İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                 

"Bakıelektrikşəbəkə"nin işçiləri Hüseyn Arabul dövrünə nostalji yaradır - Prezidentə şikayət olundu
Tarix: 17-09-2014, 11:51 | Çap et
"Bakıelektrikşəbəkə"nin işçiləri Hüseyn Arabul dövrünə nostalji yaradır
Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən imtiyazlar verilib, onların kommunal xidmətlərdən azad olunması istiqamətində addımlar atılıb. Öz yurd-yuvalarından məcburi şəkildə çıxarılan insanlar da bunu hər zaman görür və qiymətləndirirlər. Amma bəzən olur ki, yerlərdə məmurların günahına görə, vətəndaşlar ölkə başçısına, baş nazirə və digər yüksək çinli məmurlara müraciət etmək məcburiyyətində qalırlar.

Belə müraciətlərdən biri də bu günlərdə ölkə başçısına və "Bakıelektrikşəbəkə" ASC-nin sədrinə edilib. Cəbrayıl rayon sakini, hazırda Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin küçəsi 4 ünvanında yerləşən "Xətai Tikinti Mexanizasiya" ASC-nin Tikinti Mexanikləşdirmə İdarəsində məskunlaşmış Həsənova Adilə Bilal qızı tərəfindən göndərilən müraciətdə vətəndaş qeyd edir: "Hörmətli prezident, bildirmək istəyirəm ki, erməni qəsbkarlarının torpaqlarımızın işğalı nəticəsində 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün düşmüşəm. Və uzun illərdir ki, vaxtilə Dövlət Neft Şirkətinin balansında olan, hazırda isə özəlləşdirilərək ASC kimi fəaliyyəti davam etdirilən Tikinti Mexanikləşdirmə İdarəsində yaşayıram. Bir məcburi köçkün ailəsi olaraq dövlətin qayğı və diqqətini hər zaman görmüşəm. Həyat yoldaşımdan boşanmağıma baxmayaraq, 2 azyaşlı qız övladını ünvanlı sosial yardım və məcburi köçkünlərə verilən çörək pulu ilə dolandırıram.

Möhtərəm, prezident, sizə müraciət etməyim üzləşdiyim problemlə bağlıdır. Yuxarıda qeyd etdiyim kimi, adıçəkilən ASC-nin idarəsində məskunlaşmışam. Dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlardan yararlanaraq kommunal xidmətlərdən istifadə edirik. Bu günə kimi hansısa xoşagəlməz mənzərə ilə rastlaşmamışıq. Amma bu yaxınlarda Sabunçu rayonu Enerji Satışı və Təchizatı İdarəsi tərəfindən bizim yaşadığımız ünvana qəbz gələrək 370 manat borcumuzun olduğunu bildirdilər. Düzü, bu rəqəmi görəndə bir qədər təəccübləndim. Çünki 3 nəfərlik ailənin bu qədər borca sahib olması mümkün deyil. Belə ki, dövlət tərəfindən hər bir məcburi köçkün ailəsi kimi bizə də imtiyazlar şamil edilir. Digər tərəfdən isə, daim enerjiyə qənaət etdiyimə görə, bu rəqəm məni narahat etməyə başladı. Onu da qeyd edim ki, 370 manat borcun qəbzini bizə verilənə kimi, bu yaxınlarda rayon işıq idarəsinin əməkdaşları yaşadığımız ünvana gələrək 1700 manat borcumuzun olduğunu bildirdilər. Haqsızlıqla üzləşdiyimi gördüyümdən, rayon işıq idarəsinə müraciət etdim və məsələnin yerində aydınlaşdırılmasını tələb etdim. Uzun narazılıqdan sonra müraciətim nəzərə alınaraq yaşadığım ünvana mütəxəssislər göndərildi və məlum oldu ki, Sabunçu rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşlarının günahı və səhlənkarlığı səbəbindən sayğac quraşdırılarkən böyük səhvə yol verilib və qonşunun işlətdiyi enerji bizim adımıza, bizim işlətdiyimiz enerji sərfiyyatı isə qonşunun adına olan sayğacda qeyd olunur. Əlbəttə ki, bu, Sabunçu rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşlarının tərəfindən işlərində yol verdikləri səhlənkarlıq və biabırçılıq idi. Qeyd edim ki, bu məsələnin üstü açılan zaman böyük narazılıq yarandı və işıq idarəsi əməkdaşlarının günahına görə, qonşularla üz-üzə gəlməli olduq. Bu böyük səhvlə bağlı heç bir AKT tərtib olunmadan sayğac kodları dəyişdirildi. Onu da qeyd edim ki, sayğaclar quraşdırılarkən və yaxud da, kodlarla bağlı problem həll olunarkən sayğacın quraşdırılması ilə bağlı bizimlə müvafiq AKT bağlanmadı. Əslində isə, vətəndaşın yaşadığı ünvana sayğac quraşdırılarkən, abonentlə AKT, yaxud müqavilə bağlanması mütləqdir. Bu zaman isə, vətəndaş üzərinə düşən dövlət rüsumunu ödəməlidir. Amma qeyd etdiyim kimi xəbərimiz olmadan yaşadığımız mənzilə sayğac quraşdırılarkən bizimlə nə müqavilə bağlandı, nə də tələb edildi ki, abunə kodunun açılması, sayğacın quraşdırılması üçün tələb olunan rüsumu dövlət büdcəsinə ödəyək. İndi məlum olur ki, Sabunçu rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşlarının bizimlə AKT (müqavilə) bağlamamasının səbəbi bizə süni borcun yazılması imiş.

Cənab prezident, sizə müraciət etməyim onunla bağlıdır ki, bizə əsassız olaraq yazılan borcun araşdırılmasına müvafiq göstəriş verəsiniz. Xahiş edirəm, komissiya təşkil olunsun və araşdırılsın görək, 3 nəfər ailə üzvünə görə bu qədər borcun yazılması doğrudurmu? Qeyd edim ki, 3 nəfər ailə üzvünə görə aldığım çörək pulu və ünvanlı sosial yardımla birtəhər dolandığım bir vaxtda, əlavə maddi imkanın yoxdur ki, 370 manat işıq pulu borcunu ödəyim. Çünki əks halda elektrik enerjisinin verilişinə məhdudiyyət qoyulacağı bildirilir".

Vətəndaşın müraciətində böyük həqiqət var. Çünki Sabunçu rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşları böyük qanunsuzluğa yol veriblər. Elə bunun özü adıçəkilən idarənin əməkdaşlarının işlərinə nə dərəcədə məsuliyyətli yanaşmalarını göstərir. Məlumdur ki, vətəndaş əgər bir ünvanda yaşayırsa, həmin rayonun müvafiq qurumları bundan xəbərdar olur. Digər tərəfdən də, vətəndaş kommunal xidmətlədən istifadəyə görə, rayonun müvafiq qurumlarına müraciət edir və sayğac quraşdırmasını tələb edir. Əgər vətəndaşın müraciətinə "MƏCBURİ KÖÇKÜNDÜR" deyilərək baxılmırsa, onun yaşadığı ünvana sayğac quraşdırılmırsa, bunun məsuliyyətini həmin vətəndaş daşımamalıdır. Başqa bir məqama da diqqət yönəldilməlidir, əgər hansısa vətəndaşın yaşadığı mənzilə sayğac quraşdırılmaq nəzərdə tutulursa, bu zaman həmin vətəndaşdan tələb olunmalıdır ki, lazım olan dövlət rüsumunu ödəsin və qəbzi işiq idarəsinə təqdim etsin. Bundan sonra, həmin vətəndaşın mənzilinə sağac quraşdırılması həyata keçirilməlidir. Yoxsa vətəndaşın iştirakı olmadan, onun mənzilinə gəlməli olan naqillərə sayğac quraşdırılırsa və bu zaman vətəndaşla müqavilə bağlanmırsa və sonradan məlum olursa ki, həmin vətəndaşın ayağına külli miqdarda borc yazılıb, bunun günahını görəsən kim daşıyır?

Qeyd edək ki, mövzu ilə bağlı araşdırmalarımız davam edir, növbəti saylarımızda Sabunçu rayon Enerji Satışı və Təchizatı İdarəsində şahidi olduqlarımız, "Bakıelektrikşəbəkə" ASC-nin məsul əməkdaşı Tofiq Abdullayevlə şikayətçinin görüşü və bu görüş zamanı ortaya çıxan mətləblər, o cümlədən adıçəkilən qurumun məsul şəxsinin əməkdaşımıza mövzu ətrafında hansı məqamlara toxunmasına aydınlıq gətirəcəyik. Bizi izləyin...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru