NATO da Rusiya daimi nümayəndəliyində 10 nəfəri ixtisara saldı
Tarix: 28-03-2018, 10:32 |
Çap et
NATO Rusiya daimi nümayəndəliyində 10 nəfəri ixtisara salıb.
Trend-in məlumatına görə, Alyansın Baş katibi Yens Stoltenberq bəyan edib ki, "Skripalın işi" ilə Böyük Britaniya ilə həmrəylik nümayiş etdirir.
Bundan əvvəl İrlandiya və Moldovadan rus diplomatlarının, o cümlədən Bolqarıstanın Moskvadan səfirini geri çağırması xəbər verilirdi.
Rəsmi Moskva NATO-nun bu addımını görüntü adlandırıb və alyansı Rusiya və Böyük Britaniya arasındakı narazılıqdan öz xeyrinə istifadə etməkdə ittiham edib.
Xatırladaq ki, ümumilikdə 23 ölkə Rusiyadan 137 diplomatını geri çağırıb.