Türkiyə Antarktidada elmi baza inşa edəcək
Tarix: 18-06-2018, 10:06 |
Çap et
Türkiyə 2019-cu ildə Antarktida elmi baza inaşa etməyi planlaşdırır. Bu barədə TC prezidenti Rəcəb Tayibö Ərdoğan özünün Tvitter səhifəsində bəyan edib.
Onun sözlərinə görə, Antarktida 30-a yaxın ölkənin obyektləri mövcuddur. Türkiyənin əvvəl qütb elmi stansiyaları yox idi, lakin 2019-cu ildə vəziyyət dəyişəcək.
Qed edək ki, Türkiyə 1959-cu ildə Vaşinqtonda imzalanan Antarktida barədə Sazişin iştirakçılarından biridir. Müqaviləyə əsasən bu cənub qütb zonasında ancaq elmi fəaliyyətə izn verilir. Hazırda sazişin iştirakçı dövlətləri 50-ni keçib. Antarktidada 20-dən çox ölkənin 90-a yaxın daimi və mövsümi qütb stansiyaları işləyir.