Keçmiş komitə sədri Ağsuya icra başçısı göndərilir - Qərib Məmmədovla bağlı qərar - O da vəzifəsiz qalmayacaq…
Tarix: 18-02-2015, 11:56 |
Çap et
DİA.AZ: - Son günlər mövqeləri zəifləyən və hətta bu səbəbdən nazir qohumu Səlim Müslümovu belə çətin vəziyyətə salan Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən alınır. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya ötürülüb.
Xəbəri verən mənbənin sözlərinə görə, Ənvər Seyidəliyevin yerinə hətta namizəd də tapılıb.
Mənbə diaö.az-a bildirir: «Bu, keçənlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyindən alınan Qərib Məmmədovdur».
Məlumatı verən qaynağın iddialarından belə anlaşılır ki, Qərib Məmmədovun vəzifəyə göndəriləcəyi haqda az əvvəl mətbuatda yayılan informasiyalar da bir növ təsdiqlənmiş olur.
Onu da xatırladaq ki, Ənvər Seyidəliyevlə bağlı «yuxarılar» neçə müddətdir, tədbir qərarı veriblər. Onun əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan qohumu Səlim Müslümov da artıq yaxınını müdafiə imkanlarından məhrumdur.