Tramp Rusiyanın G7-yə qaytarılması zəruriliyindən danışıb
Tarix: 14-06-2018, 08:26 |
Çap et
"Böyük yeddilər"in Kanadadakı sammitinin diskussiyalarının demək olar, dörddə bir hissəsi Rusiyaya həsr edilmişdi. Çünki Moskvanı əvvəlki formata qaytarmaq yaxşı olardı.
"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
"Bilirsiniz, biz vaxtımızın təxminən 25 faizini Rusiya barədə danışmaqla itirdik. Və mən özüm barədə düşündüm. Məgər onlar burda olsaydı, yaxşı olmazdı? Mən bunu Rusiyaya görə demirəm, ABŞ-a görə deyirəm. Sizə bir misal - əgər Vladimir Putin Kanadada şam yeməyinə mənimlə birlikdə masaya əyləşsəydi, əgər orda olsaydı, mən ondan dünya və onun özü üçün yaxşı şeylər etməsini istərdim", - deyə o bildirib.
"Buna görə də hesab edirəm ki, telefonla danışmaqdansa, şəxsən ünsiyyətdə olmaq yaxşıdır", - deyə Tramp əlavə edib.