Ziya Məmmədovun oğlu 25 milyona Böyük Britaniya vətəndaşlığı alıb - İDDİA
Tarix: 4-05-2018, 09:14 | Çap et
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması haqda xəbərlər təsdiqlənməkdədir. Gələn məlumatlara görə, Anar Məmmədov bir neçə il öncə Böyük Britaniya vətəndaşlığı alıb. Lakin bu haqda məlumatları gizli saxlayıb.
Sabiq nazir oğlunun illər öncədən atasının taladığı dövlət vəsaitlərini xaricdəki hesablara, bir çox Avropa dövlətləri ilə yanaşı Böyük Britaniyada mal-mülklərə transfer edib.
Böyük Britaniya o dövlətlərdəndir ki, pulunu verib vətəndaşlığını ala bilərsən. Amma digər Avropa dövlətlərindən fərqli olaraq, Böyük Britaniya vətəndaşı olmaq istəyənlər ciblərini, bank hesablarını bir qədər gen açmalıdırlar. Yəni bu ölkənin vətəndaşlığını almaq o qədər “ucuz” deyil. Böyük Britaniyada vətəndaşlığını almaq üçün “cəmi” 1 milyon funt ödəmək lazımdır. İnvestor 750 min funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır. Və yaxud da bu məbləğ Britaniya banklarından birində olan hesaba köçürülməlidir. Bundan sonra investor öz ailəsi ilə birlikdə bu ölkədə qanunla yaşamaq və işləmək hüququ əldə edir. 5 ildən sonra ailə yaşayış icazəsi, 1 ildən sonra isə vətəndaşlıq əldə edir. Daha varlı insanlar üçün vətəndaşlığın verilməsi proseduru sürətləndirilə bilər. Ölkəyə 5 milyon funt sərmayə yatırdıqda vətəndaşlıq 4 ildən, 10 milyon funtdan çox sərmayə yatırdıqda isə 3 ildən sonra verilə bilər.
Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması xəbərləri 2-3 il əvvəldən yayılmağa başlayıb. Bunu nəzərə alsaq, belə ehtimal etmək olar ki, nazir oğlu manat ekvivalentində təxminən 25 milyon xərcləməklə 3 ilə Böyük Britaniya vətəndaşlığı alıb. Yada salaq ki, 2016-cı ildə yayılan xəbərlərdə deyilirdi ki, Anar Məmmədov Böyük Britaniya vətəndaşlığı alıb. Həmin vaxt deputat olan əmisi Elton Məmmədov bu məlumatlara münasibət bildirərkən bütövlükdə qardaşı oğlunun xarici vətəndaşlıq almasını təkzib etməmişdi.
A.Məmmədovun atası Ziya Məmmədovun dövlət büdcəsindən taladığı pullar hesabına qurduğu “Garant Holdinq”in rəhbərliyindən istefa verməsi də yeni xəbər deyil. Ziya Məmmədovun “ulduzunun sönməsi” bu klanın iqtisadi sferadakı bizneslərinin də “milli”ləşdirilməsinə gətirib çıxardı. Bu gün Məmmədovların Azərbaycan daxilindəki biznes imperiyası süquta uğramış durumdadır. Ziya Məmmədov nazirliyinin son 1 ilində səlahiyyətlərini bir-birinin ardıca itirdiyi günlərdə, oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Garant Holdinq”in də törəmə şirkətlərini bağlayır, “qayçılayır”, lisenziyalarını ləğv edirdilər. Ziya Məmmədov ilyarımdan artıqdır ki, vəzifədən çıxarılıb. Onun mal-mülkünün “budanması” isə hələ də davam edir. 2018-ci il aprelin 1-dən onun çoxsaylı obyektlərindən biri olan Qubadakı beşulduzlu “Quba Rixos” hoteli rebrendinq edildi. Məlum oldu ki, sabiq nazirin oğluna beşulduzlu “Rixos Quba Azərbaycan” hotelini təhvil vermək tapşırılıb. Bundan sonra hotelin sahibi dəyişdirilib. Məmmədovlardan son olaraq alınan təkcə Qubadakı hotel olmadı. Azərbaycandakı “Quba Rixos” hoteli ilə yanaşı onların Gürcüstandakı “Rixos Borjomi”sini də əllərindən aldılar.
Yada salaq ki, Ziya Məmmədovun ailə holdinqi bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı mövqedə olan “Transgate” MMC-yə sahib idi. Ziya Məmmədovun kreslosu laxlayandan sonra “Transgate”ə məxsus avtobuslar istifadəyə yararsız adı ilə Bakını əhatə edən marşrut xətlərindən çıxarıldı. MMC-yə məxsus 10-dan çox marşrut başqa daşıyıcılara təhvil verildi. Məmmədovların Bakının mərkəzində ucaltdıqları və bir vaxtlar hər kəsin Ziya Məmmədovun klanı üçün “xilas kəməri” hesab etdiyi “Trump Tower” də artıq özgəninkiləşdirilib.
Bina Məmmədovun nəzarət etdiyi “Garant Holdinq” tərəfindən tikilmişdi və onun şirkətinə məxsus idi. Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komission haqqı olaraq 2,5 milyon dollar alıb. Yayılan maliyyə sənədlərindən məlum olurdu ki, Anar Məmmədovun hotelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.”, “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir. Hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunacağı haqda da xəbərlər vardı. Amma bu baş vermədi. Hoteldən “Trump Tower” sözləri söküləndən sonra Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik söküldü, yenidən təşkil edildi. Ziya Məmmədov və komandası yeni nazirlikdə vəzifəsiz qaldılar. Hakimiyyətin 1 gedişi ilə sabiqə çevrilən Ziya Məmmədovun və klanının çox ciddi narazılığına səbəb olub. İndi məlum olur ki, oğlunu illər öncə ölkədən çıxaran sabiq nazir onun təhlükəsizliyini təmin etmək üçün 25 milyon manatından da keçib, Böyük Britaniya vətəndaşlığı alıb. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|