Onun Siyəzəndə xudmani biznes imperiyası var idi... - Bakıya gətirə bildimi...
Tarix: 25-11-2015, 09:39 | Çap et
Məlum olduğu kimi bu ilin sentyabr ayında Arif Qasımov ölkə prezidentinin müvafiq sərəncamı ilə Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Təbii ki, aradan keçən bu qısa müddət yeni başçının fəaliyyəti barədə müəyyən bir fikir söyləmək üçün hələ yetərli deyil. Bununla belə etiraf etmək lazımdır ki, ölkə mətbuatına artıq Arif Qasımovun fəaliyyətindən doğan narazılıqların əks olunduğu məlumatlar daxil olmaqdadır. Belə qənaətə gəlmək olur ki, yeni başçı bu gün Nizami rayonunda da son dörd il ərzində rəhbərlik etdiyi Siyəzən rayonunda üstünlük verdiyi iş üsullarını tətbiq etmək niyyətindədir. Bu üsullar isə, məlum olduğu kimi hər zaman daha çox mənfi cəhətləri ilə diqqətləri cəlb etmiş olub. Məsələn, bu barədə danışarkən ilk növbədə Arif Qasımovun Siyəzəndə özü üçün yaratdığı heyvandarlıq təsərrüfatının yerli sakinlərin maraqlarına necə güclü zərbə vurduğunu qeyd etmək olar. Belə ki, daxil olan məlumata görə, Arif Qasımov rayona rəhbərlik etdiyi dövrdə burada bir neçə böyük ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün də təbii ki, əkin və otlaq sahələrinə ehtiyac yaranıb. Başçı isə, bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını sözün əsil mənasında zəbt edib. Mənbələr bildirirlər ki, həmin ərazilər indi Arif Qasımovun fermalarına хidmət edir. Əlbəttə, yeni başçının indi də Nizami rayonunda heyvandarlıq təsərrüfatı yaradacağını iddia etmirik. Amma məsələ bundadır ki, Arif müəllimin özü üçün yaratdığı biznes şəbəkəsi kifayət qədər çoxşaxəlidir. Məsələn, hazırda Siyəzəndə başçının bir neçə üzlük daşı istehsal edən sexləri də fəaliyyət göstərir. Həmin seхlər indiyədək rayonda görülən bütün təmir-tikinti işlərini inşaat materialları ilə təmin edib. Mənbələr iddia edirlər ki, Arif Qasımov bu sahəni tamamilə öz inhisarına alıb və onun göstərişilə əvvəllər eyni fəaliyyət sahəsində çalışmış sahibkarlar qısa müddət ərzində sıхışdırılaraq rayondan çıхarılıblar. Ümumiyyətlə, son illər Siyəzən rayonundan daxil olan məlumatlarda mütəmadi olaraq vurğulanırdı ki, icra başçısı yerli sahibkarlara hər zaman müxtəlif əngəllər yaratmaqla diqqəti cəlb edib. Qeyd olunurdu ki, Arif Qasımov Siyəzənin demək olar ki, bütün gəlirli sahələrini özünün və yaxın adamlarının nəzarətinə keçirib. Yerli iş adamlarına göstərilən təzyiqlərə nümunə kimi, Siyəzəndə həyata keçirilən abadlıq-quruculuq işlərinə sərf edilən vəsailərin də məhz sahibkarlardan alınması qeyd olunur. Bu xüsusda mətbuatda yayımlanan məlumatlardan birində oxuyuruq: “Dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafına, infstrukturun qurulmasına ayrılan pullar mənimsənildiyindən, bu işləri icra başçısının göstərişi ilə yerli sahibkarlar öz vəsaitləri hesabına görməli olub. Etiraz edənlər isə hədələnib, iş imkanları əllərindən alınıb. Siyəzəndə təmir-bərpa işlərinin görülməsi üçün keçirilən tenderlərin bir çoxunda icra başçısına yaxın olan şirkətlər qalib gəlib...” Digər tərəfdən isə, mənbələr iddia edirlər ki, Arif Qasımovun biznes şəbəkəsi sadəcə yalnız Siyəzən rayonunu əhatə etmir. Bildirilir ki, bu məmurun həmçinin əvvəllər bələdiyyə sədri işlədiyi, indi isə artıq RİH başçısı kimi rəhbərlik etdiyi Nizami rayonunda, eləcə də bir vaxtlar Binəqədi rayonu icra başçısının nümayəndəsi olduğu Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Bundan başqa isə, Arif Qasımovun sahibi olduğu inşaat şirkəti də hazırda Bakının müxtəlif ərazilərində tikinti işləri aparır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
|