Etibar Pirverdiyevin işçisinin şəxsi "elektrik şəbəkəsi"... - Xırdalan Elektrik Şəbəkəsində ilginc maxinasiyalar
Tarix: 27-11-2014, 10:11 | Çap et
Bu gün əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin getdikcə yüksəlməsi və dünya standartlarına yaxınlaşması tendensiyası ölkə rəhbərliyinin əhalinin sosial-məişət problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərin bir nəticəsi kimi özünü göstərməkdədir. Digər tərəfdən isə artıq dəfələrlə qeyd olunduğu kimi, bəzi müəssisə və təşkilatlarda hələ də hökm sürən məmur özbaşınalıqları bir çox hallarda dövlət tədbirlərinin tam həyata keçməsini əngəlləyir, gözlənilən nəticələrin keyfiyyətini aşağı salır. Təsadüfi deyildir ki, müəyyən ərazilərdə yaşayan sakinlərin su, təbii qaz, elektrik enerjisi ilə təchizatdan narazılıqlarını ifadə edən şikayət məktublarında daha çox adları hallanan məmurlar da məhz müvafiq idarələrin qəsəbə və ya rayon strukturlarına rəhbərlik edirlər. Redaksiyamıza daxil olan məlumatlarda fəaliyyəti yerli sakinlərin narazılığına səbəb olan müəssisələrdən birinin də Sumqayıt Regional Elektrik Şəbəkəsinin Xırdalan Elektrik Şəbəkəsi olduğu göstərilir. Həmin məlumatlarda bildirilir ki, müəssisənin fəaliyyəti mütəmadi olaraq müxtəlif qanun pozuntuları ilə müşayiət olunur. İlk növbədə sakinlərin narazılıqlarına səbəb olan amil kimi sərf olunan elektrik enerjisinin pulunun sakinlərdən şəbəkənin əməkdaşları tərəfindən nəqd şəkildə yığılması göstərilir. Məlumdur ki, “Azərenerji”nin təlimatlarına uyğun olaraq bu ödənişlər artıq neçə müddətdir ki, müvafiq bank şöbələri və ya ödəmə terminalları vasitəsilə həyata keçirilməlidir. Lakin bir müddət əvvəl şəhər statusu almış Xırdalanın bəzi ərazilərində bu proses hələ də köhnə qaydalarla davam edir. Təbii ki, məsələnin belə qoyuluşu ciddi mənimsəmələrə yol açır. Həm də əksər hallarda problemli vəziyyət yaranan zaman zərər çəkən tərəf yenə də enerji istehlakçısı olur. Yerli mənbələr bildirirlər ki, Xırdalan Elektrik Şəbəkə müəssisəsində bu sahədə xüsusi fəallığı ilə seçilən şəxslərdən biri müəssisənin mühəndisi kimi təqdim olunan Ramin adlı bir nəfərdir. Mənbələr bildirirlər ki, Raminin əsas “funksiyası” qeyri-qanuni çəkilmiş (“levıy”) elektrik xətləri ilə nəql olunan enerjinin sərfiyyatına görə sakinlərlə haqq-hesab çəkməkdən ibarətdir. Bu haqq-hesabın da mahiyyəti ayda 20-30 manata bağlanır. Bunun müqabilində isə razılaşmaya gələn abonentlər ayda (xüsusən qış aylarında) 50-60 manat dəyərində sərfiyyat qarşılığında dövlətə cəmi 5-6 manat ödəyirlər. İnsafən bunu da qeyd edək ki, məlumatlarda bu maxinasiyalardan Xırdalan Elektrik Şəbəkə müəssisəsinin rəhbərliyinin xəbərdar olmadığı qeyd edilir. Çoxsaylı şikayətlərə əsas verən daha bir məqam da elektrik enerjisinin nəql olunduğu xətlərə nəzarət olunmaması ilə bağlıdır. Şikayət məktublarında bildirilir ki, şəbəkənin bəzi əməkdaşları yalnız “razılaşmalarda” iştirak edən qurumları enerji ilə təchiz edən xətlərin saz vəziyyətdə saxlanılmasına nəzarət edirlər. Təbii ki, bu da digər istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir. Təəssüflər olsun ki, bu kimi qanun pozuntuları Xırdalan Elektrik Şəbəkəsinin fəaliyyətində artıqm çoxdan təcrübə olunmaqdadır. Xatırlayırsınızsa hələ bir neçə müddət bundan əvvəl Abşeron rayon sakinlərindən biri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək, işlədiyi ticarət obyektinə elektrik sayğacının quraşdırılması və həmin obyektin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar texniki şərtin verilməsi müqabilində Xırdalan Elektrik Şəbəkəsinin mühəndisinin ondan 500 manat pul tələb etməsi barədə məlumat vermişdi. Həmin məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində sabiq mühəndis vətəndaşdan 500 manat miqdarında rüşvət alarkən cinayət başında yaxalanmışdı. Görünür sələfinin acı aqibəti Xırdalan Elektrik Şəbəkəsinin Ramin kimi əməkdaşları üçün yetərli dərs olmayıb. bizimdovr.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|