İspaniya məhkəməsi qərar verdi — Kataloniya liderləri həbs edilsin
Tarix: 24-03-2018, 12:16 |
Çap et
İspaniyanın Ali Məhkəməsi Kataloniya liderləri haqqında beynəlxalq həbs qərarı verib.
“Ölkə.Az” xəbər verir ki, 13 lider arasında Kataloniyanın sabiq prezidenti Puçdemon da var.
İspaniya Ali Məhkəməsinin hakimi Pablo Llarena bildirib ki, 13 lider “üsyan” ittihamı ilə məhkəmə qarşısında cavab verəcək.
Əgər onların cinayəti sübuta yetirilsə, liderləri 30 il müddətinə həbs cəzası gözləyir.