Ərəb Dövlətləri Liqası Qəzzadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək
Tarix: 2-04-2018, 08:37 |
Çap et
Ərəb Dövlətləri Liqası (ƏDL) aprelin 3-də Qəzza zolağındakı vəziyyətlə bağlı daimi nümayəndələr səviyyəsində təcili iclas keçirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Pan-Ərəb Təşkilatı baş katibinin Fələstin işləri üzrə köməkçisi Səid Əbu Əli "Ad Dustour" qəzetinə müsahibəsində deyib.
Təcili yığıncağın keçirilməsi sorğusu ilə Fələstin müraciət edib. Misir, Küveyt və İordaniya onu dəstəkləyib.