Burada xəstələr həm özlərinə, həm də biri-birilərinə qayğı göstərməli olurlar - Buzovna internat evində ürəkağrıdan mənzərə
Tarix: 26-09-2015, 11:05 | Çap et
Bakının Buzovna qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ruhi-əsəb internat evində baş verən bir çox qanun pozuntularından bəhs edən bir neçə materialı diqqətinizə təqdim etmişdik. Redaksiyamıza həmin internat evinin sakinlərindən biri, Ağayeva Arzu Kamil qızı müraciət edərək, burada baş verənlər barədə ətraflı açıqlamalar təqdim etmişdi. Həmin açıqlamalar əsasında dərc etdiyimiz materiallarda biz göstərmişdik ki, bu internat evinin rəhbərliyi və cəmi bir neçə nəfərdən ibarət personalı buranın sakinlərinin başlarına olmazın oyunlar gətirirlər. Arzu Ağayevanın deməyinə görə, internat evində çalışan personalın sayı direktor Rəhimə xanım tərəfindən minimuma endirildiyindən burada xəstələr həm özlərinə, həm də biri-birilərinə qayğı göstərməli olurlar. Təbii ki, personalın say azlığı müəssisənin ştat cədvəlində öz əksini tapmır. Yəni ştatda həqiqi tibb bacıları, sanitar və xadimələr əvəzinə “ölü canlar” saxlanılır. Bununla belə, internat evinin sakinlərinə hətta özlərinə insan kimi qulluq etmək imkanı belə verilmir. Şikayətçi bildirir ki, onlara dövlət tərəfindən ayrılan dərman preparatlarını, ərzağı, gigiyenik ləvazimatları mənimsəyən müəssisə rəhbərliyinin gözü bununla da doymur. Buna görə də indi, xəstə və əlil insanların təqaüd kartları da onların əllərindən alınıb və bu zavallılar artıq öz tələbatlarını öz hesablarına ödəmək imkanlarından belə məhrum ediliblər. İnternat evində təmizlik, baxıcılıq işlərini görməli olan personal demək olar ki, yoxdur. Daha sonra Arzu Ağayeva 1 saylı internat evində xəstə və əlillərin şəraitsizlik, baxımsızlıq ucbatından müxtəlif yoluxucu xəstəliklərə də tutulduqlarından, müəssisə rəhbərliyi tərəfindən isə bu xəstəliklərin nə müalicəsi, nə də profilaktikası istiqamətində heç bir tədbir görmədiklərindən söz açdı. Şikayətçinin sözlərinə görə, hətta bu günlərdə internat evinin sakinlərindən biri baxımsızlıq üzündən dünyasını dəyişib. Daha bir neşə nəfər isə hal hazırda olduqca ağır vəziyyətdədirlər. Arzu xanım iddia edir ki, internat evinin rəhbərliyi hətta infeksion xəstələrin karantinə yerləşdirilməsini belə təmin etmir. Eyni zamanda da, hər hansı xəstənin halı xüsusilə ağırlaşdığı zaman digər sakinlər tərəfindən çağırılmış təcili tibbi yardım kəkimləri də müəssisəyə buraxılmır. Artıq qeyd olunduğu kimi, bir müddət əvvəl bu müəssisənin rəhbərliyində dəyişiklik olmuşdur. İnternat evinə yeni direktor təyin olunmuş Rəhimə xanımın bu vəzifəyə gəlişinə bir çoxları yeni ümidlər bağlamışdı. Məlumdur ki, Buzovna internat evində əsasən xüsusi qayğıya ehtiyacları olan ruhi-əsəb əlilləri və yaxınlarının qayğısından bu və ya digər səbəblər üzündən məhrum olmuş ahıl insanlar məskunlaşıblar. Hazırda 217 yerlik internat evində 207 nəfər ruhi-əsəb əlili yaşayır. Təbii ki, dövlətimizin belə insanlara xüsusi diqqət və qayğı ilə yanaşması, onların zəruri tələbatlarının büdcə vəsaitləri hesabına ödənilməsi təqdirəlayiq haldır. Bundan başqa isə, artıq xeyli müddətdir ki, bu internat evi həm də xeyriyyəçi insanların hər zaman diqqət mərkəzindədir. Belə ki, bayramlarda, xüsusi günlərdə bura imkanlı adamlar kifayət qədər böyük məbləğlərdə ifadə olunan maddi yardımlar göstərirlər. Lakin etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə internat evinin rəhbərliyinin dəyişilməsilə bu müəssisənin sakinləri heç nə əldə etməyiblər. Açıqlamalarda bildirilir ki, internat evinin yeni direktoru Rəhimə xanım da rəhbərlik etdiyi müəssisədə öz xələfindən “miras” qalmış bir çox qanunsuz əməlləri həyata keçirməkdə olduğu kimi davam edir.
Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
|