2019-2020-ci illərdə İmişlidə tenderləri qazanan şirkətlər məlum olub.
FED.az xəbər verir ki, ötən il və bu ildə İmişlidə 8 tender müsabiqəsi keçirilib. Tenderlərin umumi məbləği 908 min 952 manat olub.
Rayonda ən çox tender keçirən qurum İmişli Suvarma Sistemləri İdarəsi olub. İdarə həmçinin rayonda keçirilən tenderlərin məbləğinə görə birincidir. Suvarma Sistemləri İdarəsi 4 tender keçirib. 4 tenderin ümumi məbləği 834 min 295 manatdır. Bu məbləğ rayon üzrə tenderlərə xərclənən vəsaitin 91,8%-ni təçkil edir.
2019-2020-ci illərdə ən böyük məbləğli tenderləri "RUZİ" MMC və sahibkar Rahib Əkbərov qazanıb. Əkbərov Rahib ümumi məbləği 579 min 628 manat olan 2, “RUZİ” MMC 245 min 667 manatlıq 1 tenderin qalibi olub.
Qeyd edək ki, 2018-ci ildə rayonda ümumi məbləği 4 milyon 248 min 791 manat olan 8 tender keçirilib. İcra Hakimiyyəti ümumi məbləği 3 milyon 975 min 792 manat olan 4 , İmişli Suvarma Sistemləri İdarəsi ümumi məbləği 232 min 115 manat olan 2, İmişli Rayon Polis Şöbəsi 32 min manat məbləğində 1, İmişli Dəmir Yolu Xəstəxanası 8 min 884 manat məbləğində 1 tender keçirmişdi.
FED.az 2019-2020-ci ildə İmişli rayonunda keçirilmiş tender müsabiqələrini təqdim edir.