir ki, artıq pula ala biləsən?" – R. Rəhimov bildirdi. Digər su birliyindən də aldığımız cavab fərqli olmadı. Bildirdilər ki, suyu əhaliyə, ərazi nəzərə alınaraq, maksimum 1-1.3 manata satırlar: "Bunun da hər 1000 m3-i üçün Bərdə Suvarma Sistemləri İdarəsinə 50 qəpik ödənir. Yerdə qalan məbləğ isə nasosun təmiri, kargüzarlıq işləri və digər əlavə xərclər üçün bölünür". Bərdə Suvarma Sistemləri İdarəsindən Sputnik Azərbaycan-a məlumat verdilər ki, daim su birliklərinin fəaliyyəti nəzarət altındadır: "Sözügedən kənddə də suvarma arxları mütəmadi təmizlənir, xarab olan su boruları təmir edilir və ya yenisi ilə əvəzlənir. Suvarmada yaranan çətinliklər bəzən də ayrı-ayrı şəxslərin su birlikləri ilə bağladığı müqavilələrə əməl etməmələri səbəbindən qaynaqlanır". "Belə ki, bəzən müqavilədə taxıl əkəcəyini göstərən vətəndaş faktiki olaraq sahəsində başqa bitki yetişdirir və bu da bölgünün pozulmasına səbəb olur" – İdarədən bildirildi. Qurumdan onu da əlavə etdilər ki, Bərdə Suvarma Sistemləri İdarəsi vətəndaşların şikayətlərinə operativ şəkildə reaksiya verir, görülən işlər haqqında da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə hesabat verir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
|