Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                 

Heydər Əsədovun çözəmədiyi problem... - Dövlət işə qarışır...
Tarix: 1-05-2018, 11:15 | Çap et
Heydər Əsədovun çözəmədiyi problem...
Azərbaycanda edilmiş süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi üçün yaradılan respublika komissiyasının tərkibindən Kənd Təsərrüfatı Nazirliyinin Respublika Baytarlıq Laboratoriyasının nümayəndəsi çıxarılıb.
Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nda dəyişiklik edilib.
Kənd təsərrüfatı nazirinin müavininin rəhbərliyi ilə fəaliyyət göstərən respublika komissiyasının tərkibində hazırda Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndəsi təmsil olunur.
***
Xatırladırıq ki, "Təzadlar" hələ ötən il bu barədə geniş araşdırma yazə dərc etmişdi. Məlum olurdu ki, hər yeni doğulan buzova görə verilən 100 manat subsidiyaya da göz dikilirmiş. Nəticədə baytarların başı buzovlara yox, 100 manatı ələ keçirməyə qarışıb, fermerlər verilən pulu da ala bilmirmiş. Hətta bizə məlumat verilmişdi ki, "pripiska" o həddə çatmışdır ki, subsidiyaları yemək üçün hər il yalandan on minlərlə buzovun doğulub danaya çevrildiyi də rəqəmləşdirilirmiş...
Aşağıda həmin yazını təkrar təqdim edirik:
Süni mayalanmada süni problemlər-subsidiya niyə verilmir?
Tarix: 7/5/2017
Süni doğulan buzovların adına ayrılmış büdcə vəsaitlərinə nəzarət mexanizmi necədir?
Azərbaycan Dövlətinin bəlkə də daha çox başını sığalladığı, qayğısını çəkdiyi, hətta nazı ilə oynadığı bir sahə var: kənd təsərrüfatı!
Dövlətin fermerlərə məlum diqqət və qayğısının içərisində biri də var: süni mayalanma ilə buzovu doğulan hər bir inək sahibinə 1 buzova görə 100 manat pul verilir. Verilirmi, yaxud necə verilir?
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nomrəli qərarı ilə "Süni mayalanma yolu ilə alınmış hər buzova gorə subsidiyanın verilməsi Qaydası" təsdiq edilmişdir. Həmin qayda ilə yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurları müəyyən edilir. Qaydaya uyğun olaraq 2016-cı ilin oktyabr ayından heyvan sahiblərinə subsidiyanın verilməsinə başlanılmışdır. Belə ki, 2016-cı ildə 7449 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat olmaqla 8529 baş buzova ümumilikdə 852 min 900 manat, 2017-ci ilin yanvar ayında isə 3729 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat olmaqla 4407 baş buzova ümumilikdə 440 min 700 manat subsidiya verilib. Növbəti aylar üzrə isə subsidiya veriləcək heyvan sahibləri və süni mayalanma yolu ilə alınmış buzovların sayı hal-hazırda müəyyənləşdirilir.

Bəs subsidiyalar niyə sahibinə çatdırılmır?

Kənd təsərrüfatı Nazirliyində rəsmən etiraf edirlər ki, ictimai nəzarəti gücləndirmək və şəffaflığı təmin etmək məqsədilə hər bir ay üzrə subsidiya verilmiş heyvan sahibləri və süni mayalanma yolu ilə alınmış buzovların sayı, o cümlədən süni mayalanma yolu ilə alınmış hər buzova görə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək subsidiya məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclasının protokolu Nazirliyin rəsmi internet saytınıda yerləşdirilir.
Elə biz də «Təzadlar» olaraq həmin siyahıda adları keçən maldarlarla canlı bağlantı yaratdıq, onların dərdini dinlədik, subsidiyaları alıb-almadıqları ilə maraqlandıq.
Bəs süni yolla buzov alan fermerlərə dövlətin ayırdığı həvəsləndirici vəsait vaxtında verilirmi? Yaxud, bu sahədə şəffaflıq necədir, ümumiyyətlə, süni mayalanma ilə buzov alınması işinə nəzarət mexanizmi nə dərəcədə təkmildir? Nazirliyin rəsmi saytında yerləşdirilmiş və 2017 -ci ilin əvvəlində süni mayalanma yolu ilə buzova sahib olmuş fermerlərlə söhbət etdik( bütün söhbətimiz diktofona yazılmışdır). Beləliklə, Bakının Abşeron, Sabunçu, Suraxanı, Xəzər, həmçinin bölgə rayonlarımızda süni mayalanma yolu ilə alınmış buzovlara görə verilən subsidiyaların ödənişini araşdırdıq.
Budur, Abşeronun Fatmayı kənd sakini Həsənov Dəyanət Abtalıb oğlunun 055-303-30-37 mobil telefonuna zəng vururuq (Söhbətimiz şirin alınsın deyə zəng etdiyimiz fermerlərə qonşu kənddən olduğumuzu deyirik). Məlum olur ki, Dəyanət Həsənovun 1 buzovu süni maylanma yolu ilə əldə edilib, Nəriman adlı baytar həkim mayalandırıb, lakin buzov «vaxtsız dünyasını dəyişib». Amma Dəyanət Həsənov hələ də subsidiyasını ala bilmir, hər dəfə banka gedir, amma deyirlər ki, pul köçürülməyib, səbəbini isə deyən yoxdur.
Goradil kənd sakini Hüseynov Səxavət Nəsir oğlu da bir buzov saxlayır. Onun da inəyini Nəriman adlı həkim mayalandırıb. 4 aydır buzov doğulub, amma pulunu ala bilmir.
Atyalı kənd sakini Əliyev Haqverdi Telman oğlunun mobil telefonuna zəng vururuq, onun isə 3 buzovu doğulub. 300 manat yardımı isə 3 aydan çoxdur ala bilmir.
Fatmayı kənd sakini Kəmalə Məmmədovanın da 1 buzovu var. Amma o da neçə aydır subsidiyanı ala bilmir…
Ümumiyyətlə, Bakı rayonlarında bu ilin fevral ayında 74 buzova 7400 manat subsidiya ayrılıb.


Kənd rayonlarımızda süni doğulan buzovların ünvanına süni münasibət…
HEYDƏR ƏSƏDOVDAN MİRAS QALMIŞ SÜNİ MAYALANMA LABORATORİYASINDA NƏ bAŞ VERİR?
Düşündük ki, bəlkə Bakının havasındandır, ola bilsin kənd rayonlarımızda vəziyyət yaxşı olar. Odur ki, əvvəlcə Ucar rayonunun Qəziyan kənd sakini Həsənova Zibeydə Əbil qızının 050-419-16-08 mobil telefonuna zəng vururuq. 1 buzovu doğulub, amma yazıq buzovun «adamı olmadığı üçün» subsidiyasını vermirlər…
Beyləqan rayonunun Aşıqalılar kənd sakini Saleh Şıxəliyevin isə 4 buzovu süni mayalanma yolu ilə dünyaya göz açıb, 400 manat pul almalıdır. Amma hələ də ala bilməyib…
Bu dəfə Beyləqanın Şərq kəndinin sakini Buqrat Seyidəliyevin 051-692-62-14 mobil telefonuna zəng vururuq. Onun isə 3 buzovu süni maylanma yolu ilə doğulub. 300 manat pulunu hələ də ala bilmir.
Bu dəfə Beyləqanın Qaradağlı kənd sakini Nəbi İsmayılovun 050-416-27-06 mobil telefonuna zəng vururuq. 2 buzovuna veriləcək 200 manat da gedər-gəlməzdədir…
Sonra Şamaxının, Bərdənin, İsmayıllının… fermerlərinə zəng vururuq. Eyni mənzərədir.
***
Xatırladırıq ki, fevral ayında Şamaxıda 57 buzova görə 5700, Bərdədə 241 buzova görə 24100, İsmayıllıda isə 143 buzova görə 14300 manat yardım ayrılıb. Respublika üzrə bu rəqəm milyonu ötüb… Amma bu yardımlar da kağız üzərində qalıb. Niyə? Bəs Kənd təsərrüfatı Nazirliyində yaradılmış komissiya nəyə nəzarət edir və niyə fermerlərə çatası pul ödənilmir??? Belə olan halda, hansı stimullaşdırmadan danışmaq olar? Ölkə Prezidentinin tövsiyyələri niyə eşidilməz olub???

Maldarlar süni mayalanmanın ziyanından danışdılar…

Biz hələ onu demirik ki, maldarlar süni maylanmada yerli şəraitə uyğun toxumlardan istifadə edilməsini düzgün sayırlar. Məsələn, Sabirabadlı maldar deyir ki, «Mənim inəyim istiyə və rütubətə öyrəşib, mənə isə hansısa Avropa ölkəsindən gətirilmiş cins kələ toxumu verdilər, buzov ana bətnində iri olduğundan inəyimin qarnı ona dözmədi, buzov öldü, inəyim isə yarımcan oldu… Axı dədə-babadan görmüşük ki, yerli kəllər daha effektlidir. Təsəvvür edin ki, xaricdən gətirilən cinc kəlin toxumunu bizim yerli heyvanlara yükləyirlər, sonradan inəyin bətni həmin toxumu böyütməyə dözmür, inəyin özü təhlükədə qalır. Odur ki, bizim kənddə hamı artıq bu süni mayalanmadan imtina edir, yerli kələlərdən istifadə edirlər… Bəzən gülməli vəziyyət alınır: inək buzovu doğur, baxır ki, buzov nə ona oxşayır, nə də örüşdə «üz-gözü öyrəşmiş» kələ… Və ana buzovu qəbul etmir. Bu isə buzovların bəslənməsində ciddi problemlər yaradır…».
***
Hesab edirik ki, bu sahədə ya ciddi elmi araşdırmalar və yerli şəraiti öyrənmə çatışmır, ya da subsidiya maraqları bəzi məmurları xaricdən süni toxum gətirmək kimi biznesə həvəsləndiribdir, buna görə də vəziyyət bir-birinə qarışıb... Bütün dünyada süni maylanmadan istifadə olunur. Amma gərək gələcək buzov da, onu qarnında böyüdəcək inək də eyni cinsli olsun. Yoxsa bizim yerli şəraitə alışmış inəklərə Avropanın cins kəllərinin toxumunu yerləşdirmək hansı səmərəni verə bilər???
Mövzuya qaydılacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru