Tramp Çini əlavə rüsumların tətbiqi ilə hədələyib
Tarix: 6-04-2018, 08:26 |
Çap et
ABŞ prezidenti Donald Tramp ABŞ-ın ticarət nümayəndəsinə Çin istehsalı olan mallarına tətbiq edilən rüsumların 100 mlrd. dollaradək qaldırmaq imkanını nəzərdən keçirməyi tapşırıb.
Qeyd edək ki, ABŞ hökuməti bundan əvvəl Çin istehsalı olan mallarına tətbiq edilən rüsumların 50 mlrd. dollaradək artırmağı qərara alıb. Ağ Ev yeni rüsumların tətbiqini Çin tərəfinin intellektual hüquqları pozmaqla əlaqələndirib. ABŞ məhz bu yolla Çinlə çoxmilyardlıq ticarət kəsirini adlamaq niyyətindədir.
Pekin öz növbəsində ABŞ-a qarşı 50 mlrd. dollaradək artırmağı qərara alıb. Lakin Çin rüsumları hələlik qüvvəyə minməyib.
ABŞ lideri yeni rüsumların tətbiqini Çinin “ədalətsiz cavab tədbirləri” fonunda baş verəcəyini vəd edib.