Rusiyadan türk şirkətlərinə şad xəbər
Tarix: 29-03-2018, 11:36 |
Çap et
Rusiya 29 matdan etibarən daha iki Türkiyə şirkətinə pomidor ixrac etmək icazəsi verib.
Avropa.info xəbər verir ki, bu barədə Rosselxoznadzorun bəyanatında deyilir. Beləliklə Rusiyaya tomat ixrac edən türk şirkətlərinin sayı 14-ə çatıb.
Xatırladaq ki, Rusiya türk kənd təsərrüfatı məhsullarına məhdudiyyəti 2016-cı ilin yanvarında etibarən qoymuşdu. Məhdudiyyətə səbəb Rusiya Su-24 təyyarəsinin vurulması olmuşdu.