Tramp Şimali Koreya lideri ilə sənəd imzalayacağını bəyan edib
Tarix: 12-06-2018, 09:34 |
Çap et
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla sənəd imzalayacağını bəyan edib.
Trend-in məlumatına görə, bununla belə, o hansı sənəddən söhbət getdiyini açıqlamayıb.
ABŞ Prezidenti qeyd edib ki, K.Ç.Inla görüşdə böyük irəliləyiş əldə olunub və görüş gözlənildiyindən də yaxşı keçib.
Öz növbəsində, Koreya Xalq Demokratik Respublikasının rəhbəri bildirib ki, D.Trampla sıx əməkdaşlıqda maraqlıdır. O, Pxenyan və Vaşinqtonun problemlərin öhdəsindən gələ biləcəyinə ümid etdiyini deyib.
Qeyd edək ki, liderlər arasında tarixi görüş Sinqapurun Sentosa adasında keçirilib.