Estoniya Rusiya təyyarəsinin hava məkanını pozduğunu bildirir
Tarix: 13-03-2018, 09:31 |
Çap et
Estoniya bildirir ki, Rusiyanın hərbi yük təyyarəsi onun Baltik dənizindəki Vaindloo adası yaxınlığında hava məkanını pozub.
İnsidentin martın 12-də baş verdiyi bildirilir. Estoniya 2016-2017-ci illərdə Rusiya tərəfindən oxşar pozuntuların dəfələrlə baş verdiyini açıqlamışdı, bu ilsə birinci belə iddia olunan haldır.
Estoniya ordusu Il-76 təyyarəsinin ölkəsinin hava məkanında bir dəqiqədən də az qaldığını vurğulayır.
Məlumata görə, təyyarənin transponderi işlək vəziyyətdə olub, Estoniya hakimiyyətinə uçuş planı təqdim olunub, amma təyyarə Estoniyanın hava naviqasiya xidmətiylə radioəlaqə saxlamayıb.
Estoniyanın Xarici İşlər Nazirliyi insidentlə bağlı Rusiya səfirinə etiraz notası təqdim edib. Amma Rusiyanın Müdafiə Nazirliyi Estoniyanın hava məkanının pozulmadığını bildirib.