"Bazarstore” mağazalar şəbəkəsində kərə yağı limitlə satılır.
"BakuPost” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Yayılan fotoda mağazanın kərə yağları olan şöbəsində "Limit – 2 ədəd” tablosu qoyulduğu əks olunub. Bu isə sosial şəbəkə izləyicilərinin narazılığına və tənqidinə səbəb olub.