"Unibank"dan gənc yazara küçə söyüşləri... - "Sənin kimi oğulun boyunu yerə soxum!"
Tarix: 16-09-2015, 09:59 | Çap et
dia-az.life moderator.az-a istinadən gənc yazar Orxan Bahadursoyun elektron poçtumuza göndərdiyi məktubu təqdim edir.
Əslində belə bir mövzu ilə mediaya müraciət etdiyim üçün biraz utanıram. Mən həmişə sırf yaradıcılıq nümunələrimlə - şeirlərim, məqalələrim, hekayələrim və s. ilə mediada çıxış etmişəm. Amma elə bir hadisə baş verdi ki, bu hadisəni ictimaiyyətlə bölüşməsəm, ürəyim partlayar. Bütün Azərbaycan xalqı bilməlidir ki, belə bank işçiləri və belə banklar var... Unibankda anamın adına kredit var. Bununla bağlı mənə Unibankdan zəng gəldi. Aramızdakı dioloqu olduğu kimi təqdim edirəm.
-Alo.
-Salam. Sizi Unibankdan narahat edirəm.
-Buyurun. – dedim.
Daha sonra həmin şəxs anamın adını və soyadını deyib onun nəyi olduğumu soruşdu.
-Oğluyam. – dedim.
-Ananızın kredit ödəməsində gecikməsi var. Əlaqə saxlaya bilmirik.
-Bu nömrəni artıq mən işlədirəm. Əlaqə saxlamaq üçün ev ünvanını və atamın nömrəsini verirəm. – dedim və ünvanı da, nömrəni də verdim.
-Siz ananızın banka olan borcunu ödəyə bilməzsiz? – deyə soruşdu.
-Mənim atam götürüb krediti, sadəcə anamın adına götürülüb. Mən evliyəm və atamdan, anamdan ayrı yaşayıram, özləri ilə əlaqə saxlayın. – dedim.
-Sənin kimi oğulun boyunu yerə soxum! – dedi.
Təəccübləndim. Bir anlıq nə deyəcəyimi, nə edəcəyimi bilmədim. Fikirləşdim ki, bəlkə dostlarımdan kimsə mənimlə zarafat edir.
-Bu necə danışıqdır? – soruşdum.
-Mənə danışıq öyrədəcəksən, ə, demaqoq!? Sən necə oğulsan ki, ananın borcunu ödəmirsən? Öl, utan, yerə gir. – deyib ardıyca burda yazmağa belə xəcalət çəkdiyim ən ağır küçə söyüşlərini söydü.
Heç bir cavab vermədən danışığı dayandırdım. Çox keçmədi ki, başqa bir nömrədən təkrar zəng gəldi. Yanımda dostum da vardı. Zəngi qəbul etməzdən əvvəl danışığı qeydə almaq üçün onun telefonu ilə kameranı açdıq. Sonra zəngi qəbul etdim və elə danışığın əvvəlindən sonuna qədər bu bank işçisi həmin küçə söyüşlərini dayanmadan söyürdü. Daha sonra isə özü danışığı dayandırdı.
Söyüşlərin arasında fürsət tapıb bircə adını soruşa bildim. Adını Seyid dedi. Daha sonra yalan ya doğru soyadını və ata adını Qulamov Seyid Ələmşah oğlu deyə qeyd etdi. Amma bunu doğru dediyinə əmin deyiləm.
Növbəti dəfə mən zəng elədim. Kamera da hər anı qeydə alırdı. Telefonu başqa bir adam açdı və baş verənləri ona danışdım. Guya mənə Unibankın qaynar xətti ilə əlaqə nömrəsi verdi, həmin nömrəyə zəng etdim, amma telefondan gələn səs “yığdığınız nömrə düzgün deyil” deyə pıçıldadı qulağıma.
Həmin şəxsin ikinci dəfə zəng elədiyi nömrəni yığdım. Zəng qəbul edildi:
- Alo! – bu həmin səs idi.
- Bayaq mənlə danışan siz idiz? – deyə soruşdum.
- Bəli, mən idim.
- O söyüşləri siz söydünüz?
- Vətəndaş, nə söyüş? Nə danışırsız? Səsyazmanı da yığışdırın! – deyə əmr etdi.
- Axı siz zəng edib mənə ən ağır söyüşləri söydünüz. Mənim sizin banka borcum yoxdur. Anamın adına kredit var deyə siz zəng edib məndən ödəniş tələb edə bilərsiz? Ya da ödəmirəm deyə məni təhqir edə bilərsiz?
-Vətəndaş, səsyazmanı yığışdırın! Probleminiz varsa, banka gəlin, üzbəüz danışaq, həll edək. – dedi.
Elə bu əsnada başqa bir adam telefonu alıb danışdı:
- Buyurun, mən Seyidin qrup rəhbəriyəm. Nə baş verib? Hadisəni olduğu kimi bu adama da danışdım. O isə:
- Yaxınlaşın Unibankın baş ofisinə, danışaq. – dedi və danışığı dayandırdı.
İki gündür ki, bu hadisənin şokundayam. Mən hələ o əsəbdən xilas ola bilməmişəm. Bu nədir? Nə deməkdir? Necə davranışdır? Anlaya bilmirəm. Yəni bir bank işçisi o banka heç bir qəpik də borcu olmayan birinə zəng edib pul tələb edə bilir. Üstəlik, ödəmədiyi üçün təhqir edə bilir. Hələ sonra da “banka gəlin, üzbəüz danışaq, həll edək” kimi mülayim təkliflər də edir. Yəni yolazmışlıq, qudurğanlıq, həyasızlıq, yekəxanalıq, hökmranlıq bu həddəmi çatıb?
Görəsən, Unibank işçi götürəndə onların danışıq qabiliyyətinə, mədəniyyətinə heç bir əhəmiyyət vermir? Bu azmış kimi bankın səlahiyyətli işçiləri bu adamı müdafiə edir. Bankın müdiri bu işçini hardan tapıb? Küçə tinindən?
Mən bütün media orqanlarından artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ilə ciddi şəkildə maraqlansınlar. Çox güman ki, bu hadisəni yaşayan tək insan mən deyiləm. Sadəcə başqalarının media ilə əlaqəsi yoxdur deyə belə hadisələr mediada işıqlanmayıb. Xalq bilməlidir ki, kimlərə xeyir verir, kimlərlə əməkdaşlıq edir. Devalvasiyadan sonra dollarla olan kreditləri yeni məzənnə ilə alan, millətin pulunu talayan, cibini soyan bu adamlar, hələ milləti təhqir etməyi də, alçaltmağı da özlərinə borc bilirlər.
Həmin videoları və öz şikayət ərizəmi həm Unibankın müdiriyyətinə, həm də məhkəməyə göndərəcəyəm. Lakin, baş verən hər hadisə, hətta keçirilən məhkəmələr də mediaya açıq olacaq ki, millət hər şeyi görsün, bilsin və anlasın! Xüsusilə medianın bu işlə ciddi məşğul olacağına inanıram!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
|