Çinin kosmik stansiyası Sakit okean üzərində yandı
Tarix: 2-04-2018, 08:19 |
Çap et
Çinin “Tyanqun-1” kosmik stansiyası Sakit okeanın cənub hissəsinin üzərində atmosferdə yanıb.
Trend-in verdiyi xəbərə görə, bu barədə Çinin Uçuşların İdarə Olunması Mərkəzi (CMSA) məlumat yayıb.
Məlumata əsasən, statnsiyanın qırıntılarının əksəriyyəti Yer səthinə çatmayıb.
“Tyanqun-1” kosmik stansiyasının atmosferin yuxarı qatlarına Pekin vaxtı ilə saat 08:15-də daxil olduğu bildirilir.
Çəkisi 8,5 ton, uzunluğu isə 12 metr olan stansiya orbitə 2011-ci ilin sentyabr ayında çıxarılıb.