SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                 

Həsənquliyevin qeyri-səmimi Naxçıvan “sevgisi” - Bir etirazın pərdəarxası
Tarix: 10-10-2015, 12:32 | Çap et
Həsənquliyevin qeyri-səmimi Naxçıvan “sevgisi”
Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasının (NMR) 80% mərkəzi büdcədən dotasiya ilə formalaşan büdcəsini, demək olar ki, kəsməyib. Halbuki 2016-cı ilin dövlət büdcəsinin gəlirləri 19,1% azaldılıb. Dövlət büdcəsi layihəsinə əsasən, gələn il mərkəzi büdcədən Naxçıvana dotasiyalar 282,4 mln manat olacaq. Bu, onun gəlirlərinin 80,4%-dir. Dotasiya cəmi 15,3 mln manat və ya 5,2% azaldılıb.

Naxçıvanlı deputatın etirazı

Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın azaldılması ilə bağlı burdan deputat olan və hazırda da namizədliyi 7 saylı Ordubad – Culfa seçki dairəsindən qeydə alınan BAXCP sədri Qüdrət Həsənquliyev etiraz bildirib. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev Naxçıvana dotasiyalar artırılmalıdır: "Hesablama Palatası çox gözəl bir rəy hazırlayıb və öz təkliflərini verib. Mən hesab edirəm ki, hökumət Hesablama Palatasının təkliflərini diqqətlə öyrənməlidir. Həmin sənəddə Ermənistanla müqayisə aparılıb və qeyd olunub ki, Azərbaycanda 2016-cı ildə real artım 2,5%, Ermənistanda isə 0% olacaq. Mən də Ermənistanla bir müqayisə aparmaq istəyirəm.

Ermənistan 2,6 milyard dollarlıq büdcəsindən işğal etdiyi Dağlıq Qarabağa 114 milyon dollar vəsait ayırıb. Amma biz Azərbaycan üçün son dərəcə strateji əhəmiyyəti olan, işğal səbəbindən birbaşa Azərbaycanla torpaq əlaqəsi olmayan Naxçıvana dotasiyanı 15,4 milyon manat azaldırıq. Büdcə zərfinin müzakirəsi zamanı mən bəzi KİV-də sifarişli yazılar oxudum ki, Naxçıvana daha çox investisiya ayrılır. Sifarişli yazı olduğu hiss olunurdu. Naxçıvana bu il həm də investisiya xərcləri təqribən 4 dəfə azalıb. Cəmi, səhv etmirəmsə, 14 milyon manat vəsait ayrılıb. Keçən il bu rəqəm 50 milyon manat idi. Ona görə bu məsələni qaldırıram ki, Naxçıvan Türkiyə ilə əlaqələri hesabına yaşayırdı. Hazırda isə PKK terror təşkilatı Naxçıvanla Türkiyəni birləşdirən yolu nəzarətə götürüb və bu səbəbdən yükdaşıma xeyli dərəcədə məhdudlaşıb”. Q. Həsənquliyev Naxçıvana xüsusi diqqət yetirməyin zəruri olduğunu vurğulayıb: "Naxçıvana xüsusi diqqət yetirmək lazımdır ki, əhali iş tapsın və başqa bölgələrə getməsin. Orada sənaye inkişaf etdirilməlidir, əhalinin sosial durumu yaxşılaşdırılmalıdır. Naxçıvan dağlıq bölgə olduğundan kənd təsərrüfatı üçün yararlı torpaqlar azdır. Həmişə qeyd edirəm ki, mərkəzi hökumət Naxçıvana xüsusi diqqət göstərib. Bundan sonra da diqqəti bir az da artırmalıdır”.

Q.Həsənquliyevin çıxışına bu qədər geniş yer ayırmağımız səbəbsiz deyil. Bu vaxta qədər üç dəfə prezident seçkilərinə namizəd kimi qatılan və 15 ildir deputat mandatı daşıyan partiya sədrinə cumhuriyyet.az olaraq Naxşıvan iqtisadiyyatı və büdcəsi ilə bağlı bəzi mətləbləri xatırlatmaq istərdik.

Hökumət Naxçıvana xəsislik etmir: hər il 250-300 milyon ayırır

Birincisi, müqayisəli təhlil göstərir ki, hökumət mərkəzi büdcədən Naxçıvana digər regionlara nisbətən, xeyli miqdarda artıq vəsait ayırır. Əlbəttə, Naxçıvan Muxtar Respublika olduğundan, onun ali hakimiyyətini, Nazirlər Kabinetini, mərkəzi dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını saxlamağa, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əlavə xərclər tələb olunur. Ancaq bu, ayrılan vəsaitin elə də böyük hissəsini təşkil etmir. Belə ki, MR-in büdcə zərfinin analizi göstərir ki, qeyd olunan istiqamətlərdə xərclərin illik həcmi 40 milyon manatı keçmir.

Halbuki Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin xərcləri 366 milyon 700 min manat müəyyən edilib. Bunun da 297 milyon 700 min manatı mərkəzi dövlət büdcəsindən ayrılıb. Bu rəqəmlər, müvfiq olaraq, 2014-cü ildə 350 milyon 500 min (283 milyon 700 min manatı mərkəzi büdcədən), 2013-cü ildə 332 milyon 700 min (277 milyon 700 mini mərkəzi dövlət büdcəsindən ) manat olub.

Ümumiyyətlə, son 7-8 ilin statistikası göstərir ki, hər il dövlət büdcəsindən Naxçıvana 250 – 300 milyon manat vəsait ayrılıb. Bunun da maksimum 30-40 milyonu, yuxarıda qeyd etdiyimiz kimi, Muxtar Respublikanın mərkəzi hakimiyyət orqanlarının saxlanmasına sərf olunub.

Qalan vəsait isə, digər regionlarda hansı istiqamətlərə sərf olunubsa, Naxçıvanda da elə o istiqamətlərdə xərclənib.

Ancaq Naxçıvana, digər regionlara nisbətən, xeyli dərəcədə artıq vəsait ayrılıb. Bir neçə istiqamətdə müqayisənin aparılması bunu açıq şəkildə ortaya çıxarır.

Gəncə büdcədən Naxçıvandan 11 dəfə, Lənkəran 20 dəfə az pay alır

Belə təxmin edək ki, vəsait əhalinin sayına görə ayrılır. 2014-cü ilin rəsmi statistikasına görə Naxçıvan əhalisinin sayı 435 min nəfər olub. Yuxarıda qeyd etdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə hər il xərcləmək üçün 350-370 milyon manat verilir. Bundan Muxtar Respublikanın mərkəzi hakimiyyətinin saxlanmasına xərclənən (hansı ki, digər regionlarda belə xərc yoxdur- red. ) 30-40 milyonu çıxsaq, yerdə qalır, təxminən 320 milyon manat.
İki şəhər üzərində müqayisə aparaq.

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə əhalisinin sayı hazırda təxmini 340 min nəfərdir. Yəni Naxçıvan MR-in RƏSMİ əhalisinin 3/4–ü qədər.
Ölkənin böyük şəhərlərindən olan Lənkəran əhalisinin sayı isə son statistikaya görə 205 min nəfərdir. Yəni, Naçıvan MR-in RƏSMİ əhalisinin yarısı qədər.
Əgər vəsait əhalinin sayına görə ayrılsa idi, məntiqlə bu şəhərlərə də adekvat olaraq, Naxçıvan MR-ə ayrılan (mərkəzi hakimiyyətin saxlanmasına xərclənən vəsaiti çıxdıqdan sonra) vəsaitin 3/4–ü və yarısı qədər pul ayrılmalı idi. Ancaq 2015-ci ilin büdcəsinə görə, Gəncənin bütün xərclərinə cəmi 65 milyon ayrılıb ki (Naçıvan MR-in xərclərindən 5 dəfə az), bunun da cəmi 25 milyona yaxını mərkəzi büdcədən ödənilib. Bu da Naxçıvan MR–ə mərkəzi büdcədən ayrılan vəsaitdən, təxminən 11 DƏFƏ AZDIR.

Əhalisi Naxçıvan MR–in RƏSMİ əhalisinin təxminən yarısı qədər olan Lənkəranın isə bütün xərcləri üçün 37, 6 milyon vəsait ayrılıb ki, bunun da 20 milyondan bir qədər artığı mərkəzi büdcədən ödənilib. Müqayisəni özünüz aparın. Büdcədən ayrılan vəsaitdə fərq 20 dəfədir.

Onu da nəzəə alsaq ki, Naxçıvan MR-in RƏSMİ əhalisinin, təxminən yarısı Muxtar Respublika ərazisində qeydiyyatda olsa da, kənarda yaşayır, onda ortadakı fərqin nə qədər böyük olduğu ortaya çıxar.

Naxçıvanın rayonları büdcəni, digər bölgələrin rayonları "daxili mənbələri”…

Əlbəttə, deyə bilərsiz ki, MR-in tərkibində 7 rayon, 1 şəhər var, buna görə vəsait ayrılır. Bu halda da hər inzibati əraziyə 40-45 milyon vəsait düşür ki, bu da respublikanın daha böyük rayonlarına ayrılan vəsaitlərdən ən azı 2 dəfə çoxdur. Hətta, Naxçıvan MR-in ən böyük rayonu olan Şərurdan (rəsmi statistikaya görə 111 min nəfər) böyük olan Bərdəyə (əhalisinin sayı 143 min nəfər) və Qubaya (əhalisinin sayı 161 min nəfər) belə xərclər ücün MR-in tərkibindəki rayonlardan xeyli az – cəmi 30 milyon nəzərdə tutulub. Bunun da birində cəmi 15, digərində 20 milyonu mərkəzi büdcədən ayrılıb.

Əksər rayonlara isə mərkəzi büdcədən 10-15, bəzilərinə isə 3-7 milyon vəsait ayrılıb. Sumqayıt (xərcləri 75 milyon), Mingəçevir (xərcləri 32, 5 milyon), Şirvan (xərcləri 16,8 milyon), Naftalan şəhərləri (xərcləri 4 milyon), İmişli (xərcləri 20,8 milyon) və Abşeron (xərcləri 36 milyon) rayonları isə dövlət büdcəsindən, ümumiyyətlə dotasiya almayıb, özləri öz xərclərini ödəyiblər.

Qeyd olunan faktlar mərkəzi dövlət büdcəsindən Naxçıvana digər bölgələrlə müqayisədə dəfələrlə artıq vəsait ayrıldığını göstərir. Bu reallıq isə son illər Naxçıvanda həyata keçirilən abadlıq-quruculuq işlərinin MR-in rəhbərliyinin adı ilə bağlanması cəhdlərini təkzib edir. Hətta əksinə, Naxçıvanda görülən işlərin MR-ə ayrılan vəsaitin çox-çox altında qaldığını söyləməyə əsas verir. Hər halda hər il Naxçıvanla müqayisdə dəfələrlə, hətta 10 dəfələrlə az vəsait ayrılan bir çox şəhər və rayonlarımızda da oxşar abadlıq-quruculuq işləri həyata keçirilib. Ancaq bu rayon və şəhərlər mərkəzi büdcədən Naxçıvan kimi 100 milyonlar almayıblar. Hətta bəziləri bütün bu işləri "daxili mənbələr” hesabına reallaşdırıblar.
Naxçıvana hər il 100 milyonlar ayrılmasına baxmayaraq, ölkənin digər şəhər və rayonları ilə müqayisədə ciddi bir fərqin olmamasının səbəbini isə, bir çox ekspertlər korrupsiya, xərclərin təyinatından yayındırılması və sair bu kimi səbəblərlə bağlayırlar. Daha dəqiqini, əlbəttə, MR-in rəhbərliyi bilir.

Son 10 ildə Naxçıvanın mərkəzi büdcədən asılılığı azaldılmayıb: 80-85 faiz

İkincisi, Naxçıvanın son illərdəki büdcə göstəricilərinin təhlili MR-də sosial-iqtisadi inkişafla bağlı deyilənlərin reallıqdan uzaq olduğunu ortaya çıxarır. 5502 kv.km əraziyə, qədim təsərrüfatçılıq ənənələrinə, ucuz işçi qüvvəsinə malik, sərhəddə yerləşdiyindən asan şəkildə xarici bazarlara çıxmaq imkanı olan Naxçıvanın iqtisadiyyatı nəinki öz ayaqları üstündə durmağa qadirdi, hətta heç mərkəzi icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının xərclərini ödəyəcək qədər gəlirlər əldə edə bilmir. Cari xərcləri ödəyə bilməkdən isə söhbət belə gedə bilməz.

Acınacaqlı haldır ki, son 10 ildə hər il büdcədən 100 milyonlarla dotasiya alan Naxçıvanın mərkəzi büdcədən asılılığını azaltmaq istiqamətində, demək olar ki, heç bir iş görülməyib. Hər halda ötən 10 il ərzində Naxçıvan MR-in büdcə gəlirlərinin 80-85 faizi mərkəzi büdcədən verilən dotasiyalar hesabına formalaşıb. Gələn ilin büdcə proqnozlarında da Naxçıvanın büdcə gəlirlərinin 80,4%-nin dotasiya hesabına formalaşması nəzərdə tutulub. Yəni, dəyişən bir şey yoxdur.

Müqayisə üçün qeyd edək ki, ölkənin bir çox şəhər və rayonlarının mərkəzi büdcədən asılılığı 50 faizin altındadır. Məsələn, bu il Şəkinin ümumi xərcləri üçün 38,7 milyon ayrılıb ki, bunun 21,2 milyonu yerli gəlirlər hesabına ödəniləcək. Və yaxud son illər böyük işlər görülən Qəbələdə ümumi xərclərə 20,7 milyon ayrılıb ki, bunun 13 milyonunu yerli gəlirlər hesabına ödəmək nəzərdə tutulub. Eləcədə, sürətlə abadlaşdırılan Gəncədə ümumu xərclərin (65 milyon) böyük hissəsi (41 milyonu) yerli gəlirlər hesabına ödənilir. Bu siyahını artırmaq da olar.

Yuxarıda qeyd etdiyimiz kimi, bəzi iri şəhərlər və rayonlar ümumiyyətlə mərkəzi büdcədən dotasiya almağı dayandırıblar. Bu müqayisəni gördükdən sonra, bizcə Naxçıvandakı inkişafdan və quruculuqdan danışanlar fikirlərini bir daha nəzərdən keçirməlidirlər.

Naxçıvanda rəqəmlər şişirdilir, yoxsa 100 milyonlar yoxa çıxır?

Üçüncüsü və ən əsası, Naxçıvanın büdcə göstəricilərinin təhlili Muxtar Respublikada ya Ümumi Daxili Məhsulun artımı ilə bağlı rəqəmlərin həddən artıq şişirdildiyini, ya da "kölgə iqtisadiyyatı”nın xüsusilə geniş vüsət aldığını söyləməyə əsas verir.
Diqqət edək:
Naxçıvan MR-in rəsmi statistikasına görə, 2014-cü ildə Muxtar Respublikada 2 milyard 391 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,3 faiz çoxdur.

2006-cı illə müqayisədə isə (405 657 min manatlıq məhsul.-müəl.) Naxçıvanda ümumi daxili məhsulun həcmi təxminən 2 milyard manat artıb. Yəni, rəsmi statistikaya görə, 6 dəfəyə yaxın yüksəlib. Sözümüz yoxdur.

Yenə rəsmi statistikaya görə, 2014-cü ildə Muxtar Respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87,2 faiz təşkil edib. "2014-cü ildə Muxtar Respublikada 22 hüquqi və 2796 fiziki şəxs qeydiyyata alınmışdır. Yerli istehsal sahələrinin inkişafı nəticəsində 2014-cü ildə Muxtar Respublikada 352 növdə məhsul istehsal olunmuşdur. Bu məhsulların 117 növü ərzaq, 235 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə 336 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir”, deyə rəsmi məlumatda bildirilir (bax:http://statistika.nmr.az/menu/source/4_2/2014il.pdf).

Dünyada qəbul edilmiş iqtisadi qanunauyğunluğa görə, ÜDM həcminin ən azı 15–20 faizi özünü büdcə daxilolmalarında göstərməlidir. Daha dəqiq desək, belə bir artımın müqabilində Naxçıvan büdcəsinə yerli sahibkarlar əlavə minimum 300 MİLYON MANAT vəsait ödəməli idilər. Bu ödənilərdisə Naxçıvanın mərkəzi büdcədən 1 qəpik də olsun dotasiya almasına ehtiyac qalmazdı. Ancaq bu 100 milyonların yerli büdcəyə gedən yolun harasında yoxa çıxması ciddi araşdırma tələb edir.

Özəl sektor inkişaf edibsə, gəliri hardadır?

Hər halda belə bir potensial olduğu halda, 2006-cı illə müqayisədə Naxçıvanın yerli gəlirləri cəmi-cümlətanı 56 milyon artıb ki (13 milyon manatdan 69 milyona yüksəlb), bunda da özəl sektorun böyük payından söhbət gedə bilməz.

Məsələ ondadır ki, Naxçıvan MR-in 2006-cı illə 2015-ci il büdcə zərfinin müqayisəsi göstərir ki, özəl sektordan daxilolmalar cüzi olub.

Konkret faktlara keçək:

Hüquqi şəxslərin bu il üçün proqnozlaşdırılan mənfəət (gəlir) vergisi 2006-cı illə müqayisədə cəmi 1 milyon manat artıb: 540 min manatdan 1,5 milyona manata yüksəlib.
Hüquqi şəxslərin əmlak vergisi azalıb: 400 min manatan 350 min manata düşüb.
Hüquqi şəxslərin torpaq vergisi dəyişməz qalıb: 150 min manat.

Büdcədə sadələşdirilmiş verginin də payı 1 milyon manatdan az artıb: 660 min manatdan 1,5 milyon manata yüksəlib.
2006-cı idən 2015-ci ilə qədər olan dövrdə yerli gəlirlərdəki 56 milyonluq artımın böyük hissəsini – 50 milyonunu fiziki şəxslərin gəlir vergisi, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, bir də əlavə dəyər vergisi təşkil edib.

Belə ki, fiziki şəxslərin gəlir vergisi təxminən 12 milyon (2,5 milyondan 14, 8 milyona), büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 2 milyon artıb. Əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar isə təxminən 36 milyon (5,1 milyondan 41,2 milyona) yüksəlib.

Göründüyü kimi, 10 il ərzində Naxçıvan MR-in büdcə gəlirlərindəki 56 milyon manatlıq artımın əsas hissəsini ƏDV təşkil edib.
4naxciƏDV-nin yüksəlməsinə təsir edən əsas amillərdən biri isə məhz mərkəzi büdcədən tikintiyə ayrılan vəsaitin artmasıdır. 2006-cı illə müqayisədə 2011- 2015-ci illlərdə büdcədən bu sahəyə ayrılan pul 5 dəfə artaraq 7 milyon manatdan 35 milyon manata qaldırılıb. Bundan əlavə nəqliyyat və rabitə xidmətinə mərkəzi büdcədən ayrılan vəsaitin 10 dəfəyə yaxın artırılması ƏDV-nin yüksəlməsinə səbəb olub.

Bu və digər faktlar Naxçıvan MR-in onsuz da kiçik olan yerli büdcə gəlirlərinin tərkibində özəl sektorun, xüsusilə də hüquqi şəxs yaratmaqla sahibkarlıqla məşğul olanların, iri müəssisə və təsərrüfat sahiblərinin payının simvolik məbləğdə olduğunu söyləməyə əsas verir.
Halbuki, Naxçıvan MR-in rəsmi statistikası bunun tam əksini göstərir.

Faktlara müraciət edək:

Rəsmi statistikaya görə, 2014-сü ildə Muxtar Respublikada 891 milyon 486 min manat həcmində sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki müvafiq göstəricini 2,5 faiz üstələyir.

Sənaye məhsulu istehsalının 95,6 faizi malların, 4,4 faizi isə xidmətlərin payına düşüb. Dövlət sektorunda 65 milyon 536 min manatlıq, qeyri-dövlət sektorunda isə 825 milyon 950 min manatlıq sənaye məhsulu istehsal edilib. Yəni, istehsal olunan məhsulun 92,6 faizi özəl sektorun payına düşüb.

2005-ci ildə isə MR-də sənaye istehsalının ümumi həcmi 41 milyon 207 min manat olub. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun çəkisi 66,6 faiz olub. Yəni, özəl sektor 32, 46 milyon manatlıq məhsul istehsal edib.

Bu o deməkdir ki, Naxçıvan MR-də 2005-ci illə müqayisədə 2014-cü ildə ümumilikdə 850 milyon manat artıq – təxminən 21 dəfə cox sənaye məhsulu istehsal olunub. Özəl sektorda isə bu artım 25 dəfə təşkil edib.

Ancaq, cox qəribədir ki, belə əhəmiyyətli artımın qarşısında nədənsə hüquqi şəxslərin gəlir vergisi cəmi 1 milyon artıb. Həm də bu artımdan sonra belə simvolik bir rəqəm alınıb – 1,5 milyon manat.

Daha qəribəsi isə odur ki, rəsmi statistika hər il çoxlu sayda hüquqi şəxslərin, yeni müəəssisələrin yarandığını elan etsə də, onların əmlak vergisi azalıb – 400 min manatan 350 min manata düşüb. Hüquqi şəxslərin torpaq vergisi dəyişməz qalıb: 150 min manat…

Belə çıxır ki, özəl sektorda istehsal dəfələrlə artsa da, onların gəlirləri artmaq əvəzinə, aşağı düşüb.
Yəni özəl sektorun istehsal etdiyi məhsulların ən az 90 faizi heç bir qazanc götürmədən, maya dəyərindən də aşağı qiymətə satılır.
İkinci variant odur ki, qazanc var, sadəcə istehsal olunan məhsulun qazancının böyük qismi gizlədilir. Əlbəttə, rəsmi hesabatdan. Daha açıq desək, özəl sektorun vergisinin bir qismi qeyri- rəsmi yığılır, bir qismi də bəlli şəxslərə aid olduğundan heç yığılmır.

Və nəticə…

Nəticəsi də odur ki, Naxçıvan MR-in yerli gəlirləri onun cari xərclərini belə ödəmək imkanında olmur. Xərclərin 80 faizi mərkəzi büdcədən alınır. Sonra da deyirlər Naxçıvan sürətlə inkişaf edir. Yəqin, nə vaxtsa buna iqtisadiyyatda "inkişafın dotasiyalı modeli” adı veriləcək.

Əlbəttə, heç şübhəsiz biriləri deyəcək ki, Bakıdakı məmurlar yollara, fasadlara milyardlar tökdüyü, enerji itkisi və sair adlarla 100 milyonlar silindiyi halda, Naxçıvandakıların 300 milyon xərcləməsini çoxmu görürsüz?! Əsla, heç bir etirazımız yoxdu.

Sadəcə son dövrlər hər kəs Naxçıvandakı inkişafı nümunə göstərdiyindən, Muxtar Respublikanın hələ də mərkəzi büdcədən 80-85 faiz dotasiya alması bizə qəribə gəldi. Bilmək istədik ki, BU BOYDA İNKİŞAF getdiyi halda, Naxçıvan niyə hələ də mərkəzi büdcənin hesabına dolanır, yerli gəlirləri hara gedir? Bəlkə, Hörmətli, BAXCP sədri bu suala cavab versin? Amma çətin. İndiki çıxışı isə seçki təbliğatı çərçivəsində sadə naxçıvanlılara və Naxşıvan rəhbərliyinə hesablanmış jest – qeyri-səmimi yerliçilikdən başqa bir şey deyil…(yazıda azpolitika.info saytının araşdırmasından istifadə olunub)///cumhuriyyət.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru