NATO Türkiyə ilə ABŞ-ın Mənbic razılaşmasını alqışlayır
Tarix: 6-06-2018, 16:01 |
Çap et
NATO Türkiyə ilə ABŞ arasında Suriyanın Mənbic bölgəsi ilə bağlı razılaşmanın əldə olunmasını alqışlayır.
Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Y.Stoltenberq bildirib ki, bu razılaşma Vaşinqton üçün də çox vacibdir.
Baş katibin sözlərinə görə, Türkiyə NATO-nun vacib tərəfdaşıdır və terrorçuluğa qarşı fəal mübarizə aparan ölkədir.
Qeyd edək ki, ötən gün ABŞ və Türkiyə Mənbiclə bağlı “yol xəritəsi”ni razılaşdırıblar.