PKK-ya zərbə: Kürd Şahinlər Afrinə girir
Tarix: 26-02-2018, 09:02 |
Çap et
Azad Suriya Ordusunun tərkibindəki Kürd Şahinlər Briqadası YPG-PKK terror təşkilatına qarşı savaşmaq üçün Afrinə girir.
Axar.az xəbər verir ki, “Qırmızı berelilər” kimi tanınan briqadanın Afrinin mərkəzinin mühasirəsində və buradakı əməliyyatlarda yer alacağı gözlənilir. Briqadanın tərkibində olan hərbçilərin 400-ü kürd, 200-ü isə ərəbdir.
Kürd Şahinlər Briqadasının komandanı Həsən Abdullah əməliyyatla bağlı danışarkən “Biz Azez bölgəsinin kürdləriyik. İnşallah, Afrinə gedib çatacağıq. Tezliklə oradakı xalqımızı PKK zülmündən xilas edəcəyik” deyib.
Sözügedən hərbi birləşmənin Afrin əməliyyatında mühüm rol oynayacağı, Türkiyə ordusuna böyük dəstək verəcəyi bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Kürd Şahinlər Briqadasının son hazırlıqları tamamlaması və Afrin əməliyyatına qoşulmağı gözləməsi haqda xəbərlər yayılmışdı.