Ağ ev Donald Tramp və Kim Çen İnin nahar menyusunu dərc edib
Tarix: 12-06-2018, 09:44 |
Çap et
Ağ ev Sinqapurda keçirilən ABŞ-KXDR sammiti iştirakçılarına nahar zamanı təqdim edilən yeməklərin menyusunu dərc edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, liderlərə krevetka və avokado salatı ilə kokteyl, ballı-laymlı sous və kalamarlı yaşıl manqo salatı təqdim edilib.
Dövlət başçıları brokkoli ilə yanaşı, kartof və mal əti qabırğası, düyü və çili souslu donuz əti və tərəvəzli treska yeyiblər. Desert kimi isə tünd şokoladlı tartaletka, vanilli dondurma və fransız piroqu təklif olunub.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn Sinqapurda təkbətək görüş keçirib, eləcə də işgüzar nahar ediblər.