Ölməmiş ayının dərisini soyma! - Senatordan prezidentə
Tarix: 8-03-2018, 09:16 |
Çap et
Rusiyalı senator Aleksey Puşkov Ukrayna lideri Pyotr Poroşenkonun “Qazprom”la bağlı borc iddialarına cavab verib.
Axar.az xəbər verir ki, senator ukraynalı prezidentin iddialarının əsassız olduğunu bildirib.
“Poroşenko təhdid edir: “Qazprom” qəpiyinə kimi ödəyəcək. Lakin hələ ölməmiş ayının dərisini soymaq lazım deyil. Digər tərəfdən, “Qazprom” məsələni Ukrayna ilə yoluna qoyduqda Poroşenko Rusiya qazı üçün ödənişi özü son qəpiyinə kimi ödəyəcək”, - Puşkov qeyd edib.
Qeyd edək ki, Beynəlxalq Arbitraj Məhkəməsinin dünən verdiyi qərara görə, “Qazprom” “Naftoqaz”a 2,56 milyard dollar ödəniş etməlidir.
Belə ki, “Qazprom” daha öncə Ukraynaya qaz ixracında üzərinə düşən öhdəliklərə əməl etməyib.