Suriyada sutka ərzində 340-dan artıq insan öz evinə qayıdıb
Tarix: 8-06-2018, 08:24 |
Çap et
Suriyada 340-dan artıq insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Aleksey Tsıqankov deyib.
A.Tsıqankov bildirib: "Ötən sutka ərzində Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin səyləri sayəsində 217 nəfər Xoms əyalətində, 124 nəfər Şərqi Qutada öz evinə qayıdıb".
Onun sözlərinə görə, rusiyalı hərbi həkimlər 198-i uşaq olmaqla 326 suriyalıya yardım edib.