Qalmaqala düşən "Drakon" faktları açıqladı və... - Prezidentə müraciət etdi
Tarix: 6-02-2018, 11:55 | Çap et
Azərbaycanın tanınmış aktyoru, sevimli "Drakon" obrazının oyunçusu Rza Rzayev prezident İlham Əliyevə müraciət edib. AFN 220 saylı məktəbdə baş verən neqativ olaylarla bağlı müraciəti olduğu kimi təqdim edir:
Bəlkə də nə vaxtsa belə mətn yazacağımı heç vaxt təsəvvürümə gətirməzdim. Bu sətirləri yazdıqca qələm əlimdə ən ağır yükə çevrilir. Məcburiyyət qarşısında qalıb belə gərgin iş rejimində, vaxt azlığında sizə müraciət edirik, sizin vaxtınızı alırıq, bu bizi çox incitsə də, başqa yol qoymadılar, buna görə üzrlü sayın. 90-cı ildən bu tərəfə dövlət üçün hər zaman öndə olmuşam, tanıyanlar tərəfindən və mətbuat səhifələrində qatı ƏLİYEVÇİ kimi təqdim olunmuşam. Nəzərinizə çatdırım ki, bir müddət dövlət məmuru kimi çalışmışam, sonra öz istəyim və xahişimlə işdən azad olunmuşam. Yəni heç vaxt vəzifə tutmaq iddiam olmayıb. Sonra rejissorluq təhsili almışam - rejissorluq edirəm və çox məmnunam işimdən. Sizi narahat etmə səbəbim tam başqadır. Ailə üzvlərimizin ən yaxınlarından biri 220 nömrəli məktəbdə 9 ilə yaxındır ki, ibtidai siniflər üzrə direktor müavini vəzifəsində çalışır, neçə illərdir işini ləyaqətlə yerinə yetirir, kollektivin sevimlisidir, bu illər ərzində məktəbdə dövlətçiliyin əleyhinə təbliğat aparanlara qarşı mübarizə aparıb. Bu da bir çoxlarının marağı ilə üst-üstə düşməyib. Son bir ildə yenə də məktəbdə dövlət əleyhinə aparılan təbliğatın üstünü açıb, etirazını bildirib. (X adlı milli mənşəyi bilinməyən ədəbiyyat müəlliməsi: - “20 yanvar qırğınını yaxşı ediblər, onlar niyə küçəyə çıxırdılar ki, onları da qırsınlar. Sarı Gəlin ermənilərin mahnısıdır” – müəllimə şagirdlərə dərsdə bunları təbliğ edirmiş və burada yaza bilmədiyim başqa məsələləri) həmin müəllimə yuxarı siniflər üzrə direktor müavini olan Aybəniz Mirzəliyeva tərəfindən iclasda dəstəklənsə də, dövlət orqanlarına keçmiş direktor tərəfindən bu barədə məlumat veriləndən sonra həmin müəllimə işdən uzaqlaşdırılıb. Aybəniz Mirzəliyeva əxlaqsız davranışları və mənəviyyatsız hərəkətləri ilə məktəbdə ad çıxarmış birisidir, məktəbdə işləyən siyasi və milli mənşəyi bəlli olmayan bir neçə müəllimlə "xüsusi", yaşına və başına yaraşmayan hərəkətlərlə ad çıxarıb, (bu adamların siyasi və milli mənşəyi dövlət orqanları tərəfindən yoxlansa, onların neçə illərdir apardıqları təbliğat üzə çıxar və təsdiqini tapar) dövlətçilik əleyhinə təbliğat aparanları dəstəkləyib, əxlaqsız hərəkətlərinə dözməyən bir neçə müəllimə tərəfindən hətta döyülüb də. Şagirdlər zarafatla stolların üstünə Aybəniz + X yazırlar (bugün keçirilən iclasda onun böhtançı ittihamlarına qarşı yuxarıda söylədiyim əməlləri fakt ilə üzünə deyilib və susdurulub) Və 6 ay öncə 220 saylı məktəbin direktoru işdən çıxarılıb, yerinə əvəzedici kimi Tural Mirzəliyev təyin olunub. Yeni direktor əvəzedicisi heç bir idarəetmə qabiliyyətinə malik olmayan, adi etik qaydaları və danışıq qaydalarını bilməyən 35-37 yaşlı birisidir (deyilənə görə Fetoçudur - əməllərindən də görünən budur) və orta məktəbdə əsas qadın müəllimlərin çalışdığını nəzərə alsaq, onun qüsurlu danışığı və hərəkətləri ciddi problemlər yaratmağa başlayıb. Məsələn, direktor əvəzi qadın müəllimələri tək-tək otağına çağırır, stolu çəkib müəllimələr ilə üz-üzə oturur, məktəbə aidiyyatı olmayan suallar verir: məsələn – “Sən adının mənasını bilirsən? Bilmirsən, mən deyim”, sonra kompüterə girib adın mənasına baxıb, “Sənin adının mənası – gözündən atəş, od yağan deməkdir”. Və yaxud başqa birilərini çağırıb yenə mətləbə dəxli olmayan suallar verir – “fılan şeyə münasibətiniz necədir?” (burada yaza bilməyəcəyim məzmunda) Müəllimələr direktor əvəzedicisinin hərəkətlərindən direktor müavini çalışan yaxın ailə üzvümüzə şikayət ediblər və deyiblər bir də direktor əvəzedicisi onları çağırsa, onun otağına getməyəcəklər. O da direktor əvəzedicisinə “Belə olmaz, cavan qadınlardır, etik davranışlara riayət etmək lazımdır, sizin kimə iş ilə bağlı sözünüz varsa mənim vasitəmlə deyə bilərsiniz” – deyib. Sonra direktor əvəzedicisi direktor müavininə hazırlıq pulu yığmaq tapşırığını verib, o da bunun qanunsuz olduğunu deyib, yığmayıb, başqa birinə tapşırıb, özü ilə yeni gətirdiyi və təsərrüfat müdiri təyin etdiyi Gülşən adlı xanıma - (əslində hazırlıq pulları üçün valideynlər ilə müqavilə bağlanmalı və məktəbin hesabına keçirilməlidir, bunlar pulu nəqd qaydada yığırlar, pullar guya məktəbə xərclənir, müəllimələrin öz imzaları ilə nə qədər pul verdiklərinin siyahısı var, valideynlərin içində isə təbliğat aparır ki, “Mənim restoranım və moykam var, oradan gələn gəlirin bir hissəsini məktəbə xərcləyirəm”. (Əslində görkəmi və əməlləri direktor əvəzedicisindən daha çox, moyka işlədənə oxşayır) Gülbəniz adlı psixoloq isə öz işi ilə məşğul olmaq əvəzinə məktəbəqədər hazırlıq kursuna gələn uşaqlara dərs keçir və direktor əvəzinin tapşırığı ilə adam başına 40 manatdan pul yığır, əslində bu kurs pulsuzdur. Bunları etmədiyinə görə, Tural Mirzəliyev keçmişdəki, yəni siyasi və milli mənşəyi bilinməyən (əslində bilirik) xüsusi vaxtlarda dövlətçiliyin əleyhinə çıxan yuxarı siniflər üzrə direktor müavini Aybəniz Mirzəliyeva (bu zatın qardaşı 210 saylı məktəbin keçmiş direktoru olub, rüşvət üstündə işdən çıxarılıb) ilə birləşib – təxribatçı hərəkətlər edirlər, onların sözünə baxmayan, hərəkətlərini təqdir etməyən ibtidai siniflər üzrə direktor müavinini cəzalandırmaq fikrinə düşüblər. İbtidai siniflərin korpusu ayrıdır. Gah “Niyə gətirib sizin korpusda elan paylayıblar?” bəhanələr gətirirlər, (yuxarı siniflər üçün korpusda da paylanır və qapıçı yad adamları içəri buraxmasın, əgər icazəsizdirsə) əslində buna direktor əvəzi özü icazə verib və bu gün də bəzi şirkətlər dərsi pozaraq bu işlərini davam etdirirlər. Direktor əvəzedicisinə dedikdə, tədbir görmək əvəzinə deyir ki, bunları Bakı Şəhər Təhsil İdarəsindən tapşırıblar. Sonra ibtidai sinif uşaqlarının bilik səviyyəsini yoxlamaq üçün monitorinq keçiriblər, cavabları yenə Aybəniz və dəstəsi yoxlayıb, göstərici aşağı olub, valideynlər və müəllimlər narazılıq ediblər, qiymətləndirmə ilə razılaşmayıblar. Müəllimələr testləri alıb yenidən özləri yoxlayıblar – təkrar yoxlamanın nəticəsindən bəlli olub ki, bilərək 50 faiz şagirdin cavabları səhv dəyərləndirilib, testin cavabları aşağı qiymətləndirilib. Fakt qarşısında qalandan sonra, monitorinqin cavablarını direktor əvəzedicisi ləğv edib. Və sonra yaxın ailə üzvümüz olan direktor müavinini direktor əvəzedicisi yanına çağırıb deyib – “Mən deyənləri etmirsən, müəllimlərini müdafiə edirsən, səni işdən çıxarıram, yerinə X adlı müəlliməni təyin edirəm” (X adlı müəllimə məktəbdə neçə illərdir ki, pul sələmə verir, bir neçə müəllim sələmi qaytara bilmədiyi üçün evini satıb). İbtidai siniflərin Müəllimə Kollektivi bu addımdan narazı qalıblar və etiraz ərizəsi yazıblar, sonra direktor əvəzedicisi deyib, “İşdən çıxarmıram, işini dəyişirəm” və heç bir səbəb göstərmədən. Məsələni araşdırmaq üçün özüm şəxsən direktor əvəzedicisi Tural Mirzəliyevin yanında oldum. Deyirəm – “İnsanların heç də hamısı anasının-bacısının yanında olmur, ətraf, cəmiyyət onları qorumalıdır, sən hələ məktəb direktorunu əvəz edirsən, bu nə hərəkətlər və danışıq tərzidir”. Cavabında deyir - “Mən filoloqam, necə istəyirəm danışa bilərəm”. Biz tərəfdən istənilən cavabını aldı. Başa saldıq ki, “Filoloq kimi evində anan və bacınla danış, bura məktəbdir, sən də məktəb direktorunu əvəz edirsən. Burada özünü filoloq kimi yox, məktəb direktorunu əvəz edən şəxs kimi aparmalısan”. Yanvar ayının 31-də iclas keçirilib, direktor əvəzedicisinin tapşırığı ilə Aybəniz və dəstəsi işlənmiş reseptlər ilə şantaja keçiblər və dəqiq cavabla susdurulublar, əməlləri üzlərinə deyilib, daha danışmayıblar. Etiraz edən müəllimlərə təzyiqlər olub, Gülşən adlı köməkçisi, yəni Turalın pul yığanı bir-bir sinifləri gəzib, deyib – “Biz deyənə kim etiraz etsə, işdən çıxarılacaq, bu Bakı Şəhər Təhsil İdarəsinin tapşırığıdır” və s. Tural Mirzəliyev və Aybəniz Mirzəliyevanın soyadları eynidir, qohum olub-olmadıqlarını bilmirəm, amma eyni təbiətli olduqları ortadadır. Amma, bunlar bir şeyi unudublar, ümummilli liderimiz Heydər Əliyevin qurduğu dövlətdə haqq əvvəl-axır öz yerini tapır və tapacaq. Dünyada gedən gərgin proseslərin fonunda, cəmiyyətimizin həssas dönəmində belə əxlaqsız, düşünülməmiş hərəkətlər hər an dövlətçiliyimiz üçün təhlükə yaradır və bir fərdin qüsurlu bir hərəkəti bütün hakimiyyətin ifadəsi kimi başa düşülür. Cənab Prezident, bu məsələ təcili öz haqlı həllini tapmasa, daha böyük faciələrə gətirib çıxara bilər. Belə danışığın, hərəkətlərin fərdi cavabına! Sizdən xahişimiz budur ki, bu məsələnin qərəzsiz, tərəf tutulmadan yoxlanıb ciddi tədbir görülməsi üçün əmr və tapşırıq verəsiniz. Bu məsələ haqlı həllini tapmasa, “Bütün qatı ƏLİYEVÇİLƏRİN sonu budur!” – kəlməsini eşitməmək üçün – Azərbaycan vətəndaşlığından imtina edəcəyəm.
Rejissor, aktyor, yazar Rza Rzayev
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|