ABŞ Çin vətəndaşlarına viza verilməsi qaydalarını sərtləşdirəcək
Tarix: 30-05-2018, 08:03 |
Çap et
ABŞ iyunun 11-dən Çin vətəndaşlarına vizaların verilməsində yeni qaydalar tətbiq edir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, qaydalara əsasən ABŞ viza müddətini məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
Qeyd olunur ki, tədbirlər "milli təhlükəsizlik strategiyası çərçivəsində və əqli mülkiyyətin rəqibə keçməsinin qarşısının alınması üçün" görülür.