Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

Tanınmış fermerlə icra başçısının qalmaqalı böyüyür - GİLEY
Tarix: 3-04-2018, 11:14 | Çap et
Tanınmış fermerlə icra başçısının qalmaqalı böyüyür
“Təzadlar” saytının 27 mart 2018-ci il tarixli buraxılışında “Goranboy rayon İcra Hakimiyyətindən “Təzadlar”da dərc edilmiş yazıya cavab” başlıqlı yazı təqdim edilmişdir. Həmin yazı-məktubda “Təzadlar” qəzetinin 20 mart 2018-ci il tarixli nömrəsində dərc edilmiş “Goranboyun icra başçısı qocaman fermerə qan uddurur” sərlövhəli yazıya aydınlıq gətirilmişdir. Redaksiya “KİV haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini nəzərə alaraq həmin cavabı olduğu kimi təqdim etmişdi. Cavab məktubunda tanınmış fermer Akif Rzayevin (qəzetin 20.03.2018-ci il tarixli sayında dərc olüunub) Göranboy rayonunda başına gətirilən problemlərlə əlaqədar Prezident İlham Əliyevə müraciətindəki bir sıra xüsusatlar təkzib edilirdi.
Şikayətçi-fermer Akif Rzayevin də bu cavaba cavabı özünü çox gözlətmədi. Sonuncunun “Təzadlar” qəzeti redaksiyasına göndərdiyi məktub-müraciətinə bir sıra sənədlər də əlavə olunub və dərc olunmasını xahiş edir. Redaksiya bir daha tərəfləri sülhə və orta məxrəcə gələrək yaranmış vəziyyətdən kompromislə çıxış yolu tapmağa dəvət etməklə, A.Rzayevin cavabını ixtisarla təqdim edir:
Çox hörmətli redaksiya!
Ötən saylarınızda Göranboy rayonunda qış otlaq sahəmdə yaranmış vəziyyətlə əlaqədar dərc etdiyiniz obyektiv yazınıza görə sizə bir daha minnətdarlıq edirəm. Siz məni yox, əslində, haqqı müdafiə etmisiniz. Çünki mən sadə bir fermerəm, dövlətdən heç bir xərc, yardım istəmədən qoyunçuluq təsərrüfatı yaradaraq ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı cənab Prezident İlham Əlyievin çağırışlarına kokret əməli işimlə cavab verməyə çalışıram. Lakin bir daha təəssüf hissi ilə deyirəm ki, Göranboy rayon İH başçısı Nizaməddin Quliyev mənə ciddi problemlər yaratmışdır.
Saytınızda Goranboy RİH-nin rəsmi cavabını oxudum. Bu onların haqqıdır, siz də qanunun tələblərini əsas tutub dərc etmisiniz. Lakin orada bir sıra yalnış və doğru olmayan iddialar vardır ki, mən rəsmi sənəd və sübutlarla təkzib edirəm. Həmin sənədlərin surətini sizə göndərirəm.
Beləliklə, Goranboy RİH-nin cavabında yazılır ki, “Akif Rzayev rayon icra hakimiyyətinin başçısına ünvanladığı və Gəncə poçt şöbəsindən göndərdiyi 29 yanvar 2014-cü il tarixli ərizəsində icarəsində olan torpaq sahəsinin 800 hektarının geri qaytarılmasını xahiş etmiş, onun xahişi nəzərə alınaraq 02 may 2014-cü il tarixli sərəncamla 800 hektar torpaq sahəsi geri qaytarılmış, qalan 1847 hektar qış otlaq sahəsi üçün onunla yeni icarə müqaviləsi baqlanmışdır... A.Rzayev müxtəlif dövlət orqanlarına və KİV-lərə ünvanladığı şikayətlərdə icarəsində olan qış otlaq sahəsinin 800 hektarının onun ərizəsi olmadan, əsasız olaraq geri qaytarıldığını iddia edir. Rayon İH-nin müraciəti əsasında rayon Polis şöbəsi tərəfindən araşdırma aparılmış, məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək 01 fevral 2018-ci il tarixdə rəy alınmışdır. Məlum olmuşdur ki, A.Rzayevin rayon İcra Hakimiyyətinə ünvanladığı ərizə onun tərəfindən imzalanmışdır” və s.
Bəli, mənim elə bir ərizəm olmuşdur. Həmin ərizənin surətini sizə göndərirəm, diqqət edin, görün orada nə yazılmışdır. Yazılır ki, icarədə olan 700-800 ha torpaq sahəsi ot bitməyən, keçəl, şoranlıq ərazilərdir. Həmin ərazilərə görə də digər sahələr kimi icarə haqqı ödəyirəm, xahiş edirəm həmin ərazilərin icarə haqqının azaldılması üçün qanun əsasında mənə köməklik edəsiniz. Ərizədə qeyd olunmur ki, həmin əraziləri kəsib Yasin Hüseynov adlı şəxsə verin, ona tapşırın ki, ferma kompleksini mənim fermamın 200 metrliyində tikdirib günümüzü qara edin! Hər gün burada Y.Hüseynovun çoban itləri ilə bizim fermanın itləri boğuşur, qan su yerinə axır, iş gücümüz bu itləri aralamaqdır. Belə təsərrüfat qurulur? Başçı Nizaməddin Quliyevə dəfələrlə məni qəbul edəndə bunu demişəm. Bildirmişəm ki, kimə harda torpaq verirsiniz, öz işinizdir, amma niyə icazə verdiniz ki, mənim fermamın düz qarşısında bu boyda tikinti apardı? Başçı yalandan məni çağırır, deyir, kişi kimi söz verirəm, sən mənim ağsaqqalımsan, get narahat olma, ferma sökülüb başqa əraziyə köçürüləcək. Məni arxayın edir, sonra xəlvətcə Yasin Hüseynova sərəncam imzalayır ki, yerini daha da bərkitsin. Problem bundadır.
Cavab məktubunda yazılır ki, “A.Rzayev 12 dekabr 2017-ci il və 02 fevral 2018-ci il tarixlərdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş, müraciəti ilə bağlı onunla lazımi söhbət aparılmışdır. O, ərizədə qeyd etdiklərinin əsassız olduğunu səmimi etiraf etmiş, bir daha belə müraciətlər etməyəcəyini bildirmişdir”.
Bu tamamilə yalandır. Əksinə, başçı müavininin yanında mənə söz verdi ki, tikinti dayandırılıb, sadəcə, qoy Y.Hüseynov yaza kimi heyvanlarını orada qışlatsın, izahat yazıb ki, heyvanlarını dağa qaldıran kimi fermanı söküb başqa yerə köçürəcək. Ardınca isə mənə deyib ki, fermanda erkək bəsləyirsən, onlar kimindir? Demişəm ki, Prezident seçkilərində İlham Əliyevin qələbəsinə qurban demişəm, 100 baş quzudur. Deyib ki, 50-ci bəsdir, 50-ni sat gətir. Demişəm ki, mən bunu edə bilmərəm. Bundan sonra başçı Nizaməddin Quliyev mənimlə intriqa aparır. Mən də bu ilki Novruzda qurbanlıq heyvanları Goranboyda deyil, Daşkəsəndə kəsdim, fotoşəkillər də var, mərasimdə icra başçısı Əhəd Abieyv də iştirak edib.
Başçının daha bir yalanı: cavabda yazır ki, “A.Rzayev nə hüquqi şəxs, nə də fiziki şəxs kimi heyvanlarının olması barədə Rayon Statistika idarəsinə heç bir məlumat verməmişdir. Belə başa düşülür ki, A.Rzayevin özünə məxsus heyvanı yoxdur, icarəsində olan torpaq sahəsindəki heyvanlar başqalarına məxsusdur. O, torpaq sahələrini digər heyvandarlara satmaqla möhtəkirlik edir”.
Tanınmış fermerlə icra başçısının qalmaqalı böyüyür
Bu qədər yalan danışmaq, əsassız iddialar irəli sürmək olarmı? Hörmətli “Təzadlar”, mən sizə Goranboy rayon Statistika Komitəsindən heyvanlarımın baş sayı barədə aldığım arayışın surətini göndərirəm. Xahiş edirəm, fotosunu dərc edin, Nizaməddin Quliyev bir daha belə yanlış ifadələr işlətməsin.
Hörmətli redaksiya! Mən Daşkəsən rayonundan respublikanın ilk fermer kimi, Yeni Azərbaycan Partiyasının üzvüyəm, 72 (yetmiş iki) yaşım var. Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyev tərəfindən artıq müntəzəm olaraq təzyiqlərə və təhdidlərə məruz qaldığım üçün məcbur olub aidiyyəti qurumlara müraciət etməkdəyəm. Mən görmüşüm ki, yerli icra hakimiyyətləri sahibkarların qayğısına qalır, diqqət göstərir. Lakin Goranboyun İH başçısı artıq elə vəziyyət yaradıb ki, mən çarəsiz durumdayam. Ya öz halal və min bir zəhmətlə hasilə gətirdiyim, tikib-qurduğum təsərrüfatı məhv etməliyəm, ya da Nizaməddin Quliyev bu intriqalara son verməlidir. Dəfələrlə Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Əmlak Komitəsində, Milli Məclisdə, Baş Prokurorluqda qəbullarda olmuşam, vəziyyəti rəsmi sənədlərlə görənlər təəccüb qalıblar ki, belə də iş olar? Mən ahıl yaşımda qoyun-quzu bəsləyir, dövlətimə bu yolla xidmət göstərirəm, icra başçısı isə tərsinə addımlar atır, məni bu işdən əl çəkməyə sövq edir.
Hörmətli redaksiya! Siz Allah şahidisiniz, çünki münaqişəli mövzu ilə əlaqədar yerində olmuş, vəziyyəti görmüsünüz. Belə vəziyyətdə nə etməliyəm? Başqası olsaydı, hər şeyə tüpürüb rahat həyat sürər, istirahəti ilə məşğul olardı. Lakin mən vicdanımın səsi ilə çalışır, zəhmət çəkir, ölkəmin ərzaq proqramında az da olsa töhfə vermək istəyirəm, lakin Goranboyun İcra başçısı Nizaməddin Quliyev mənə təzyiqlər edir, təhdid edir, işləməyə qoymur. Xahiş edirəm, haqq səsimi ölkə rəhbərliyinə çatdırın, Nizaməddin Quliyevin əsassız, qanunsuz hərəkətlərinə son qoyulsun. Hazırda təsərrüfatımda olan 4000-4500 yaxın qoyunlar və otlaq ərazim Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyev tərəfindən şəxsi ədavətin qurbanına çevrilib, blokadada saxlanılır. Buna nə ad vermək olar?
Redaksiyadan: bir daha tərəflərin ortaq məxrəci taparaq yaranmış problemin tezliklə həllinə nail olmasını arzulayırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru