İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                 

Eldar Mahmudovun axtarışda olan emissarları – kim harada gizlənib?
Tarix: 15-08-2018, 09:41 | Çap et
Eldar Mahmudovun axtarışda olan emissarları
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov çetesinin əsas simaları dəmir barmaqlıqlara göndərilsələr də, bu günə qədər cəzadan yayınanlar da var. Sabiq nazirin özü haqda çox yazılıb, deyilib. Onunla bağlı məsələ qeyri-müəyyəndir - bu gün əminliklə “Eldar Mahmudovu tutmayacaqlar” deyənlər çoxluqdadır. Fikirlərini əsaslandırmaq üçün də gətirdikləri dəlillər də “daşdan keçir”.

Eldar Mahmudov, onun MTN-də formalaşdırdığı komandanın əməlləri tarixdə olmuş ən qəddar mafioz cinayətkar qruplaşmalarla bəhsə girəcək qədər böyük və çoxşaxəli idi. Kimsənin ağlına belə gəlmirdi ki, 2015-ci ilin bir oktyabr günü bu mafioz qruplaşma pərən-pərən salınacaq, ən məşhur generallarını qandallayıb Bakı İstintaq Təcridxanasına göndərəcəklər. Bu baş verdi və artıq “mahmudovçu”ların əksəriyyəti məhkəmə hökmünü alıb cəza yerlərinə də göndəriliblər. Eldar Mahmudovun həbsi məsələsində də belə bir ssenari baş tuta bilər.

Eldar Mahmudovun azadlıqda qalan komanda üzvləri də yox deyil. Onlardan biri də “Akula Akif” ləqəbli Akif Mustafayev, digəri isə Ayaz Elxan oğlu Kərimovdur.

Hər 2 şəxs 3 ildir ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bütün dünyada axtarılır.

Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” şefinin “tifağı dağıdılandan” 1 gün sonra-18 oktyabr 2015-ci ildə qaçmışdı. Özünü iş adamı kimi tanıdan bu zat faktiki tikinti sektorundakı imkanlı iş adamları haqda dosye toplayıb şəxsən Mahmudova çatdırmaqla məşğul olub. Dosyelər çete üzvlərinə ötürülüb və bundan sonrası texniki məsələ olub - adamları dinləyib, izləyib və sonda “böyük cinayət törətmiş” kimi şərləyib tutublar. Bundan sonra “Akula Akif” araya girib və iş adamlarına xidmətlərini təklif edib. Çarəsiz, əli hər yerdən üzülmüş iş adamları Milli Təhlükəsizlik Nazirliyindəki çete üzvlərinin qanlı caynağından canlarını qurtarmaq üçün var-dövlətlərindən keçməklə azadlığa qovuşublar. Qazanan tərəf isə “Akula Akif”ə pay-puş şəklində pullar ötürüb. Bununla belə, “Akula Akif” vasitəsilə MTN caynağına keçmiş iş adamları elə onun özünün himayəçiliyindən istifadə etmə reallığı ilə üz-üzə qalırdılar. Ən yaxşı halda onu bizneslərinə 25-30 faiz payla şərik edirdilər.

Bu, illərlə davam edən proses olub və “Akula Akif” badə yoldaşı Eldar Mahmudovun “vurulması”ndan dərhal sonra ölkədən qaçıb. İlk vaxtlar onun sorağı Fransa paytaxtından gəlirdi. Sonralar isə İspaniyada olması haqda məlumatlar vardı. Son xəbərlərə görə, “Akula Akif” plastik əməliyyat keçirməklə üz cizgilərini, zahiri görünüşünü dəyişdirib, tanınmaması üçün müxtəlif üsullardan istifadə edir.

İnterpolun rəsmi saytında göstərilir ki, 1955-ci ildə anadan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı “rüşvət” ittihamı var. Azərbaycanın Baş Prokurorluğunun İnterpol və Avropa ölkələrinin hüquq-mühafizə orqanları ilə qurduğu operativ təmaslar sayəsində “Akula Akif”in bank hesablarına və əmlakına həbs qoyulub. Hazırda “Akula Akif” barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək.

Eldar Mahmudovun axtarışda olan digər emissarı isə “Rabitə işi” üzrə axtarışa verilmiş “Caspian Telecommunication LTD” şirkətinin rəhbəri və “AKEY” MMC-nin direktoru Ayaz Elxan oğlu Kərimovdur. O, Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki və dostudur. “Akula Akif” Eldar Mahmudovun “işverəni” kimi ad çıxarıbsa, Ayaz Kərimov sabiq nazirin “qulağı” hesab edilir. Eldar Mahmudovun qanunsuz dinləmələr üzrə dəstəsinin aparıcı üzvlərindən biri olub. Onun barəsində cinayət təqibi Eldar Mahmudov “vurulandan” 2 ay sonra, 2015-ci ilin dekabrında başlanıb. “MTN işi” çərçivəsində başlanan istintaq zamanı Ayaz Kərimovun barəsində Cinayət Məcəlləsinin 312.2-ci - vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə cinayət işi başlanıb. Lakin onu təqsirləndirilən şəxs qismində istintaqa cəlb etmək mümkün olmayıb. Çünki cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbsli axtarış başlanıb. 2016-cı ildə Ayaz Kərimovun cinayət əməli CM-in 179.3.1 (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib.

Onun barəsində CM-ın həmin maddələri ilə yenidən ittiham elan edilməsi qərarı qəbul edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Caspian Telecommunication LTD” şirkətinin faktiki olaraq, ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun dostu ilə A.Kərimovun müştərək şirkətləri olması müəyyən edilib. Həmin şəxslər “Cartburg NC” şirkətinin Azərbaycanda fəaliyyətinə rəhbərlik edib. “Cartburg NC” şirkəti tərəfindən əldə olunan aylıq külli miqdarda gəlirin qeyri-qanuni yolla “AGbank” ASC-nin Mişa adlı işçisində toplanması, onun tərəfindən əvvəlcədən müəyyən olunub. Məhkəmə A.Kərimovun mülkiyyətində olan Az 10 A 378 nömrəli “Harley Devidson” markalı motosikletinə, ona məxsus olan “AKEY” MMC-nin mülkiyyətində olan Az 10 PB 378 nömrəli “Maserati Quatroporte S Q4" markalı avtomobilinə, Az 90 AA 378 nömrəli ”Jaguar XJ" markalı avtomobillər və Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1 hektar torpaq sahəsi üzərinə həbs qoyub. Eldar Mahmudov “vurulandan” sonra “AKEY” MMC-nin işçilərinin “Aztelekom” MMC-də, və mobil operatorlarda quraşdırıb xidmət göstərdikləri avadanlıqlara baxış keçirilib. “Aztelekom” MMC-də olan avadanlıqların “Cartburg NC” şirkətinə, digər müəssisələrdə olan avadanlıqların isə ləğv edilmiş MTN-ə məxsus olması müəyyən edilib. Həmçinin “Cartburg NC” şirkətinin “Aztelekom” MMC-nin “S-12" beynəlxalq stansiyasında quraşdırılmış avadanlıqların qiymətləndirilməsi aparılıb, həmin avadanlığın amortizasiya xərcləri nəzərə alınmaqla və avadanlığa yüklənilmiş proqram təminatı qiymətləndirilmədən dəyərinin 112 min 826 ABŞ dolları olduğu müəyyən olunub. Bu günə qədər Eldar Mahmudovun ”qulağı"nın harada gizləndiyi bilinmir.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru