Gəncə Dövlət Dram Teatrında biabırçı durum - Nazirə müraciət olundu
Tarix: 5-10-2015, 09:44 |
Çap et
DİA.AZ: - Redaksiyamıza müraciət edən Gəncə Dövlət Dram Teatrının bir qrup işçisi artıq dolana bilmədiklərini və ciddi əməkhaqqı problemi yarandığından teatrdan getməyə hazırlaşdıqlarını bildirilər.
Bu barədə DİA.AZ-a yazan teatrın işçiləri bildirirlər ki, artıq 3 aydır maaş ala bilmirlər: "Qurban bayramında ümidli olsaq da, yenə də pullarımızı vermədilər. DİA.AZ vasitəsilə nazir Əbülfəs Qarayevə müraciət edirik və kömək istəyirik.
İşçilərin sözlərinə görə, 3 aydır maaşlar yubansa da, bu hal teatrın direktoru Bala Qasımovun vecinə də deyil: "Odur ki, biz köməyi nazirdən istəyirik".
Qarşı tərəfi də dia-az.life olaraq dinləməyə hazırıq...