TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün əlavə elementdir - ABŞ Dövlət Departamenti
Tarix: 13-06-2018, 08:47 |
Çap et
Transanadolu qaz kəməri (TANAP) Türkiyənin və Avropanın enerji təhlükəsizliyi üçün möhkəm əlavə elementdir.
Trend-in məlumatına görə, bunu Ankarada mətbuat konfransı zamanı ABŞ dövlət katibinin enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk deyib.
S.Oudkirk qeyd edib ki, ABŞ-ın TANAP-a birbaşa investisiyası olmasa da, ölkə hökuməti bu layihəni dəstəkləyir:
“TANAP-ın işə salınması dünyanın müxtəlif hissələrində baş verən mənfi hadisələr fonunda həqiqətən də yaxşı xəbərdir. ABŞ-ın və onun müttəfiqlərinin enerji təhlükəsizliyi bizim üçün böyük əhəmiyyət kəsb edir”.