Astarada bələdiyyə sədrinin hökmranlığı... - GİLEY
Tarix: 8-03-2018, 09:18 | Çap et
Astara rayonu Kakalos və Balaca Şahağacı kəndlərindən redaksiyamıza bir qrup sakini müraciət edib. Adlarının açıqlanmasından ehtiyat edən kənd sakinləri eyni zamanda problemlərinin ictimailəşməsini istəyirlər.
Amma Kakalos kənd sakini, 42 ilin müəllimi olduğunu yazan Lalə Şahrıza qızı Əliyeva isə ölkə başçısına qəzetimiz vasitəsilə müraciət eləyib. Yazır ki, böyük bir ailəyə başçılıq edir. Bu illər ərzində - övladlarına - şagirdlərinə haqqı,ədaləti,dövlət-vətən sevgisini, həyatın mübarizə meydanı olduğunu aşıladığını yazır, amma bu mübarizə meydanındakı əyriliklərə qarşı necə duruş gətirməyin yolunu öyrətməməyindən bir müəllim olaraq təəssüflənir.
“Öz elimdə haqlarımı qoruyacaq kimsə tapmıram”
Şikayəti Kakalos kənd bələdiyyə sədrindəndir: “Mən öz ölkəmi, dövlətimi sevən, dövlətimin rəhbərlərinə böyük sayğı və rəğbət göstərən ziyalıyam. Bütün analar kimi övladlarımı xoşbəxt görmək arzusuyla yaşayıram. Lakin Kakalos kənd bələdiyyə sədri Bəhram Əliyev buna imkan vermir. Uzun illərdir məni və ailə üzvlərimə təzyiqlər göstərir. Bizə böhtanlar atır, haqqımızda saxta aktlar tərtib edərək dövlət orqanlarına təqdim edir. Bəzi şəxsləri haqqımızda yalançı şahidlik etməyə təhrik edir və bu faktları təsdiq edən səs yazmaları mövcuddur. Öz doğma yurdumda, elimdə haqlarımızı qoruyacaq kimsə tapılmır.
Hörmətli Prezidentimizə ünvanladığımız bir teleqrama əngəl olmaq üçün bələdiyyə başqanı oğlum Əliyev Abuzər Zakir oğlunu şərə salıb. Guya oğlum onun şərəfini tapdayıb. Oğlum Astara rayon məhkəməsi tərəfindən 2 min manat cərimə olunub. Apellyasiya şikayəti etdik. Şirvan Apellyasiya Məhkəməsi daha irəli gedərək cəriməni 4 min 400 manat təyin etdi. Oğlum 4 övlad atasıdır. Bu haqsızlıqların hökm sürdüyü bir vəziyyətdə onları necə böyüdəcək? Bu azmış kimi narkotik istifadəçisi olan bir şəxsə oğluma aid olan dəniz avadanlığını oğurladıb, işin üstü açıldıqda isə həmin şəxsi əsassız olaraq müdafiə edib. Baxmayaraq ki oğurluq etmiş şəxsin valideynləri övladlarının oğurluq etdiyini təsdiq edirlər”.
“Məzlum insanların səsini yuxarılara göndərdiyim üçün, bizi xalq düşməni elan edib”
Lalə Əliyeva yazır ki, məzlum insanlar bələdiyyə sədrinin özbaşnalığından xilas olmaq üçün ona kəndin savadlı müəllimi kimi məktub yazmaq üçün müraciət ediblər. “Mən də onların arzu və şikayətlərini müxtəlif dövlət orqanlarına ünvanlamışam. Bələdiyyə sədri həmin şəxsləri müxtəlif yollarla çox ağır cəzalandırıb. Məni və ona qarşı açıq mübarizə aparan insanları isə az qala xalq düşməni elan edib, yuxarı dairələrin gözündən salmağa çalışır.
90-cı illərin əvvəllərində ölkədə həyata keçirilən aqrar islahatlar zamanı hansı xidmətlərinə görəsə Bəhram Əliyev islahat komissiyasının sədri təyin edildi. O, sovxozun bütün əmlakını və torpaqlarını yerbəyer etdikdən sonra 1999-cu ildə kənd bələdiyyəsinin sədri postunu tutub. Sual olunur, axı heç bir orta və ya orta ixtisas təhsili olmayan belə bir adamın 7-8 min əhali içindən seçilməsi nə dərəcədə doğrudur?
Maddi imkanın bolluğundan istifadə eləyib özünə muzdla tutduğu 2 vəkil qanunlardan bələdiyyə sədrinə sərf edən şəkildə istifadə edir. Ona görə də bələdiyyə sədrinin qanunsuz əməlləri haqda aidiyyəti dairələrə yazdığımız yazılı və şifahi müraciətlər baxımsız qalır.
Avtobus dayanacağının yerində avtomobil yuma sexi...
Bu adam kənd əhalisinə məxsus 50 ha. çay sahəsini bir müddət özü üçün istifadə edib yararsız hala salıb .
Balaca Şahağacı kəndi ərazisində olan keçmiş sovxoz idarə binasını, uzunluğu 200 metr olan talvarı, avtobus dayanacağını, ağır yük maşınları üçün nəzərdə tutulan tərəzini sökdürərək yerində avtomobil yuma sexi, ticarət obyekti inşa etdirib. O eyni zamanda iki sağıcı evini və onun ətrafındakı torpaq sahələrini də zəbt edib. Bəhram Əliyev kəndin gələcək prespektivi üçün nəzərdə tutulan 1 hektardan çox ərazini yaxın qohumlarının adına sənədləşdirərək mənimsəyib. Bundan əlavə o Balaca Şahağacı kənd əhalisinə məxsus, lakin Kələdəhnə kəndi ərazisində olan 28 ha. torpaq sahəsini ələ keçirib. O,əhalini aldadaraq dövlət Aktından həmin hissəni çıxardaraq hələ də özündə saxlamaqdadır. Bundan əlavə istədiyi ərazini başqa kəndlərin nümayəndələrinə satmağı da unutmur. Kakalos kəndində əhaliyə məxsus 60 ha. torpaq sahəsi də onun əliylə zəbt olunub. Qeyri-qanuni əməllərinə qarşı çıxanları müxtəlif yollarla cəzalandırır, guya dövlət əleyhinə çıxmaqda ittiham edir, xalq düşməni elan edir. Hətta hədə-qorxu gəlməsi ilə bağlı səs yazıları da mövcuddur.
Hörmətli cənab Prezident, insanları belə bir bələdiyyə sədrinin zülmündən xilas edin”.
Bələdiyyə sədri: Gördüyüm işləri gözləri götürmür
Yazıda səslənən ittihamlarla əlaqədar bələdiyyə sədri Bəhram Əliyevlə əlaqə saxladıq. Bələdiyyə sədri əks tərəfin haqqında söylədiyi fikirlərin heç birini qəbul etmədi: “Mən 90-cı ildən bu günə qədər xalqım üçün xidmət göstərmişəm. Özü də neyləmişəmsə, öz cibimdən xərcləmişəm. Nə gecə yatmışam, nə gündüz. Müstəqillik üçün nələr etməmişəm. Gördüyüm işlərə görə, 2005-ci ildə Tehranda 3 dəfə ürəyimdən ağır əməliyyat olunmuşam. Sadəcə, gördüyüm bu yaxşı işləri onların gözləri götürmür. Çox danışmaq istəmirəm. Gəlib oturarıq, söhbət eliyərik. Feyzbuku açın, görün, mən kiməm. Məndən şikayət eləyənlərin kimliyini yaxşı bilirəm. Ciblərində müxalifətçi vəsiqəsi daşıyırlar. Onlar bu xalqın düşmənidirlər. Bu xalqın rəhbəri dövlət üşün nə qədər işlər görüb, onların gözləri kordur, bunları görmürlər”.
P.S. Hər iki tərəfi dinlədik. Kimin haqlı, kimin haqsız olduğunu demək bizə düşmək. Yeganə məqsədimiz bu məsələnin ictimailəşdirlib, laqyiqli dəyərini almasıdır. Amma bir məqam var ki, ona münasibət bildirməmək doğru olmaz. Müxalif mövqeyinə görə kimisə xalq düşməni elan etmək qeyri-insani yanaşmadır. Bu ölkənin ali qanunları deyir ki, hər kəsin düşüncə azadlığı var və siyasi görüşlərinə görə, hek kim qınana bilməz. Əgər qınanarsa, bu, o, insana çox böyük haqsızlıq olar. \\ Hurriyyet.org\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|