Rusiyadan oğurlanan 800 milyard haradadır? - Piontkovski
Tarix: 11-06-2018, 09:23 |
Çap et
Rusiyadan oğurlanan vəsaitlərin çoxu Qərbə aparılıb.
Axar.az xəbər verir ki, bunu Sotnik TV-yə müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski deyib. Onun sözlərinə görə, oliqarxlar pulların böyük qismini ABŞ və Britaniyada gizlədiblər:
“Bu vəsaitlər dondurulmalıdır. Bu pullar Rusiyaya ölkədə birinci qeyri-kriminal rejim qurulduqdan sonra qaytarılmalıdır. Ölkənin təbii resursların satışından əldə etdiyi vəsaitlərin 40%-i Putin rejimi tərəfindən Qərbə daşınıb. Əgər əvvəllər Britaniyada Putinin ətrafına məxsus aktivlərin miqdarı yarım trilyon dollar idisə, indi bu 800 milyarddır. Hazırda bu vəsaitlər dondurulma təhdidi ilə üz-üzədir”, – deyə o bildirib.